Radikal müxalifət özünü cəmiyyətdən təcrid edir
24.11.2010 [14:39]
“Əslində müxalifətin radikal qanadının aqressivləşməsi təkcə cəmiyyət üçün yox, həm də onun özü üçün böyük problemə çevrilib. çünki cəmiyyət belə radikal əhval-ruhiyyəli insanlardan uzaq durur, onları qəbul etmir”. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədov “Azərbaycan” qəzetinə müsahibəsində deyib. Əli Əhmədovun sözlərinə görə, radikal müxalifət özünü cəmiyyətdən təcrid edir: “Əslində müxalifətin bu qanadı öz aqressivliyinin girovuna çevrilib. Müxalifətin bir hissəsinin həddən artıq aqressivləşməsinin əsas səbəblərindən biri elə onun öz dayaqlarını itirməsi ilə əlaqədardır”.
“Bir sıra müxalif lidelərin olduqca böyük ambisiyaları var” - deyən, Əli Əhmədov vurğulayıb ki, həmin ambisiyaların reallaşması onların mövcud imkanları xaricindədir: “Bu ambisiyalar azalan imkanlar fonunda aqressivliklə kompensasiya edilir. Hazırda Azərbaycanın radikal müxalifəti öz mövcudluğunu isbat etməyin yeganə yolu kimi aqressivliyi seçir. Onlar hesab edirlər ki, nə qədər aqressiv olsalar, nə qədər böhtan atsalar, nə qədər əxlaqi-mənəvi dəyərlərə sığmayan hərəkətlər etsələr, onda cəmiyyət müxalifətin mövcudluğunu duyacaq. Görünür, başqa bir formada və sahədə radikal müxalifət öz mövcudluğunu sübut edə bilmir. Radikallığın və aqressivliyin cəmiyyət üçün təhlükəsi, ilk növbədə bundadır”.
YAP-ın Sədr müavininin fikrincə, digər xoşagəlməyən hal, bəlkə təhlükə ondadır ki, Azərbaycan müxalifətinin böyük bir hissəsi hər hansı bir ideya ilə ölkə cəmiyyətinin diqqətini cəlb edə bilmir, alternativ fikir ortaya qoymaqda acizdir: “İdeyasız müxalifət cəmiyyət üçün gərginlik mənbəyinə, sosial bəlaya çevrilir. YAP seçkilərə qoşularkən öz proqramını müəyyənləşdirdi və bütün cəmiyyətə çatdırdı. Lakin müxalifət seçki kampaniyasında hər hansı proqramla iştirak etdiyini ortaya qoya bilmədi. Halbuki YAP-ın seçki proqramını ortaya qoymasına elə də böyük zərurət yox idi. çünki YAP hakimiyyətdədir və onun proqramı ölkə Prezidentinin həyata keçirdiyi siyasətdir. Bu siyasət timsalında cəmiyyət artıq YAP-ın proqramından xəbərdardır. Bəs seçkiyə qoşulan müxalifətin proqramı nədən ibarət idi? Onlar daxili və xarici siyasət, iqtisadi, sosial sfera, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar hansı ideya, hansı bir alternativ konsepsiyanı ortaya qoydu? Nəhayət, haqqında söhbət açdığımız müxalifət qanadının seçdiyi yol cəmiyyətin əxlaqi - mənəvi dəyərlərinin aşınmasına aparır. Müşahidə edildiyi kimi, müxalifətin siyasi təbliğatı ancaq yalana, böhtana və Azərbaycan reallıqlarının inkarına istinad edir. Bunun sübutu kimi göstərə bilərəm ki, İctimai Televiziya vasitəsilə aparılan debatlarda müxalifət tərəfindən təhqirdən, yalandan, böhtandan başqa insanların diqqətini cəlb edə biləcək hər hansı ideya irəli sürülmədi. Müxalifətin bu cür davranışı, əslində siyasəti əxlaqi və mənəvi əsaslarından məhrum edir, onu antiinsani, anticəmiyyət faktoruna çevirir”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

