Qiymətli kağızlar bazarının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanır
27.11.2010 [10:01]
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2011-ci il üçün fəaliyyət planı hazırlayır. Sənəddə qiymətli kağızlar bazarının inkişaf etdirilməsi, QKDK-nın struktur bölmələrində potensialın genişləndirilməsi və fond bazarının daha da canlandırılması ilə bağlı təkliflər öz əksini tapıb. Bundan başqa, investisiya bazarının inkişafında qiymətli kağızlar sektorunda fəaliyyət göstərən emitentlərin iştirakının artırılması da sənədin əsas istiqamətlərindən birini təşkil edir. Eyni zamanda, effektiv kapital bazarı institutlarının formalaşdırılıması və qanunvericiliyin təkmilləşdirilməsi üzrə təşəbbüslər də strateji məqsədlərdəndir.
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında keçirilən mətbuat konfransında QKDK sədri Rüfət Aslanlı qiymətli kağızlar bazarının vəziyyəti və nəzərdə tutulan əsas fəaliyyət planları barədə məlumat verib. QKDK sədri bildirib ki, 2011-2020-ci illərdə qiymətli kağızlar bazarının inkişafı ilə bağlı Dövlət Proqramı hazırlanır. Proqramda əsas hədəflər ortamüddətli perspektivdə qiymətli kağızlar bazarı alətlərinin və xidmətlərin çeşidinin genişləndirilməsi, yerli və xarici investorların Azərbaycanın qiymətli kağızlar bazarına cəlb edilməsinin təşviqi, qabaqlayıcı və effektiv tənzimləyici rejimin tətbiq edilməsi və müasir, optimal tənzimlənən və effektiv fəaliyyət göstərən fond bazarlarının formalaşdırılmasından ibarətdir. Bundan başqa, proqramda investorlara və emitentlərə kompleks maliyyə xidmətləri təklif edən, adekvat maliyyə resurslarına, effektiv əməliyyat idarəetmə sistemlərinə və peşəkar kadr potensialına malik investisiya şirkətlərinin formalaşması üçün müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
R.Aslanlının sözlərinə görə, 2010-cu ilin ötən dövrü həm dünya, həm də Azərbaycan iqtisadiyyatı üçün bir sıra xüsusiyyətlərlə yadda qalıb. Belə ki, dünyanın aparıcı iqtisadiyyatlarında böhrandan sonrakı bərpa proseslərində inkişaf etmiş ölkələrdə iqtisadi artımın fiskal konsolidasiya tədbirlərinin tətbiqi daha konservativ artım nümayiş etdirib. Azərbaycan maliyyə böhranından az itkilərlə çıxdığından qiymətli kağızlar bazarında intensiv inkişaf daha sürətli olub. ümumiyyətlə, komitənin əsas məqsədi 2010-cu ildə özəl sektordan, daha çox qeyri-neft bölməsindən sərmayə axınlarını qiymətli kağızlar bazarına cəlb etməkdən ibarət olub. Bu isə qiymətli kağızlar bazarının bütün seqmentləri üzrə inkişaf meyillərinin əldə olunmasına imkan verib. İstiqraz, səhm, korporativ kağızlar və notların emissiyası davamlı xarakter alıb. Bu dövrdə korporativ borc bazarının həcmi 2,5 dəfə artıb, səhmlərin ilkin bazarında isə cari ilin əvvəlləri ilə müqayisədə əhəmiyyətli canlanma müşahidə edilib. Hazırda qiymətli kağızlar bazarında yerli investorların üstünlüyü də müşayiət edilir. Onların bazar əməliyyatlarında payı 330 milyon manatı ötüb.
Rüfət Aslanlı qeyd edib ki, 2010-cu ildə qiymətli kağızlar bazarının fəaliyyəti əsasən ötən ildən başlanan yumşaq pul siyasəti və bir sıra institusional islahatlar fonunda davam etdirilib. Bu amillər qiymətli kağızların ilkin və təkrar bazar əməliyyatlarının sayına və həcminə, habelə bir sıra maliyyə alətlərinin gəlirliliyinə təsir göstərib. Yumşaq pul siyasəti dövlət qiymətli kağızlarının həcminə də təsir göstərib, nəticədə sterilizasiya alətləri olan notların həcmi və gəlirliliyi ötən illə müqayisədə dəyişib. Notların emissiyasında müsbət tendensiya davam edib. Artıq bankların da istiqraz bazarında aktivliyi yüksəlib və onlar daha böyük məbləğdə kağızlar buraxılışını həyata keçirirlər. Hazırda qiymətli kağızlar bazarında dəyəri 30 milyon manat məbləğində istiqrazların emissiyası qeydə alınıb.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildirib ki, 2010-cu ildə ipoteka istiqrazlarının buraxılışı sahəsində də əhəmiyyətli dəyişikliklər müşahidə olunub. İpoteka Fondunun istiqrazlarının buraxılışı artım dinamikası ilə davam edib və bu faktor ümumilikdə, korporativ istiqraz bazarında inkişafı sürətləndirib. İpoteka Fondunun istiqrazları korporativ borc alətlərinin ilkin bazarının 96, təkrar bazarın 99 faizini təşkil edib. Artıq ipoteka istiqrazlarının emissiyasına yeni 6 emitent də cəlb olunub. Əvvəllər bu bazarda daha çox banklar aktiv rol oynayırdısa, indi qeyri-bank qurumları fəallıq nümayiş etdirir.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı da genişlənib. Komitə Dünya Bankı tərəfindən idarə edilən FIRST proqramı üzrə həyata keçirilən layihə çərçivəsində qiymətli kağızlar bazarının qiymətləndirilməsi işini yekunlaşdırıb və bu sahədə ortamüddətli inkişaf strategiyasına dair strateji sənəd hazırlanıb. Bu layihə ölkəmizdə maliyyə xidmətlərinin çeşidinin genişləndirilməsi, maliyyə institutlarının fəaliyyətinin təkmilləşdirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm perspektivlər vəd edir. Komitə sədri əmindir ki, layihənin həyata keçirilməsi qeyri-neft sektorunun inkişafı istiqamətində sağlam maliyyə platformasını təmin edəcək. Bununla yanaşı, qiymətli kağızlarla ticarət və post ticarət sisteminin elektron əlaqəsinin yaradılması üzrə işlər ümumilikdə yekunlaşdırılıb və bununla əlaqədar müvafiq qanunvericiliyə dəyişikliklər edildikdən sonra sistemin tam istismara veriləcəyi nəzərdə tutulub. 2011-ci ildə bazara yeni maliyyə alətlərinin çıxarılacağı da gözlənilir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22

