Dünyəvi dövlət olan Azərbaycanda dinin siyasiləşdirilməsi cəhdləri yolverilməzdir
15.01.2011 [09:28]
Bu bir danılmaz həqiqətdir ki, xalqımız dünyada ən tolerant xalqlardan, Azərbaycan isə bu istiqamətdə nümunə hesab edilən dövlətlərdən biri kimi tanınır. Bu da təsadüfi deyil. çünki hazırda dünyaya öz tolerantlığına, dini dözümlülüyünə görə nümunə göstərilən Azərbaycanda insanların din, vicdan azadlığı yüksək səviyyədə qorunur. ölkəmizin vətəndaşları özlərinin dini inanc seçimində azaddırlar. Bununla yanaşı, 1995-ci ildə qəbul olunan ölkə Konstitusiyasında da qeyd edildiyi kimi, Azərbaycanda din dövlətdən ayrıdır, ölkəmiz dünyəvi dövlətdir. Demokratik prinsiplər üzərində bərqərar olan Azərbaycan dövlətçiliyi öz inkişaf konsepsiyasında və həyata keçirdiyi daxili-xarici siyasət kursunda bunu hər zaman nümayiş etdirir.
Digər tərəfdən, ölkəmizdə din dövlətdən ayrı olsa da, Azərbaycanda fərqli dinlərin daşıyıcılarının inanclarına hər zaman hörmət olunur. Xatırlamaq yerinə düşər ki, müstəqillik əldə etdiyimiz zamanlarda ölkəmizdə cəmisi 20-yə yaxın məscid var idi. Məhz Ulu öndər Heydər Əliyevin səyi nəticəsində ölkəmizdə məscidlərin bərpası, yenidən tikilməsi istiqamətində böyük işlər görüldü. Köhnə ibadət ocaqlarımız bərpa olunmaqla yanaşı, onlarla yeni məscidlər inşa edildi. Xalqımızın öz dini inancını azad şəkildə icra etməsi üçün hər cür şərait yaradıldı. Eyni zamanda, 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası Azərbaycan müstəqillik əldə etdikdən sonra Rus Pravoslav Kilsəsinə verildi, 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi-Müqəddəs Məryəmin Miladı baş kilsəsi bərpa olundu. 2000-ci ildə respublikanın katolik icmasına dini ayinlərin yerinə yetirilməsi üçün xüsusi bina verildi. Bakıda layihəsi Vatikan ilə razılaşdırılan katolik kilsəsi inşa edildi. Ulu öndər Heydər Əliyevin şəxsi səyi ilə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ibrani bölməsi açıldı, sinaqoqlar fəaliyyətini bərpa etdi.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Bibiheybət məscidi yenidən və əsaslı şəkildə təmir edildi. Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasi kursun davamçısı olaraq Prezident İlham Əliyev də Azərbaycanda tolerantlığın inkişafına xüsusi qayğı göstərir.
Təəssüf ki, Azərbaycanda möhkəm dayaqlar üzərində bərqərar olan siyasi sabitlik, dini tolerantlıq mühiti bir sıra xarici dairələrin zaman-zaman yuxusuna haram qatır. Yaradılan siyasi sabitliyin fonunda ölkəmizin əldə etdiyi iqtisadi inkişaf dinamikasının Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirməsi, ölkədə dini ayrı-seçkiliyin olmaması, bütün dini konfessiyaların qardaşlıq zəminində yaşaması bəzi xarici dairələrin narahatlığına səbəb olub. Təbii ki, burada ölkəmizin müstəqil, milli maraqlara söykənən siyasət yürütməsi də böyük rol oynayır. Nəinki yerləşdiyi regionda, eyni zamanda, Avropada siyasi aktora çevrilən Azərbaycanın həyata keçirdiyi balanslanşdırılmış və milli mənafeyə söykənən siyasi kurs bəzi qüvvələrin planlarını pozur. Onlar isə bu inkişafın qarşısını almaq üçün bir sıra çirkin niyyətlərə əl atır və təəssüf ki, bu yolda dindən də istifadə etməkdən çəkinmirlər.
ölkəmizdə zaman-zaman fərqli mövzularla spekulyasiyaların aparılmasına cəhdlər edilir, bəzi qüvvələr dinin siyasiləşdirilməsinə çalışırlar. Məsələn, bir müddət öncə ölkədə ictimai asayişin pozulmasına yönəlmiş terrorçuluğa hazırlıq və terror törədiləcəyi hədəsi ilə əlaqədar şübhəli qismində saxlanılan Mövsüm Səmədovun əmisi oğlu Quba rayon sakini Dəyanət Səmədovun evindən və işlədiyi mağazadan döyüş sursatı olan əl qumbaraları və avtomat patronları aşkar olunub. Qeyd edək ki, həbs olunan şəxsin yaşadığı mənzildən və həyətindəki yardımçı tikililərdən 2 ədəd “Kalaşnikov” avtomatı, 60 ədəd avtomat patronu, 20 ədəd “F-1” əl qumbarası və onlar üçün alışdırıcılar, avtomat silahı üçün 4 ədəd daraq tapılıb. Firdovsi Məmmədrzayevin evindən və həyətindəki istixanadan isə 10 ədəd “F-1” əl qumbarası və onlar üçün alışdırıcılar, 40 ədəd avtomat patronu və avtomat silahı üçün 1 ədəd daraq aşkar edilib götürülüb.
Bu da danılmaz bir həqiqətdir ki, ölkəmizdə yaradılan dini tolerantlığa, siyasi sabitliyə qarşı olan qüvvələrin belə cəhdləri, İslamın siyasiləşdirilmsi ilə bağlı spekulyativ addımlar cinayət olmaqla yanaşı, cəmiyyət tərəfindən də birmənalı şəkildə pislənir. Bununla yanaşı, baş verənlərin ardından həmin şəxslərin arxasında dayanan bir sıra xarici quvvələrin narahatlıqlarını ifadə etməsi bəzi məsələlərin üzərinə işıq salır. Hətta bir müddət öncə ölkə KİV-nə verdiyi müsahibədə adının bir xarici ölkənin adı ilə hallandırılmasını özünə fəxr bilən Mövsüm Səmədovun həbsindən sonra həmin xarici ölkədən verilən bəyanatlar ortada olan çirkin siyasi niyyətləri açıq-aydın büruzə verir. ölkəmizin daxilində başqalarının dəstəyi ilə qarşıdurma yaratmaq cəhdi isə Azərbaycanın dövlət və millət maraqları ilə uzlaşmayan, qanunlara zidd olan hərəkətlərdir. Bu baxımdan dinin siyasiləşdirilməsinə, dindən istifadə edərək xarici qüvvələrə xidmət göstərməyə cəhd edənlərə qarşı görülən tədbirlər ölkəmizdə dövlətçiliyin möhkəmliyini və xalq-hakimiyyət birliyini, o cümlədən, dünyəvi inkişaf yolundakı dönməzliyimizi bir daha ortaya qoymuş olur.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

