Korrupsiya ilə mübarizədə cəmiyyət də aktiv olmalıdır
07.02.2011 [10:18]
Hər bir ölkənin stabil inkişafı üçün vacib sayılan amillərdən biri də cəmiyyətin əsasını təşkil edən sosial institutların normal və qanunauyğun fəaliyyətinin təmin edilməsidir. Bu isə dövlətlə cəmiyyət, həmçinin, cəmiyyətdaxili münasibətləri tənzimləyən qanunların qəbulu və icra mexanizmlərinin formalaşdırılması ilə mümkündür. Məhz bu baxımdan, sosial təsisatların fəaliyyətinə, cəmiyyət həyatının iqtisadi-sosial sferasına dağıdıcı təsir göstərən korrupsiya və rüşvətxorluq halları ilə mübarizə dövlətin inkişafına əngəl törədən maneələrin aradan qaldırılması nöqteyi-nəzərindən prinsipial əhəmiyyət kəsb edir.
Qeyd etməliyik ki, bu gün dünyada bir çox ölkələrin başlıca probleminə çevrilən korrupsiya ilə mübarizə sahəsində Azərbaycan hökuməti tərəfindən ciddi addımlar atılır. Respublikamızda bu istiqamətdə yaradılan zəngin hüquqi baza mənfi halların qarşısının alınmasında, həmçinin, vətəndaşların hüquqlarının təmin edilməsi məqsədilə qanunsuzluqlara qarşı aparılan mübarizədə müvafiq orqanlara geniş səlahiyyətlər verir. Məlum olduğu kimi, korrupsiyanın əsas əlamətləri hesab edilən büdcədən ayrılan vəsaitlərin qeyri-qanuni məqsədlərlə xərclənməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə, əsassız yoxlamalarla sahibkarlardan pul tələb edilməsi, süni qiymət artımı, inhisarçılığa rəvac verilməsi, vergidən yayınmalar və digər neqativ hallara qarşı ölkədə praktiki müstəvidə kifayət qədər işlər görülüb. Belə ki, Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun reallaşdırılması məqsədilə 2007-2011-ci illər üçün Fəaliyyət Planı təsdiq edilib, habelə, bu istiqamətdə əməli tədbirlərin həyata keçirilməsi məqsədilə, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi və digər müvafiq qurumlar yaradılıb.
Son illər bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində korrupsiya halları aşkarlanaraq qanun pozuntusuna yol vermiş şəxslər cinayət məsuliyyətinə cəlb olunub. Eyni zamanda, yuxarıda adıçəkilən qurumlar müntəzəm olaraq korrupsiya ilə mübarizə sahəsində fəaliyyətləri, gördükləri işlər haqqında məlumatlar yayaraq ictimaiyyəti məlumatlandırırlar. Göründüyü kimi, korrupsiya ilə mübarizə dövlətin strateji məqsədlərindən biridir və bütün sahələrdə şəffaflığın, qanunun aliliyinin təmin edilməsi istiqamətində hökumət bütün mümkün imkanlarından istifadə edir.
Lakin etiraf etmək lazımdır ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə cəmiyyətin dəstəyi olmadan dövlətin gördüyü işlər istənilən effekti verməz, yaxud əldə olunan nəticələr davamlı ola bilməz. Məlum olduğu kimi, belə halların baş verməsində çox zaman cəmiyyət özü təhrikçi, və ya təşəbbüskar rolunda çıxış edir. Buna görə də, hər bir kəs bu məsələdə öz qəti mövqeyini ortaya qoymalı, ölkə qanunlarına hörmətlə yanaşmalı, neqativ hallarla rastlaşdıqda qanun çərçivəsində öz haqqını tələb etməlidir. Təsadüfi deyil ki, hər bir vətəndaşın rastlaşdığı qanun pozuntuları ilə fərdi qaydada mübarizə aparması, bu məqsədlə müvafiq orqanlara rahat bir şəkildə müraciət edə bilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Nümunə olaraq qeyd edə bilərik ki, korrupsiya ilə mübarizə qurumları nəzdində yaradılan “Qaynar xətt” vətəndaşlara korrupsiya halı ilə rastlaşdıqları istənilən vaxt müraciət etməyə imkan verir. Bunun üçün ən vacib şərtlərdən biri vətəndaşların öz hüquqlarını bilməsi və qanun pozuntularına ayıq yanaşmağı bacarmasıdır.
Təbii ki, vətəndaşların maariflənməsi və onların cəmiyyətdə gedən proseslərə münasibətinin formalaşması, həmçinin, dövlət strukturlarının fəaliyyətinə ictimai nəzarətin təmin olunmasında ictimai birliklərin, xüsusilə də qeyri-hökumət təşkilatlarının üzərinə böyük vəzifə düşür. Bu həm də demokratik sistemin önəmli ünsürlərindən olan vətəndaş cəmiyyətinin formalaşmasında vacib faktorlardan biri hesab olunur. Təsadüfi deyil ki, hökumət bu məsələdə QHT-lərlə dövlət strukturlarının fəaliyyətinin əlaqələndirilməsinə xüsusi önəm verir.
Qeyd etdiyimiz kimi, korrupsiya və rüşvətxorluqla mübarizədə vətəndaşların öz hüquqlarından xəbərdar olması və dövlətin bu sahədə yaratdığı imkanlardan yararlana bilməsi üçün cəmiyyətin maarifləndirilməsinə ehtiyac var. Bu istiqamətdə bir sıra QHT-lər tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil edilən seminar və tədbirlərin, müzakirələrin rolu isə danılmazdır.
Digər tərəfdən, korrupsiya və rüşvətxorluqla mübarizə sahəsində görülən tədbirlərin müntəzəm surətdə işıqlandırılması və geniş ictimaiyyətə çatdırılmasında kütləvi informasiya vasitələrinin imkanlarından da mümkün qədər çox istifadə olunmalıdır. Bir sözlə, korrupsiya və rüşvətxorluq hər hansı ictimai qurum və ya sosial qrupun deyil, bütün cəmiyyətin problemidir. Bu problemin tam aradan qaldırılması üçün isə dövlət-vətəndaş həmrəyliyi həlledici əhəmiyyət daşıyır.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17

