İlham Əliyev və Cozef Bayden bəyan edir...
05.07.2022 [10:01]
ABŞ ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq əlaqələri inkişaf edir, tərəflər əməkdaşlığın dərinləşməsində maraqlıdırlar
Nurlan QƏLƏNDƏRLİ
Prezident İlham Əliyev 4 İyul - Müstəqillik Günü münasibətilə ABŞ Prezidenti Cozef Baydenə təbrik məktubu ünvanlayıb. Məktubda olduqca mühüm məqamlar yer alıb - ikitərəfli münasibətlərin inkişafı, ABŞ-Azərbaycan tərəfdaşlığının regional və beynəlxalq təhlükəsizlikdə rolu, Cənubi Qafqazda sülh quruculuğu və digər bir sıra önəmli məsələlər.
Diqqətçəkən məqam budur ki, həm sözügedən, həm də Cozef Baydenin 28 may - Müstəqillik Günü münasibətilə İlham Əliyevə göndərdiyi məktubda əks olunan məsələlər bir-birini tamamlayır, ABŞ-Azərbaycan münasibətlərinin inkişaf yolunu, hazırkı vəziyyətini və Bakı ilə Vaşinqtonun gələcəyə dair strateji baxışlarnı əks etdirir (Baydenin Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə bağlı İlham Əliyevə göndərdiyi məktub da bu baxımdan istisna deyil).
Diqqət yetirək:
- Prezident İlham Əliyevin məktubunda “30 ildir ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir. Biz ilk gündən ölkəmizin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə ABŞ-ın dəstəyini yüksək qiymətləndiririk” - deyə vurğulanıb. Cozef Bayden isə Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini, qeyd olunduğunu məmnunluqla ifadə etmişdi. O, digər məktubunda “Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq” - deyə vurğulamışdı.
Bütün bunlar Azərbaycanla ABŞ arasında tərəfdaşlıq münasibətlərinin inkişafının, əməkdaşlığın dərinləşdirilməsinin tərəflərin strateji gündəliyinin mühüm tərkib hissəsi olduğunu təsdiqləyir. Dövlətimizin başçısının “Ölkələrimiz arasında qarşılıqlı-faydalı əməkdaşlıq ikitərəfli və çoxtərəfli müstəvidə uğurla davam edir” fikri münasibətlərin real vəziyyətini əks etdirir. Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələri mövcuddur. Fəal siyasi təmaslar müxtəlif istiqamətlərdə əlaqələrin inkişafını təmin edir. Cozef Baydenin ABŞ-ın ölkəmizin müstəqilliyi və suverenliyinə dəstəyini ifadə etməsi, “qarşıdan gələn illər və onilliklərdə münasibətlərimizi daha da genişləndirmək arzusundayıq” söyləməsi isə Vaşinqtonun Bakıya bu gün üçün və perspektivə yönəlik pozitiv yanaşmasını əks etdirir. Bu baxış regional güc mərkəzi olan Azərbaycanın nüfuzlu dövlət olmasını, etibarlı tərəfdaş kimi tanınmasını, yeni dünya nizamına keçid şəraitində və perspektivdə Azərbaycanın nəinki Cənubi Qafqazın, hətta Avrasiyanın önəmli - açar rola malik dövlətlərindən biri olduğunu təsdiqləyir;
- Azərbaycan Prezidenti təhlükəsizlik, o cümlədən enerji təhlükəsizliyi məsələlərində də ölkələrimizin roluna diqqət çəkərək “Beynəlxalq təhlükəsizliyin təmin olunması və terrorizmə qarşı mübarizədə uzun müddətdən bəri davam edən birgə fəaliyyətimiz məmnunluq doğurur. Enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx əməkdaşlığı, həyata keçirdiyimiz irimiqyaslı transmilli layihələrdə ABŞ-ın yaxından iştirakı və hərtərəfli dəstəyi müvəffəqiyyətimizin əsas amillərindəndir” - deyə vurğulayıb. Cozef Bayden isə “Ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır” bildirmişdi.
Azərbaycan terrorizm də daxil olmaqla, beynəlxalq təhlükəsizliyi təhdid edən hallara qarşı mübarizədə fəal iştirak edən tərəfdaş ölkələrdən biridir. Bununla yanaşı, ölkəmiz ötən müddət ərzində enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi özünü təsdiqləyib: yeni neft-qaz strategiyasında enerji nəqli marşrutlarının şaxələndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirən Azərbaycan bu gün regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Regionda mühüm kommunikasiya-logistika mərkəzinə çevrilən Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən dizayn etməkdədir. Nəhayət, ölkəmizin təşəbbüsləri və liderliyi ilə enerji layihələrinin reallaşdırılması Xəzər hövzəsi regionunun geosiyasi statusunun yüksəlməsini təmin edib. Bu isə digər tərəfdaş dövlətlər kimi ABŞ tərəfindən də yüksək dəyərləndirilir. Bununla yanaşı, Azərbaycan regional miqyaslı, qlobal əhəmiyyətli enerji layihələrinin reallaşdırılmasında ABŞ-ın yaxından iştirakını və hərtərəfli dəstəyini qiymətləndirir;
- Azərbaycan Prezidentinin məktubunda Cənubi Qafqazda etimad quruculuğu və sülh prosesindən də bəhs olunub, inam, niyyət və çağırış ifadə edilib: “Cənubi Qafqazda davamlı sülhün, iqtisadi tərəqqinin bərqərar olması üçün əlverişli şəraitin formalaşdığı bir zamanda biz ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, kommunikasiyaların açılmasında, insanlararası təmasların yaradılmasında mühüm rol oynaya biləcəyinə inanırıq. Eyni zamanda tərəfimizdən təqdim olunan beş prinsip əsasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın dəyərli töhfə verə biləcəyi qənaətindəyik”.
Cozef Bayden isə İlham Əliyevə məktubunda “Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır” - deyə qeyd etmişdi.
Göründüyü kimi, Cənubi Qafqazda sülh quruculuğu diqqət mərkəzindədir. Məktublarda bu məsələ ilə əlaqədar əks olunan məqamlar Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, kommunikasiyaların bərpası, yeni əməkdaşlıq platformasının yaradılması məsələlərinin təkcə region dövlətləri deyil, həm də bölgədənkənar qüvvələr, o cümlədən ABŞ kimi güc mərkəzləri üçün cəlbedici, faydalı və önəmli olduğunu təsdiqləyir. Bu, eyni zamanda, Azərbaycanla Birləşmiş Ştatların mövqelərinin üst-üstə düşdüyünü göstərir. Bu isə o deməkdir ki, Vaşinqton Bakının mövqeyini - strateji baxışlarını birmənalı şəkildə dəstəkləyir.
Beləliklə, dövlət başçılarının məktublarının müqayisəli təhlili deməyə əsas verir:
- ABŞ ilə Azərbaycan çoxşaxəli əməkdaşlığın bu günə qədər olan nəticələrini yüksək qiymətləndirir;
- Tərəflər əlaqələrin inkişafında - işbirliyinin əhatə dairəsinin genişləndirilməsində maraqlı olduqlarını nümayiş etdirirlər;
- İki ölkə qarşılıqlı-faydalı münasibətlərin əsas istiqamətlərini və strateji prioritetlərini yeni reallıqlar, o cümlədən 44 günlük müharibədə qələbə qazanan Azərbaycanın yaratdığı geostrateji gerçəkliklər əsasında müəyyən edirlər. Bu isə hər iki tərəf, eləcə də region üçün təhlükəsizlik və əməkdaşlıq müstəvisində faydalı - perspektivlidir.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

