Mübariz Qurbanlı: Azərbaycanda islam dininə həmişə hörmətlə yanaşılıb
13.01.2011 [09:20]
Mübariz Qurbanlı, həmçinin, söyləyib ki, Konstitusiyaya görə, Azərbaycan dünyəvi dövlətdir və din dövlətdən ayrıdır: “Amma istər islam, xristianlıq, buddizm, iudaizm, istərsə də lokal xarakterli olan və məhdud ərazilərdə yayılan digər dinlərdən zaman-zaman müxtəlif məqsədlər üçün istifadə olunmağa cəhdlər edilib. Dini dövlət yaratmağa cəhdlər edilib. Tarixdə buna dair çoxlu misal var. Bu gün də teokratik, dini aparıcı element kimi götürüb buna uyğun dövlət idarə üsulu yaratmış xalqlar var. Hazırda demokratiya, azadlıq, insan hüquqları, fərdi azadlıq kimi dəyərlər üstündür. Belə dəyərlərin aparıcı rol oynadığı, üstün olduğu və Azərbaycan Konstitusiyasında belə dəyərlərin böyük yer tutduğu bir vaxtda dindən vasitə kimi istifadə olunmasına cəhd göstərilməsi cəmiyyət tərəfindən etirazla qarşılanır. Bu etiraz cəmiyyətin dinə bir inanc yeri kimi baxması ilə əlaqədardır. Cəmiyyət dindən vasitə kimi istifadə olunmasının əleyhinədir. Ona görə də Azərbaycanda islamın siyasiləşməsi haqda deyilənlərin heç bir əsası yoxdur. Hesab edirəm ki, bəzi şəxslərdə bu cür düşüncənin yaranması müəyyən yerlərdə dini yaymaq, dini dünyagörüşü təbliğ etmək əvəzinə din pərdəsi altında başqa işlər görülməsinin, bundan sui-istifadə olunmasının nəticəsidir. Amma Azərbaycan xalqı öz dünyagörüşünə görə dünyəvidir. Biz dünyəvi prinsipləri qəbul edirik və dinimizə hörmətlə yanaşırıq. Azərbaycanda dinin siyasi prosesə müdaxilə edərək kütləvi formada siyasiləşməsi mümkün deyil. Bunun üçün Azərbaycanda zəmin yoxdur. Azərbaycan xalqının keçdiyi tarixi yol, dünyagörüşü, ictimai-siyasi, sosial-iqtisadi, mənəvi-psixoloji durum buna imkan vermir. Ona görə də Azərbaycanda din yalnız din, dini təşkilat onu yayan qüvvə kimi fəaliyyət göstərə bilər. Dinin siyasi proseslərə müdaxiləsi bütün hallarda yolverilməzdir və bu istiqamətdə cəhdlər uğursuzluğa düçar olacaq”.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

