Zəngəzur dəhlizi yenidən aktuallaşır
27.08.2022 [07:19]
Danışıqların əsas mövzusu kommunikasiyaların açılmasıdır
Bu ayın sonunda Rusiya paytaxtında Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyası və delimitasiyası, təhlükəsizliyi məsələləri üzrə komissiyaların nümayəndələrinin iclasının keçirilməsi planlaşdırılır. Bununla bağlı Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisi məlumat yayıb. Məlumatda bildirilir ki, hazırda məsələlərin ayrıca gündəliyi müəyyən edilməyib.
Bir müddət öncə Brüsseldə Aİ nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan rəsmiləri arasında baş tutan görüşün ardınca belə bir məlumatın yayılması prosesin dinamizm qazanmasından xəbər verir. Ən əsası isə, davamlı sülhün təmin olunması, kommunikasiyaların açılması məsələsində mühüm addımların atılması da məhz bu görüşlərin nəticəsindən asılıdır.
Bu arada, Ermənistandakı bəzi revanşist qüvvələr növbəti dəfə “fəallaşıb”. Belə ki, Ermənistan müxalifət təşkilatı olan Müqavimət Hərəkatı sentyabrın 2-də mitinq keçirməyi planlaşdırır. Bunu erməni parlamentin üzvü İşxan Saqatelyan deyib. O əlavə edib ki, Müqavimət Hərəkatı mübarizəni tam tərkibdə davam etdirəcək. Saqatelyan iddia edib ki, İrəvanda keçirilən mitinqlə paralel Xankəndi və diaspor da aksiya təşkil edəcək. Nəzərdə tutulan görüşlər öncəsi erməni revanşistlərin yenidən baş qaldırmaq cəhdi təxribat ola bilərmi?
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, avqustun sonunda Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında görüşü planlaşdırılır. Paralel olaraq həm Brüsseldə, həm də Moskvada görüşlərin planlaşdırılması isə vasitəçilərin tərəfləri müəyyən razılığa gətirməyə çalışıldığının göstəricisidir: “Hər iki vasitəçi regionda kommunikasiyaların açılmasında maraqlıdır. Burada öncəliklə söhbət Zəngəzur dəhlizindən gedir. Hətta Zəngəzuru regional kommunikasiyaların şahı da adlandırırlar. Bu dəhlizin açılması bütün tərəflər üçün vacibdir. Avropa bu yolla Mərkəzi Asiyaya, Rusiya isə öz növbəsində Türkiyə və Cənubi-Qərbi Asiya bazarlarına çıxış əldə edir. Bu baxımdan prosesi daha təhlükəsiz və əlverişli şəraitdə inkişaf etdirmək üçün regionda sülhü formalaşdıran mühit yaranmalıdır, sərhədlər müəyyənləşməlidir. Bu baxımdan da, tərəfləri tələsdirirlər”.
Zəngəzur dəhlizinin açılmasına Azərbaycanın da tələsdiyini vurğulayan İ.Vəlizadə bunun bizim üçün də prioritet olduğunu qeyd edib. “Azərbaycan bu günlərdə Qazaxıstanla çoxtərəfli sənədlər imzalayıb və nəqliyyat-logistika üzrə mühüm əlaqələr formalaşdırılır. Orada da dəhliz məsələsi gündəmdədir. Qazaxıstan - Azərbaycan - Türkiyə üçtərəfli formatı mövcuddur və bu formatın effektivliyinin təmini üçün də dəhlizlər, rabitələr gərəklidir. Digər tərəfdən, iki ay öncə Azərbaycan Prezidentinin Özbəkistana səfəri zamanı da nəqliyyat məsələsi gündəmdə olmuşdu. Bu məsələdə Azərbaycan da, Türkiyə də, o cümlədən digər oyunçular - Aİ, Moskva və Mərkəzi Asiya ölkələri də maraqlıdır. Bir Ermənistan məsələni ləngidir. Fikrimcə, mövcud təzyiqlər Ermənistanı da yola gətirəcək. Artıq onlarda 3 keçid məntəqəsi ilə bağlı qərar qəbul olunub. Bu isə müəyyən mənada Ermənistanın sərhədlərin normallaşması ilə bağlı addımlar atdığını göstərir. Belə addımlar öz növbəsində delimitasiya prosesini də sürətləndirəcək”, -deyən politoloq onu da əlavə edib ki, Ermənistan daxilində təxribat yaratmaq istəyənlər isə öz məqsədlərini güdürlər. Məqsədləri isə bəllidir - qarışıqlıq yaratmaq, bununla da hakimiyyətə gəlməyə cəhd göstərmək: “Amma bu qüvvələr aciz və zəifdirlər. Hətta oyunlarında Rusiya kartından istifadə etməyə çalışsalar da, buna nail ola bilmədilər. Rusiya Ermənistana nota da göndərdi. Rusiya regionda dəhlizlərin fəaliyyətində maraqlıdır. Ermənistanın daxili siyasi oyunları artıq bütün tərəflərə maneə törədir. Düşünürəm ki, bu tip mitinqlərin heç bir əhəmiyyəti olmayacaq”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxHadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17

