KİVDF-nin Müşahidə Şurasının iclası keçirilib
17.12.2010 [09:56]
Birinci məsələ ilə bağlı Müşahidə Şurası üzvlərinə məlumat verən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, 18 istiqamət üzrə elan edilən müsabiqəyə ümumilikdə 74 nəfər jurnalist qatılıb. Hər istiqamət üzrə 3 yazının (2 nəfər respublika miqyaslı KİV redaksiyalarında çalışanlar üçün, 1 nəfər isə region mətbuatında çalışan jurnalistlər üçün) qalib elan edilməsi nəzərdə tutulub. Lakin region KİV-ində çalışan jurnalistlər tərəfindən cəmi 9 istiqamət üzrə yazı təqdim edilib. Digər 9 istiqamət üzrə isə yazı təqdim edilməyib və bu yerlər boş qalıb. V.Səfərli boş qalmış bu yerlərə həmin istiqamət üzrə 30-dan yuxarı bal toplamış jurnalistlərin qalib edilməsi məsələsini müzakirə etmək barədə təklif verib.
Məlumat üçün bildirilib ki, müsabiqənin qalibləri sırasına qatılmaq üçün minimum keçid balı 30 bal müəyyən edilib.
Müşahidə Şurası üzvləri verilən təklifi müzakirə edərək boş qalan yerlərə həmin istiqamətlər üzrə yüksək bal toplamış yazıların qaliblər sırasına daxil edilməsi barədə qərar qəbul ediblər. Beləliklə, 74 jurnalistin qatıldığı müsabiqədə 50 jurnalist qalib hesab edilib. Qalan 4 yer isə həmin istiqamətlər üzrə yazı daxil olmadığından və ya yetərli bal toplanılmadığından boş qalıb. Qərara əsasən, qalib jurnalistlərin hər birinə 1000 manat pul vəsaiti və Fondun diplomu təqdim olunacaq. Qaliblərin diplomları Fondun bu ilin 29 dekabr tarixində Gülüstan Sarayında keçirəcəyi tədbirdə təqdim ediləcək.
Qeyd edək ki, qaliblər sırasında qəzetimizin əməkdaşı Pərviz Sadayoğlu da var.
Bundan başqa, Müşahidə Şurası üzvlərinin növbəti müzakirə mövzusu KİV-in maddi-texniki bazasının gücləndirilməsi məqsədilə birdəfəlik yardımların ayrılması olub. Müşahidə Şurasının keçən iclasında KİV-lərin maddi-texniki durumunu araşdırmaq məqsədilə yaradılmış komissiyanın məruzəsi dinlənilib. Komissiyanın rəyini nəzərə alan Müşahidə Şurası üzvləri, Fondun 2010-cu il üzrə büdcəsindən ölkədə tirajı, ictimai rəyə təsiri və stabil dövriyyəsi ilə tanınan 31 qəzet, 8 informasiya agentliyinə birdəfəlik yardımlar göstərilməsi barədə qərar qəbul edib. Nəzərinizə çatdırırıq ki, qəzet redaksiyaları üçün 3500 manat, informasiya agentlikləri üçünsə 2500 manat birdəfəlik yardımın edilməsi barədə qərar verilib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

