Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Artıq Azərbaycanda siyasi partiyaların özündə islahatların aparılmasına ehtiyac var

Siyavuş Novruzov: Artıq Azərbaycanda siyasi partiyaların özündə islahatların aparılmasına ehtiyac var

28.12.2010 [08:45]

“Partiyalar haqqında yeni qanun layihəsi artıq gündəmə gəlib. Bu məsələ ilə bağlı partiyalar öz münasibətini bildiriblər. Hər bir partiya öz təklifini verəcək. Təkliflər irəli sürüldükdən sonra biz ümumi müzakirələrimizi davam edəcəyik”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Milli Məclisin İntizam Komissiyasının sədri Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, artıq Azərbaycanda siyasi partiyaların özündə islahatların aparılmasına ehtiyac var: “Məhz Prezident İlham Əliyev Milli Məclisdə çıxışı zamanı bu məsələyə toxundu ki, iqtisadi, sosial sahələrdə geniş islahatlar gedir və siyasi sistemdə isə bu islahatlar davam etdirilməlidir. Bunun nəticəsi olaraq siyasi sistemin daha geniş şəkildə formalaşması üçün bütün partiyalar əsas rol oynayır. Bu zəmində Azərbaycanda siyasi partiyaların özündə artıq islahatların aparılmasına ehtiyac var”.
S.Novruzov bildirib ki, partiyalar haqqında yenin qanun layihəsində bir çox məsələlər öz əksini tapacaq: “Müəyyən təkliflər var ki, dövlət tərəfindən siyasi partiyalar maliyyələşsin. Maliyyə məsələsini müzakirə edib artıq məsələyə hansı səpkidə yanaşılması ilə bağlı rəy və təkliflər veriləcək, həmçinin, komissiyada müzakirə olunduqdan sonra qanunda öz əksini tapacaq. çünki bu bir çox Avropa ölkələrinin təcrübəsində var. Eyni zamanda qanun layihəsində siyasi partiyaların qeydə alınması və digər prosedur qaydaları var ki, bunlar da həyata keçirlilməlidir”.

Paylaş:
Baxılıb: 1088 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Analitik

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30