Dönməz əqidəli, dövlətçilik marağını hər şeydən üstün tutan bütöv şəxsiyyət
04.02.2011 [10:40]
1963-cü ildən Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun elmi işçisi, 1967-ci ildən Leninqrad Vilayət Meyvə-Tərəvəz Müfəttişliyinin müfəttişi, Krım təcrübə stansiyasının elmi işçisi, 1969-cu ildən Azərbaycan Elmi Tədqiqat Yemçilik İnstitutunun elmi katibi, baş elmi işçisi vəzifələrində çalışıb. 1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetində baş referent, 1974-cü ildən Azərbaycan KP MK-da təlimatçı, bölmə müdiri, şöbə müdirinin müavini işləyib. 1987-1989-cu illərdə Quba rayon Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən Azərbaycan KP MK-nın şöbə müdiri, 1991-ci ildən Azərbaycan Respublikası Ali Sovetinin komissiya sədri, 1993-1994-cü illərdə Azərbaycan Respublikasının Dövlət müşaviri vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvüdür.
Azərbaycan SSR on birinci və on ikinci çağırış Ali Sovetinin, Azərbaycan Respublikası birinci, ikinci və üçüncü çağırış Milli Məclisinin deputatı, 1994-cü ilin oktyabr ayında parlament sədrinin birinci müavini vəzifəsinə seçilib.
2010-ci il parlament seçkilərində 61 saylı Neftçala seçki dairəsindən IV çağırış Azərbaycan parlamentinə deputat seçilib. Hazırda Milli Məclisin Regional məsələlər komitəsinin sədridir. Nə vaxt və hansı vəzifədə çalışmasından asılı olmayaraq, o, həmişə dövlətçilik maraqlarına xidmət edib.
ömrü insana Tanrı bəxş edir. Amma həmin ömrü necə yaşamasını insan özü müəyyənləşdirir. Bəzi insanların yaşadığı ömür yalnız fərdi çərçivə ilə məhdudlaşır və heç bir ictimai çəki daşımır. Belə insanlar dilemma qarşısında qaldığı zaman geriyə də çəkilə bilirlər. Bəzi insanlar isə düz bildikləri, real saydıqları gerçəklik uğrunda sona qədər döyüşürlər. Onlar mühitdən və situasiyadan asılı olmayaraq hər zaman həqiqətin tərəfində olurlar. çünki bu insanlar artıq şəxsiyyətə çevrilirlər...
Dünən 70 yaşı tamam olan hörmətli millət vəkilimiz, tanınmış ictimai-siyasi xadim Arif Rəhimzadə də haqq uğrunda savaşmağı bacaran insanlardandır. Arif Rəhimzadə fərqli nəsillərin yaddaşında özünə yer tapan, fəaliyyəti ilə bu yaddaşlara həkk olan bir şəxsiyyətdir. Yaşlı nəsil Arif müəllimi rəhbərlik etdiyi Quba rayonunun sosial-iqtisadi problemlərinin həlli uğrunda çalışan işgüzar və məsuliyyətli rayon rəhbəri kimi xatırlayırsa, orta nəsil onu Azərbaycanın xilası uğrunda parlamentdə çoxluğu ələ almış və hakimiyyəti zəbt etmiş qruplara qarşı savaşa qalxan, xalqının, dövlətinin maraqlarını qoruyan, Ulu öndər Heydər Əliyevin Bakıya qayıdışının müstəqilliyimizin qorunması üçün yeganə çıxış yolu olduğuna səmimi qəlbdən inanan və bu inamın arxasınca sona qədər gedən, xalqının dövlətinin maraqlarını şəxsi təhlükəsizliyindən də üstün tutan siyasi xadim, gənc nəsil isə ölkəmizdə hələ yeni-yeni təşəkkül tapan özünüidarə strukturunun-bələdiyyələrin formalaşdırılmasında, bu istiqamətdə qanunların hazırlanmasında böyük əmək sərf edən, rəhbərlik etdiyi Milli Məclisin Regional məsələlər üzrə komitəsinin mütəşəkkil işini yüksək səviyyədə tənzimləyən mütəxəssis kimi xarakterizə edir.
Sonrakı illərdə də siyasi fəaliyyətini Yeni Azərbaycan Partiyasında davam etdirən Arif Rəhimzadə bu gün partiyanın Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Arif Rəhimzadə dövlətçiliyimizin inkişafında, müstəqillyimizin qorunmasında, ölkəmizin iqtisadi-siyasi inkişafında özünəməxsus yer tutan YAP-ın fəaliyyətində yaxından iştirak edən bir insandır. Dövlətçiliyimizə sədaqətlə xidmətləri ilə seçilən hörmətli millət vəkilimiz hər zaman özünü fəxarətlə “Ulu öndər Heydər Əliyev siyasi məktəbinin sadiq əsgəri” adlandırır... Arif Rəhimzadəni xalqının gözündə ucaldan, sevdirən ən mühüm məqamlardan biri də məhz Heydər Əliyev siyasi məktəbinə bağlılığı, əqidəsində möhkəmliyi və dönməzliyidir...
Təmsil etdiyi Neftçala rayonunda seçicilərinin problemlərinin həlli üçün bütün gücünü səfərbər edən Arif Rəhimzadə tez-tez bu insanlarla ünsiyyətdə olur, onları narahat edən məsələlərlə yerindəcə tanış olmağa üstünlük verir. Arif Rəhimzadə parlamentdə təmsil etdiyi rayonun bütün kəndlərinin problemlərinin həlli uğrunda əsl millət vəkili kimi fəaliyyət nümayiş etdirir. Bu səbəbdəndir ki, bu gün Neftçala rayonunda böyükdən-kiçiyə hər kəs Arif Rəhimzadəni sevgi ilə qarşılayır, onun adını böyük məhəbbətlə çəkir. Bu rayonun seçiciləri hər zaman fəxrlə “bizim deputatımız Arif Rəhimzadədir” deyirlər...
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37

