Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Soydaşımız "Qırğızıstan Respublikasının ən yaxşı mədəniyyət işçisi" medalı ilə təltif edilib

Soydaşımız "Qırğızıstan Respublikasının ən yaxşı mədəniyyət işçisi" medalı ilə təltif edilib

27.01.2011 [11:28]

Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov “Qırğız Respublikasının ən yaxşı mədəniyyət işçisi” medalı ilə təltif edilib. APA-nın məlumatına görə, medalı təqdim edən Qırğızıstanın mədəniyyət və informasiya naziri Nurlan Şakiyev N.Məmmədovun Qırğızıstan və Azərbaycan mədəni əlaqələrinin inkişafında xüsusi xidmətlərindən danışıb. Nazir N.Məmmədovun 2008-ci ildə Qırğızıstanda Heydər Əliyevin 85, görkəmli Azərbaycan yazıçısı, alimi və pedaqoqu Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş möhtəşəm ədəbi bədii tədbirlərin keçirilməsinin Qırğızıstan üçün mühüm hadisə olduğunu, Heydər Əliyevin böyük irsinin Qırğızıstanda öyrənilməsində, Qırğızıstanın qardaş Azərbaycanda tanıdılmasında böyük xidmətləri olduğunu bildirib.
Mərasimdə Qırğızıstan Milli Yazıçılar İttifaqının sədri Abduraxman Alımbayev, Qırğızıstandakı Türk diasporunun rəhbəri Mürəfəddin Sakimov, Qırğızıstanın tanınmış yazıçıları və nazirliyin əməkdaşları iştirak edib.
Qeyd edək ki, N.Məmmədov bu mükafata Qırğızıstan Milli Yazıçılar İttifaqının təqdimatı ilə layiq görülüb.

Paylaş:
Baxılıb: 1037 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30