Turqut Ərin yazdıqları nə diplomat, nə də türk əxlaqına sığır
07.12.2010 [09:25]
ömrünün sonunadək xalqına xidmət edən, Vətənini üzləşdiyi bəlalardan qoruyan, haqq-ədaləti bərpa edən, müasir müstəqil Azərbaycan dövlətini quran, onu yaşadan, dünyaya tanıdan, bu yolda xalqından başqa kimsəyə arxalanmayan, ümummilli lider adını qazanan, “Bir millət, iki dövlət” deyərək əməlləri ilə böyük Türk dünyasında özünə əbədi sevgi qazanan böyük şəxsiyyət haqqında iftira dolu yazılar türk yazarının nəyinə lazımdır? Turqut Ər bu yolla uğursuz diplomatiyasını pərdələməyə, özünə haqq qazandırmağamı çalışır? Axı, o və ətrafı çox yaxşı bilməlidirlər ki, bu miskin adamlar heç vaxt dahi Heydər Əliyevin gördüyü işlərə kölgə sala bilməzlər.
Bir də ki, türk millətinin əbədiyaşar oğlu və Onun fəaliyyəti barədə qərəzli yazılar yazmaqla, uydurma məlumatlar verməklə kimlərəsə yarınmaq və maddi mənfəət, eləcə də siyasi dividend əldə etmək Türk əxlaqına sığmır.
Bunları anlamaq üçün Turqut Ər deyilən şəxsin bioqrafiyası ilə maraqlandım. Məlum oldu ki, qeyd olunan dövrlərdə o, əslində diplomat olmamış, aşkar vəzifəsi daxildə sadəcə səfirlikdə qələm müdiri olduğu halda, batildə müəyyən dairələrin gizli tapşırıqlarını yerinə yetirmişdir. Bu şəxsin həyat fəaliyyətinə baxdıqda soyadında olan “Ər”likdən əsər-əlamət görmürsən. çünki kiminsə pulu hesabına yalan, iftira, şər-böhtan demək, ucuz sensasiya yaratmaq, qazanc əldə etmək məqsədi ilə dünya şöhrətli liderin adını öz cızmaqarasına salaraq kitab adlandırdığı cəfəngiyyatı topluma sırımaq həqiqi TüRK ƏRlərinə yaraşan iş deyildir. Bununla o, nəinki öz soyadını, eləcə də əsrlərdən bəri adları dillərdə əzbər olmuş TüRK ƏRləri təhqir etmişdir.
Bir qədər əvvəl “kitab”ın oxucuya təqdim olunmasına baxmayaraq, müəllifin maliyyələşdirildiyi dairələrdən qidalanan ərciklər və onların himayəsində olan mətbuat vasitələrindən başqa yazıya maraq göstərən olmamış, əksinə, Türkiyənin və Azərbaycanın nüfuzlu şəxsləri, eləcə də mətbuat vasitələrində etiraz səsləri eşidilmişdir.
Mən “kitab”ın içində yazılanlara varmaq, onları saf-çürük etmək fikrindən uzağam. çünki dahi şəxsiyyətlərin qiyməti onları sevən, xalqlar tərəfindən verilir. Bu cür cızmaqaralardakı cılız fikirlər isə yalnız və yalnız onları yazanların özlərinə qarşı çevrilir, olmayan nüfuzlarını heçə endirir.
Dərindən düşünəndə aydın olur ki, Azərbaycanda fəaliyyəti dövründə özü kimi bir qrup dönüklə birlikdə xarici havadarlarının əmri ilə ölkənin daxili işlərinə qarışmağa, ictimai-siyasi vəziyyəti gərginləşdirməyə, dövlət çevrilişinə cəhd edən şəxsləri dəstəkləməklə pul qazanmağı şərəf və ləyaqətdən üstün tutan, bu yolda hətta ermənilərlə iş birliyi qurmağa hazır olan Turqut Ər bu gün kitabçılıqla həmin fəaliyyətini davam etdirmək niyyətinə düşmüşdür. Turqut Ər “kitab”ın 15 il sonra işıq üzü görməsinin səbəblərini də izah edərkən ƏRlikdən uzaq olmuşdur. çünki kitabın yazılması haqqında əmri təzə aldığını etiraf etmək üçün də hünər lazımdır.
Yazılarında milli və dövlət maraqlarından bol-bol danışmağa üstünlük verən müəllif “Alagöz” əməliyyatından bəhs edir. Əslində bu fikir iki ölkə arasındakı əlaqələrə təsir etmək məqsədi ilə 1999-cu ildə hazırda “Azadlıq” radiosunun müxbiri işləyən Xədicə İsmayılova tərəfindən səsləndirilmişdir. Bu gün Turqut Ərin heç bir əsası olmayan bu məlumatı bir daha işıqlandırmaq əmrini haradan aldığına heç bir şübhə yeri qalmır. Hazırda nə keçmiş SSRİ var, nə də KQB, amma PKK fəaliyyət göstərir. Bir də Turqut Ər kimilər maliyyələşdirilir. Onlara verilən tapşırıqların isə bir məqsədi var: birincilər silahla, ikincilər isə qələmlə Türkiyə Cümhuriyyətini zəiflətsin, əsarət altına salsınlar, bu hərəkətlərin qarşısını ala biləcək tanınmış liderlərə isə şər və böhtan yaxılsın. Turqut Ərin və onun havadarlarının əməlləri böyük xalq şairimiz Səməd Vurğunun “Ağılsız köpəklər ulduza hürər” məşhur misrasını yada salır.
Uğursuz diplomata tövsiyə edərdim ki, mahiyyətini başa düşmədiyi mövzulara girişməsin. “Alagöz” əməliyyatında öz işinin ustası olan Heydər Əliyevin dövlətini və torpağını qorumaq, canından artıq sevdiyi Azərbaycanı o vaxtkı Türkiyə ərazisindən istifadə edərək Qərb işğalçılarının planlaşdırdığı təxribatların qarşısını almaq məqsədi ilə həyata keçirdiyi tədbirlərdən bəhs olunur.
Müəllifin nəzərinə çatdırmaq istərdim ki, bu cür yaramaz işlərin məsuliyyəti ağır olur. Bu dünyada olmasa da, haqq dünyasında mühakimə qaçılmazdır. 1995-ci ildəki fəaliyyətlərinə görə o və “dostları” Azərbaycan Respublikası qanunları ilə mühakimə olunmalı idilər. Amma ümummilli lider Heydər Əliyev əsl mənada ƏRlik göstərdi, böyük türk dünyası xatirinə onları bağışlayaraq Türkiyəyə qayıtmalarını təmin etdi. Bir də ki, Turqut Ərə tövsiyə edərdim ki, “ət ilə dırnaq arasına girən iylənib çıxar” məsəlini unutmasın.
İki dövlətin dostluğu və əlaqələri haqqında geniş danışmaq olardı, amma Azərbaycan və Türkiyə dövlətlərinin başçıları tərəfindən dəfələrlə deyilmiş fikri bir daha ifadə etməklə bu qeydlərə nöqtə qoymaq istərdim: “Biz bir millət, iki dövlətik, Türkiyə ilə Azərbaycan arasındakı dostluğa heç nə və heç kim təsir göstərə bilməz”.
Rabil KƏTANOV
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

