Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi müqəddəs Qurban bayramı münasibətilə tədbirlər keçirib

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi müqəddəs Qurban bayramı münasibətilə tədbirlər keçirib

19.11.2010 [09:41]

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi və Azərbaycanın Türkiyədəki səfirliyi Ankaradakı “Kent” mehmanxanasında müqəddəs Qurban bayramı münasibətilə qardaş ölkədə təhsil alan tələbələrimiz üçün bayram tədbiri keçirib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin Qurban bayramı münasibətilə xalqımıza təbrikinin mətni oxunub. Səfirliyin təhsil attaşesi Nəcibə Nəsibova çıxış edərək Ankara, İstanbul, İzmir, Bursa, Adana, Samsun, Əskişəhir, çanaqqala və Kocaeli şəhərlərində tələbələrimiz üçün Qurban bayramı münasibətilə tədbirlər təşkil edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Fondun Türkiyə nümayəndəliyinə gənclər adından təşəkkürünü bildirib.
Azərbaycanın təhsil naziri Misir Mərdanovun və Türkiyədəki səfiri Faiq Bağırovun da tələbələrə bayram təbrikləri çatdırılıb. Sonra tədbir bayram süfrəsi arxasında davam edib. Tələbələrimizin milli musiqimizin sədaları altında etdikləri rəqslər tədbirə xoş ovqat qatıb.
* * *
Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi və Azərbaycanın İstanbuldakı baş konsulluğu İstanbuldakı Atatürk tələbə yataqxanasında müqəddəs Qurban bayramı münasibətilə qardaş ölkədə təhsil alan tələbələrimiz üçün tədbir keçiriblər. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin Qurban bayramı münasibətilə xalqımıza təbrikinin mətni oxunub. Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyinin rəhbəri Samir Cəfərov çıxış edərək, Fondun prezidenti Mehriban xanım Əliyevanın bayram təbriklərini tələbələrimizə çatdırıb. Heydər Əliyev Fondunun Türkiyənin Ankara, İstanbul, İzmir, Bursa, Adana, Samsun, Əskişəhir, çanaqqala və Kocaeli şəhərlərində Qurban bayramı tədbirləri təşkil etdiyini bildirən Samir Cəfərov tələbələrimizə uğurlar diləyib, dövlətimizin qayğısı ilə təhsil alan gənclərin gələcəkdə Vətənimiz üçün faydalı olacağına inamını ifadə edib. Sonra tədbir bayram süfrəsi arxasında davam edib. Tələbələrimizin milli musiqimizin sədaları altında etdikləri rəqslər tədbirə xoş ovqat qatıb.

Paylaş:
Baxılıb: 923 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30