YAP-ın Mətbuat Xidmətinin məlumatı
08.11.2010 [09:43]
Lakin seçkilərdə iştirak edən müxalifət partiyalarının və namizədlərinin müşahidəçiləri və səlahiyyətli nümayəndələri fəaliyyətini seçki prosesini izləməkdən daha çox, səsvermə prosesini pozmağa, “qanun pozuntuları”na yol verilməsi barədə fikir formalaşdırmağa yönəlmiş cəhdlər etməyə, beynəlxalq müşahidəçilərə yanlış, həqiqətə uyğun olmayan məlumatlar verməyə yönəltmişlər.
Səsvermə anından etibarən müxalifət partiyalarının səsvermə prosesində guya hansısa qanun pozuntularına yol verilməsi barədə yaydıqları məlumatların araşdırılması nəticəsində onların heç birinin həqiqətə uyğun olmadığı aşkarlanmışdır.
MDB Parlament Assambleyasının müşahidəçisi Natalya Lyudina 19 saylı Nərimanov birinci seçki dairəsində bir necə məntəqədə seçkinin gedişatını izlədiklərini, heç bir qanun pozuntusunu qeydə almadıqlarını nəzərə çatdırıb. MDB müşahidəçisi yerli müşahidəçilərlə söhbət etdiklərini və heç kimin səsvermə prosesinə irad bildirmədiklərini vurğulayıb.
O, səsvermə prosesinin yüksək səviyyədə təşkil olunduğunu, müşahidəçilərə səsvermə prosesini sərbəst izləmək ücün bütün şəraitin yaradıldığını qeyd edib.
19 saylı Nərimanov birinci seçki dairəsi 5 saylı seçki məntəqəsində “AXCP- Müsavat” blokunun müşahidəçisi Böyükağa Əhədov məntəqə açılandan səsvermə prosesini izlədiyini, heç bir qanun pozuntusuna rast gəlmədiyini bildirib. Seçkilərin keçirilməsi üçün yaradılan şəraitdən razı qaldığını ifadə edib.
120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsində öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Şahverdiyeva Xalisə Nüsrət qızı Biləcəri qəsəbəsində yerləşən 28 saylı məntəqəsində seçki komissiyasının üzvlərinə və müşahidəçilərə əsassız təzyiq göstərmiş, yarım saat ərzində səsvermə prosesinə maneçilik törətmişdir. Şahverdiyeva Xalisə Nüsrət qızı polisin köməkliyi ilə məntəqədən uzaqlaşdırılmışdır.
“AXCP-Müsavat” seçki blokunun 30 saylı Suraxanı 1-ci seçki dairəsində müşahidəçisi Oqtay Əliyev bildirib ki, “Seçkilərin keçirilməsinə start verildikdən sonra insanlar azad şəkildə məntəqəyə gələrək istədikləri namizədə səs veriblər. Bu vaxt ərzində hər hansı bir qanun pozuntusuna rast gəlinməyib. Düşünürəm ki, narazılıq etməyə haqqımız yoxdur”.
“Yeni Müsavat” qəzetinin əməkdaşları 30 saylı Suraxanı 1-ci seçki dairəsinin 6 saylı məntəqəsində müşahidəçilərə və səsverməyə gələnlərə açıq-aşkar təzyiqlər etmiş, müxalifətin namizədinə səs verməyə çağırışlar səsləndirmişlər.
“AXCP-Müsavat” seçki blokunun müşahidəçisi isə onu silahdaşları tərəfindən gözləyən təzyiqlərə baxmayaraq, süni şouların yaradılmasından çəkinərək, reallığa üstünlük verəcəyini bildirib.
30 saylı Suraxanı 1-ci seçki dairəsinin 13 saylı məntəqəsində seçki prosesini müşahidə edən müxalifətdən olan müşahidəçilər, o cümlədən, “AXCP-Müsavat” seçki blokunun təmsilçisi Şirinxub Yavər Həmid oğlu və “Qarabağ” seçki blokundan “ümid” partiyasının müşahidəçisi İmanova Nümürsət İbadulla qızı insanların məntəqələrə gələrək azad şəkildə istədikləri namizədə səs verdiklərini söyləyiblər.
Beynəlxalq müşahidəçilər də “Səsvermə prosesi bir sıra neqativ halları çıxmaqla düzgün təşkil olunub” -, deyə bildirirlər.
Seçki məntəqələrində aparılan müşahidə zamanı ciddi qanun pozuntularına rast gəlinməyib. Bu barədə ATƏT-in müşahidə missiyasının nümayəndələri Mariya Norden və Federlay Fredrik məlumat veriblər. Onlar bildiriblər ki, səsvermənin gedişini izləyərkən bütün proseslərin qanunun tələblərinə uyğun olaraq aparıldığının şahidi olduq. Müşahidəçilərin sözlərinə görə, səsvermə prosesi bir sıra neqativ halları çıxmaqla düzgün təşkil olunub.
Xəbər lenti
Hamısına baxAnalitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39

