İndiki Azərbaycan cəmiyyəti aqressivliyi qəbul etmir
23.11.2010 [09:49]
“Azərbaycan müxalifətinin əhəmiyyətli bir hissəsi özünün reallıq hissini bütünlüklə itirib”. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədov “Azərbaycan” qəzetinə müsahibəsində deyib.
Əli Əhmədovun sözlərinə görə, müxalifətin real güclərindən daha böyük iddiaları mövcuddur: “Bu iddiaları heç zaman gizlətməyə meyilli olmayıblar. Halbuki, müxalifətin bu hissəsində onların böyük iddialarına rəğmən həddən artıq kiçik gücləri, olduqca zəif ictimai dəstəkləri mövcuddur. Digər tərəfdən müxalifətin seçkilərdə uğur qazana bilməməsinin ciddi əsaslarından birini də bu qüvvələrin dəyişikliyə meylli olmaması ilə əlaqələndirmək mümkündür”.
“2010-cu ilin həddən artıq dəyişmiş Azərbaycan vətəndaşları 90-cı illərin əvvəlllərinin təfəkkürü ilə yaşayan müxalifətə inana bilmir”, - deyən, Əli Əhmədov vurğulayıb ki, bu da təbii olaraq müxalifətin dayaqlarının itirilməsinin çox ciddi səbəblərindən biri kimi çıxış edir: “Digər tərəfdən, bu qədər uğursuzluqlara düçar olan radikal müxalifətdə hər hansı bir fərdi dəyişmələr də müşahidə edilmir. Bu seçkidən o seçkiyə uğur qazana bilməyən insanlar yenə də seçki kampaniyalarına rəhbərlik edir, namizəd olurlar. Uğursuzları heç kim sevmir, heç kim öz taleyini onlarla bağlamaq istəmir. Beləliklə, hər seçkidən-seçkiyə müxalifətin radikal qanadının ətrafında olan insanlar seyrəlir. Bu gün müxalifətin ətrafında olan insanlar həddən artıq azalıb. Belə partiyalarda Azərbaycan cəmiyyətinin qəbul elədiyi, hörmətlə yanaşdığı insanlar demək olar ki, yoxdur”.
Əli Əhmədov müsahibəsində, həmçinin, diqqətə çatdırıb ki, müxalifətin mövqelərinin zəifləməsi, dayaqlarının itirilməsi, ictimai dəstəyinin azalması bu düşərgədə aqressivliyi gücləndirir: “Müxalifət öz gücünün zəiflədiyini artıq aqressivliyi ilə ört-basdır etməyə çalışır. Əlbəttə, söhbət burada müxalifətin bir hissəsindən gedir. çünki, Azərbaycanın müxalifəti təkcə radikal əhval-ruhiyyədə olanlardan ibarət deyil. Beləliklə, müxalifətin radikal hissəsilə Azərbaycan cəmiyyəti arasında uçurum getdikcə dərinləşir. Azərbaycan cəmiyyətində hər bir vətəndaşın yüksək qiymətləndirdiyi sabitlik, rahatlıq, dinclik mövcuddur. Cəmiyyət bu sabitiliyi, əmin-amanlığı yüksək qiymətləndirir. İlk növbədə ona görə ki, 90-cı illərin əvvəllərindəki anarxiyanı, qeyri-sabitliyi, hər bir vətəndaşın başının üzərini almış təhlükəni insanlar yaşayıblar. Bu səbəbdən hər bir azərbaycanlı üçün sabitlik və əmin-amanlıq mühüm dəyər kateqoriyasına yüksəlib. Maraqlıdır ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyətində sabitliyin, dincliyin ən yüksək dəyər kimi qiymətləndirilməsi fonunda meydana ifrat aqressivləşmiş müxalifət çıxır. Və bu, qeyd etdiyim kimi cəmiyyətlə, əhali ilə müxalifətin radikal qanadı arasında uçurumu həddən artıq dərinləşdirir. Son parlament seçiklərində bunu biz bir daha müşahidə etdik. Radikallar üçün müxalifətçiliyin aqressivlik kimi dərk edilməsi cəmiyyətə bir siqnal olmalıdır. Lakin o da faktdır ki, radikal müxalifət nə qədər aqressivləşəcəksə, bir o qədər də cəmiyyətlə öz arasında uçurumu dərinləşdirəcək.
Hələləik isə hadisələrin inkişaf meyli onu göstərir ki, bəzi müxalifət düşərgəsində aqressivlik artmağa doğru meyl edir. Nəticə etibarı ilə bu gün müxalifətin radikal hissəsi inamsızlıq, ictimai etibarın itrilməsi uçurumunun ətrafında dayanıb. Əgər müxalifətin həmin düşərgəsi öz davranışını dəyişdirməsə, ciddi ideoloji dəiyşikliklərə uğramasa, onların tamamilə Azərbaycanın siyasi həyatından silinməsi labüd olacaq. Bu, artıq müasir cəmiyyətin tələbinə çevrilib. İndiki Azərbaycan cəmiyyəti aqressivliyi qəbul etmir. çünki aqressivlik xaos və anarxiyanın əsasını təşkil edir. Bu səbəbdən aqressivliyi öz ideologiyasına çevirmiş müxalifətə Azərbaycan cəmiyyətində yer yoxdur. Azərbaycan cəmiyyəti bunu noyabrın 7-də keçirilən seçkilərdə açıq şəkildə ifadə etdi. Onu da qeyd etməyi vacib sayram ki, radikal müxalifətin aqressivliyi bütün mümkün çərçivələri aşıb. Müxalifət öz aqressivliyini istənilən əxlaq çərçivəsindən kənara çıxaraq nümayiş etdirir. Təəssüflə qeyd etmək lazımdır ki, müxalifətin bu hissəsində əxaqi-mənəvi dəyərlər də eroziyaya uğrayıb. Beləliklə, bu düşərgə, yumşaq desək xoşagəlməz bir quruma çevrilib. Cəmiyyət bu cür insanların təhlükə mənbəyi olduğunu aydın dərk etməyə başlayıb. Nəticədə onlar getdikcə daha artıq dərəcədə cəmiyyətdən özlərini təcrid edirlər. Fikrimcə, Azərbaycanda müxalifət köklü surətdə yeniləşməlidir. Bugünkü Azərbaycana, bugünkü sabitliyə uyğun müxalifətin formalaşmasına çox ciddi ehtiyac var. İndiki Azərbaycanın inkişafına xidmət edəcək müxalifətin yaranması çoxdan sosial sifarişə çevrilib”.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

