Növbəti böyük humanizm nümunəsi
31.12.2010 [09:52]
Xalqımız bağışlamağı böyüklük hesab edir. Xalqa məxsus adət-ənənələri isə onun dövləti daim yaşadır. ölkəmizdə bayramqabağı bağışlama - əfv və amnistiya qərarları artıq demək olar ki, ənənəyə çevrilib. Bu ənənənin, xüsusən, milli və dövlət bayramları ərəfəsində yaşanması isə bayram sevincini daha da artırır. Dekabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında növbəti Sərəncam imzalayıb. Qeyd edək ki, əfv etmək Prezidentin istisna səlahiyyətidir. Səhvindən səmimi peşmançılıq duyub buna görə üzr istəyən və dövlət başçısına bağışlanması ilə bağlı müraciət edən və təbii ki, ictimai təhlükəli olmayan cinayətkarları bağışlamaq üçün Prezident bu səlahiyyətindən istifadə edir.
ümumiyyətlə isə, müstəqil Azərbaycanın inkişafında sütuna çevrilən bir çox ənənələr kimi, cəzadan azadetmə təcrübəsi də məhz Ulu öndərə aiddir. Bir çox ölkələrdə ölüm hökmünün qaldığı zamanlarda gənc Azərbaycanda əfv təcrübəsindən cəsarətlə istifadə edilib. Vətəndaşlarının qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə olan inamdan irəli gələn bu addım ölkəmizdə hüququn aliliyinə, qanunçuluğa və ədalətə əsaslanan cinayət-hüquq siyasətinin tərkib hissəsi hesab olunur.
Sevindirici haldır ki, Ulu öndərin bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də müəyyənləşdirdiyi xətt uğurla davam etdirilir. Prezident İlham Əliyevin dekabrın 29-da imzaladığı növbəti Sərəncam da bunu təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutan ölkə başçısı məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, bir qrup məhbusu cəzasının müəyyən qismini çəkməkdən azad edib. Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində verilən bu Sərəncamla dövlətçiliyə və millətimizə qarşı yönəlməyən və ictimai təhlükəliliyi olmayan cinayətkarların səmimi peşimançılıq hissləri nəzərə alınaraq, yenidən onlara şans verildi. Beləliklə, cənab Prezident onlarla insanın qarşıdan gələn bayramları öz ailəsi ilə birgə keçirməsinə imkan yaratdı və həmin ailələrin bayram sevincinə sevinc qatdı. Yeri gəlmişkən, qeyd edək ki, Bu Əfv Sərəncamı 92 nəfərə şamil olunub. Onlardan 4 nəfəri qadın, 8 nəfəri isə əcnəbidir. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 71 nəfər və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilən 15 nəfər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. 1 nəfər bu ilin fevralında aldığı şərti cəzadan tamamilə azad edilib. Cərimə cəzasına məhkum edilmiş 5 nəfər isə Prezidentin Sərəncamı ilə ödəməli olduğu məbləği ödəməyəcək.
Dövlətin öz vətəndaşlarına inamının - cinayət törətmiş şəxslərin öz əməllərinin nəticələrini dərk edərək islah olunacaqlarına ümidinin təzahürü kimi imzalanan Sərəncamın icrası artıq tam başa çatdırılıb.
Dünən Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin məsul əməkdaşlarından ibarət qruplar Əfv Sərəncamının əhatə dairəsində olan məhkumların saxlanıldığı cəzaçəkmə müəssisələrində olub, Prezident Sərəncamının vaxtında və dürüst icrasını təmin ediblər. Cəzadan azad edilmiş şəxslərə azad olunma haqqında arayışlar təqdim edilib, yardımlar göstərilib, əvvəlki daimi yaşayış yerləri üzrə aidiyyəti təşkilatlara müvafiq məlumatlar verilib. Eyni zamanda, əfv olunmuş 8 xarici ölkə vətəndaşı Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinə təhvil verilib.
Cəza çəkməkdən azad edilmiş şəxslər, habelə onları qarşılamağa gəlmiş yaxın qohumları dövlətimizin başçısının bu humanist addımını yüksək qiymətləndirərək Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

