Araz Əzimov: Astana bəyanatı Azərbaycanın xeyrinədir
06.12.2010 [10:08]
APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov söyləyib. Onun sözlərinə görə, Astana sammitinin yekun sənədində münaqişələrin nizamlanmasının əsas prinsipləri əks olunmayıb, lakin sammit çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev tərəfindən xüsusi bəyanat verilib ki, burada da Helsinki Yekun Aktının prinsipləri əks olunub.
Araz Əzimov bu bəyanatın Azərbaycanın xeyrinə olduğunu deyib: “Bəzi dövlətlərin tutduğu mövqe sammitin sənədlərində münaqişələrin həllinin kökündə duran əsas prinsiplərin təsbit olunmasına imkan vermədi. çünki ATƏT konsensus əsasında fəaliyyət göstərən təşkilatdır və biz əsas məqsədimizə nail olmaq üçün bütün addımlarımızı atmışıq. Amma münaqişələrə dair ümumi, lakin prinsipial səviyyə daşıyan müvafiq bəyanatlara nail olmuşuq. Bundan başqa, Azərbaycanın xahişi ilə Qazaxıstanın xarici işlər naziri ATƏT-in sədri qismində sammitin yekununda əlavə bəyanat verib ki, bu bəyanat da sammitin rəsmi sənədi kimi qəbul olunur. Bəyanat həlli uzadılmış münaqişələrin nizamlanması prinsipləri ilə bağlıdır. Burada münaqişələrin həlli üçün əsas götürülən prinsiplər sadalanıb və təsdiqlənib ki, bu prinsiplər 1975-ci ildə necə vacib və hüquqi qüvvəyə malikdirsə, 2010-cu ildə də eyni qüvvə malikdir. Bütün bu prinsiplər bir-biri ilə bağlıdır və eyni şəkildə yerinə yetirilməlidir. Bu bəyanat bizim maraqlarımıza uyğun gəlir, çünki öncə münaqişənin həlli üçün təklif etdiyimiz əsas prinsiplər ondan ibarətdir ki, Azərbaycan ölkənin ərazi bütövlüyü çərçivəsində ermənilərə muxtariyyət verəcək modelin işlənməsinə razılıq verib və Helsinki Yekun Aktında qeyd olunduğu kimi müqəddəratı təyin etmək hüququ ərazi bütövlüyü prinsipini pozmadan, onunla harmoniya şəklində həyata keçirilməlidir”.
A.Əzimov qeyd edib ki, 1999-cu ildən sonra ATƏT-in sammitlərin keçirilməməsinin əsas səbəbi Avroatlantika məkanında əsas güc mərkəzləri arasında ziddiyyətlərin və siyasi narazılıqların mövcudluğu olub: “Bu narazılıqlar səbəbindən ATƏT-də ümumi gündəliklə bağlı konsensus əldə olunmurdu. Beləliklə, 1999-cu ildən keçən 11 il ərzində yeni mövzular və yeni istiqamətlər axtarılırdı. 1975-ci ildə yaranan və daha sonra bir prosesdə təşkilata çevrilən ATƏT strukturu 35 il ərzində bir inkişafda olan prosesin başlanğıcında duran əsas iki qüvvə arasında əlaqələr qurub. 1975-ci ildə əsas sənəd kimi qəbul olunan Helsinki Yekun Aktı özündə bir çox məqamları ehtiva edir. Amma diqqəti daha çox cəlb edən “dekaloq” adlandırılan prinsiplər toplusudur. Bu prinsiplərin mahiyyəti - dövlətlər arasında əlaqələrin tənzimlənməsini və bu əlaqələrin hansı meyarlar əsasında müəyyənləşdirilməsini nəzərdə tutur. ATƏT-in Astana sammitinin əsas konseptual yeniliklərdən biri budur ki, ATƏT məkanında yenidən ikiqütblülük əmələ gəldi - Avroatlantika və Avrasiya. Bu keçmişə köklənən bir yenilikdir və gələcəkdə belə yanaşmanın daha mənfi nəticələri meydana çıxa bilər”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

