/ / Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri "WikiLeaks" təşkilatının yaydığı məlumatlara münasibət bildirib
Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri "WikiLeaks" təşkilatının yaydığı məlumatlara münasibət bildirib
30.11.2010 [09:39]
“Son günlər “WikiLeaks” internet saytı tərəfindən bir sıra məlumatlar yayılmağa başlayıb. Onların mahiyyəti barədə hələlik bir şey demək istəmirəm. Ancaq orada yer alan bəzi məlumatlar məni təəccübləndirdi. Ona görə təəccübləndirdi ki, bu məlumatlarda Azərbaycan Prezidentinin görüşləri zamanı ona aid olduğu iddia edilən bəzi fikirlər yayılıb”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “WikiLeaks” təşkilatının məlumatlarında Azərbaycan Prezidentinin adından verilən açıqlamalara münasibət bildirərkən deyib.
N.Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin indiyə qədər olan bütün siyasi xarakterli görüşlərində iştirak etdiyini deyərək, bu görüşlərin birbaşa müşahidəçisi olduğunu vurğulayıb: “Mən, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ dövlət katibinin müavini Uilyam Börnslə keçirdiyi görüşdə də iştirak etmişəm.
Qeyd etmək istəyirəm ki, konkret bu görüş iki məsələyə həsr olunub. Yəni, görüşün predmeti iki məsələ olub: birinci məsələ-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ikinci məsələ Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafı.
Bildirmək istəyirəm ki, ümumiyyətlə, Azərbaycan Prezidentinin keçirdiyi görüşlərdə həmişə belə olub: bir qayda olaraq, Azərbaycan Prezidenti keçirdiyi görüşdə təmsil olunan tərəfin Azərbaycanla əlaqələrindən danışır. Belə görüşlər zamanı Azərbaycan Prezidenti üçüncü tərəf və ya dövlət haqqında danışmır. Bayaq adını çəkdiyim Uilyam Börnslə görüş zamanı da belə olub. Yəni, dediyim iki məsələdən başqa heç bir dövlət barədə danışıq olmayıb”.
N.Məmmədov vurğulayıb ki, bu cür materialların dövlət katibinin müavini ilə olan görüşlə bağlı verilməsi də bir qədər təəccüb doğurur: “Belə çıxır ki, danışıq aparanın özünə onun nədən danışdığı haqqında sonradan məlumat verilir. Görünür, müxtəlif dövlətlər arasında münasibətləri korlamaq istəyən qüvvələr var və onlar bu istiqamətdə artıq müəyyən cəhdlər göstərirlər. Bu, təhlükəli tendensiyadır. Bizim qonşu dövlətlərlə münasibətlərimizin real vəziyyəti bu gün hamıya bəllidir. O cümlədən, ikitərəfli əməkdaşlıq sahəsində qonşu dövlətlərlə atdığımız addımlar göz önündədir. Bunu sübut etməyə heç bir ehtiyac yoxdur.
Təkcə qardaş Türkiyə ilə bu illər ərzində gördüyümüz işlər beynəlxalq aləmdə son onilliyin ən mühüm və möhtəşəm layihələridir ki, bunların həyata keçirilməsində Prezident İlham Əliyevin müstəsna xidmətləri var.
Ola bilsin ki, müəyyən məqsədlərlə Xarici İşlər və digər nazirliklər səviyyəsində gedən danışıqlar daha böyük əhəmiyyət daşısın deyə, onların müəllifini dəyişiblər. Digər tərəfdən isə bu cür məsələlərin ATƏT-in Astana sammiti zamanı ortaya çıxarılması düşünməyə vadar edir. Yəni, bu məlumatların açıqlanması ilə sammitin keçirilməsinin üst-üstə düşməsi, ümumiyyətlə, beynəlxalq ictimaiyyət qarşısında suallar doğurur”.
Xəbər lenti
Hamısına baxDünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16

