/ / Akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" kitabı Tbilisidə ingilis və rus dillərində çapdan çıxıb
Akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" kitabı Tbilisidə ingilis və rus dillərində çapdan çıxıb
12.01.2011 [09:49]
Bütün bunlar barədə Prezident Administrasiyanın rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli filosof alim Ramiz Mehdiyevin bu yaxınlarda Tbilisidə “Universal” çap evində ingilis və rus dillərində nəşr olunmuş kitabında bəhs edilir.
Kitabın müəllifi materialı sərt istehza formasında quraraq, sarkazmla Ermənistan dövlətinin indiki başçısının istinad etdiyi bütün əsas “tarixi dəlilləri” alt-üst edir.
R.Mehdiyev yazır ki, Ermənistan prezidenti “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli barədə danışıqlar prosesinin davam etdiyi və bu münaqişənin təqsirkarı olan Ermənistanın 1975-ci il Helsinki Yekun Aktının müddəalarına əsaslanan yenilənmiş Madrid prinsiplərini qəbul etməsini hamının səbirlə gözlədiyi bir vaxtda”, beynəlxalq təşkilatlar və dünyanın aparıcı ölkələrinin parlamentləri bir-birinin ardınca Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağın Azərbaycana mənsub olmasını, millətlərin öz müqəddəratını təyin etməsi prinsipinin özbaşına interpretasiya edilməsinin yolverilməzliyini, Ermənistanın işğal etdiyi əraziləri azad etməsinin və məcburi köçkünlərin öz evlərinə qaytarılmasının zəruriliyini təsdiq edən qətnamələr qəbul etdiyi bir vaxtda bütün bu sənədləri inadkarcasına görmədən və beynəlxalq birliyin mövqeyinə məhəl qoymadan diaspordan olan qonaqlarına məsləhət görür ki, onlar öz səylərini “ikinci erməni dövlətinin, Dağlıq Qarabağ respublikasının təşəkkülünə, möhkəmlənməsinə, inkişafına və beynəlxalq aləmdə tanınmasına” yönəltsinlər.
Müəllif haqlı olaraq yazır ki, illüziyalardan yaxa qurtarmağın vaxtı çatıb və bu nə qədər tez edilsə, bir o qədər yaxşı olar: “Ona görə ki, bu məsələdə ləngimək ölümə bərabərdir - gələcək nəsillər bunu bağışlamayacaqlar. Vaxtilə çiçəklənən bir diyar olmuş Cənubi Qafqaz regionunu mənasız bir avantüraya cəlb etmiş qaniçən erməni cəlladlarının bu hərəkətlərinə qiymət verən akademik Ermənistan rəhbərlərinin “miatsum” utopiyasının, bu faciəli səhvin mənasız və perspektivsiz olması barədə düşünməyə çağırır. Axı “onlar mənasız müharibədən, minlərlə taleyin qırılmasından, milyondan çox qaçqın-köçkünün yaranmasından, dağıntılardan, geniş sahələrin becərilmək əvəzinə minalanmasından, sosial xərclər əvəzinə hərbi xərclərin artırılmasından başqa heç nəyə nail olmamışlar: Dağlıq Qarabağı Ermənistana birləşdirmək mümkün olmamışdır və heç vaxt mümkün olmayacaqdır - nə 20 il bundan əvvəl, nə bu gün, nə də 100 ildən sonra. Nə birbaşa, nə də qondarma “müstəqillik” vasitəsilə”.
ümumiyyətlə, bu kitab Ermənistan prezidenti Serj Sarkisyanın istedadsız spiçrayterlərinin səmərəsiz bayağı cəhdlərinə Azərbaycan aliminin vaxtında və layiqli şəkildə verilmiş cavabıdır. Şübhə yoxdur ki, bu cür “nokaut”dan sonra erməni təbliğatının özünə gəlməsi üçün hələ xeyli vaxt tələb olunacaq.
Prezident Administrasiyanın rəhbəri, akademik Ramiz Mehdiyevin elmi faktlar və sanballı dəlillərlə zəngin olan kitabında Azərbaycanın qədim və müasir xəritələri də verilib. Bu xəritələr əyani şəkildə göstərir ki, Ermənistan dövləti əzəli Azərbaycan torpaqlarında yaradılıb.
Nəfis poliqrafik tərtibatı ilə seçilən bu kitabın tarixçilər, politoloqlar, beynəlxalq məsələlər üzrə mütəxəssislər və geniş oxucu auditoriyası üçün maraqlı olacağı şübhə doğurmur.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18

