Ötən il vergi sistemində islahatlar uğurla davam etdirilib
26.01.2011 [10:18]
Dünən Vergilər Nazirliyində 2010-cu ilin yekunları və 2011-ci ildə görüləcək işlərə həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən vergilər nazirinin I müavini Natiq Əmirov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində cari ildə qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsi üçün möhkəm və dayanıqlı zəmin yaradılıb.
ötən il vergi sistemində də islahatlar uğurla davam etdirilib, vergi nəzarəti təkmilləşdirilib, vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsi və keyfiyyəti yüksəldilib: “2010-cu il ərzində nazirlik tərəfindən dövlət büdcəsinə 4 mlrd. 294 mln. manat vəsaitin ödənilməsi təmin olunub ki, bu da 2009-cu illə müqayisədə 180,6 mln. manat və ya 4,4 faiz çoxdur. Daxil olan vergilərin 2 mlrd. 716.9 mln. manatı və ya 63,3 faizi qeyri-dövlət sektorunun payına düşür. Qeyri-dövlət sektorundan vergi daxilolmalarının həcmi əvvəlki ilə nisbətən 324,9 mln. manat və ya 13,6 faiz artıb”.
Vergi yoxlamalarının səmərəliliyinin artırılması üçün vergi auditinin metodologiyası və aparılma prosedurları təkmilləşdirilib. Başa çatdırılmış səyyar vergi yoxlamaları üzrə əlavə hesablanmış vergi məbləği ötən illə müqayisədə 43,1 mln. manat, vergilərin azaldılmasına və digər hüquq pozuntularına görə tətbiq edilmiş maliyyə sanksiyaları isə 12,1 mln. manat artıb. Həyata keçirilən operativ nəzarət tədbirləri nəticəsində 3109 vergi ödəyicisində və ya onlara məxsus obyektlərdə 4741 fiziki şəxsin əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edildiyi aşkarlanıb, qanun pozuntusuna yol vermiş şəxslərə 4,86 mln. manat maliyyə sanksiyası tətbiq edilib. 27622 ticarət, iaşə və xidmət obyektində həyata keçirmiş operativ nəzarət tədbirləri nəticəsində 10,78 mln. manat məbləğində inzibati cərimə və maliyyə sanksiyaları tətbiq edilib. Vergi hüquqpozmaları ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 538 cinayət işi başlanıb, vergiləri ödəməkdən yayınma və vergi cinayətləri törətdiyinə görə barələrində axtarış elan edilən 21 şəxs tutularaq aidiyyəti üzrə təhvil verilib. İstintaqdan yayınan 200 şəxsin məcburi qaydada gətirilməsi, 233 şəxsin yerinin müəyyən olunaraq istintaqa cəlb olunması təmin edilib. Vergidən yayındırılmış 11 mln. 375 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunduğuna görə, 87 cinayət işinə xitam verilib. Həyata keçirilən tədbirlər nəticəsində il ərzində vergi borclarının məbləği ötən illə müqayisədə 1,6 mlrd. manat azalıb.
İl ərzində vergi orqanlarına 37500 müraciət daxil olub ki, onların da cəmi 960-ı və ya 2.6 faizi şikayət xarakterlidir. Müraciətlərin ümumi sayından 80 faizi müsbət həll olunub, 10 faizi ilə bağlı lazımi izahatlar verilib, 6 faizi əsassız sayılıb.
Vətəndaş müraciətləri və təqdimatlar üzrə aparılmış araşdırmaların nəticələri ilə bağlı 70 vergi əməkdaşına töhmət, 166-na şiddətli töhmət verilib, 4-nün xüsusi rütbəsi 1 pillə aşağı salınıb, 10 nəfərin vergi orqanlarında xidmətinə xitam verilib.
“Elektron hökumət” layihəsi çərçivəsində yüksək texnologiyaların tətbiqi prosesi davam etdirilib, “elektron vergi hesab-fakturaları” və “on-line kargüzarlıq” sistemlərinin tətbiqinə başlanılıb. Qeyd olunub ki, artıq vergi ödəyicilərinin böyük əksəriyyəti bəyannamələrini elektron formada təqdim edirlər. ƏDV ödəyiciləri üzrə bu göstərici 93 faiz təşkil edir. Prosesin bütün ölkə ərazisini əhatə etməsi və internet şəbəkəsinin kifayət qədər inkişaf etmədiyi rayonlarda internetə çıxışın təmin olunması üçün vergi ödəyicilərinə xidmət göstərən 17 xidmət terminalı istifadəyə verilib. 2011-ci ildə daha 10 belə terminalın tikintisi başa çatdırılacaq və bu işlər növbəti illərdə də davam etdiriləcək.
N.Əmirovun sözlərinə görə, “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2010-cu il tarixli Fərmanına uyğun olaraq səhmlərinin (paylarının) 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslərin vergi hesablamalarının və ödəmələrinin aidiyyəti strukturlarla birlikdə təhlil edilərək, vergilərin ödənilməsini təmin edən tədbirlərin görülməsi, həmçinin, şəhər və rayonların ərazilərində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin ödədikləri vergi və digər ödənişlərin tam və ya qismən şəhər və rayonların yerli gəlirlərinə aid edilməsi, nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı qəbul edilmiş tədbirlər planının icrasına başlanılıb.
Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev tərəfindən bu məsələlərin vacibliyi bir daha vurğulanıb, vergi sistemində aparılan uğurlu islahatlar müsbət qiymətləndirilməklə yanaşı, 2011-ci ildə vergitutma bazasının genişləndirilməsi, vergidənyayınma hallarının qarşısının alınması və nağd hesablaşmaların xüsusi çəkisinin minimuma endirilməsi ilə bağlı bir sıra ciddi tapşırıqlar verilib. Hazırda həmin tapşırıqların icrası ilə bağlı Vergilər Nazirliyi tərəfindən müvafiq təkliflər hazırlanır və aidiyyəti dövlət orqanları ilə razılaşdırıldıqdan sonra ölkə rəhbərinə təqdim olunacaq.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxElm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13

