İrandan növbəti məntiqsiz və düşünülməmiş addım
06.11.2022 [10:44]
Təbrizdə erməni baş konsulluğunun açılmasına ehtiyac varmı?
Ermənistan 2023-cü ildə İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərində baş konsulluq açacaq. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdəki çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, Ermənistan 2023-cü ildə Uruqvayda səfirlik, Rusiyanın Şimali Osetiya Respublikasının mərkəzi Vladiqafqaz şəhərində konsulluq açacaq. Nazir, həmçinin bildirib ki, Ermənistan Kiprin yunanlara aid hissəsində və Serbiyanın paytaxtı Belqradda diplomatik missiyanın ofisini açmağı nəzərdə tutub.
Maraqlıdır ki, cəmisi “bir ovuc” erməninin yaşayıb-yaşamadığı Təbrizdə Ermənistanın konsulluq açması, İran tərəfinin isə buna etiraz etməməsi hansı ehtiyacdan və ya zərurətdən doğur? Bəlli olduğu kimi, Təbrizin əhalisi əsasən azərbaycanlılardır. Belə olan təqdirdə isə İran niyə Azərbaycan dövləti ilə yanaşı, özünün azərbaycanlı vətəndaşlarında da qıcıq yaratmağa çalışır?
Birmənalı şəkildə qeyd olunmalıdır ki, bu kimi addımlarla Azərbaycanda qıcıq yaratmaq istəyi İranın özünün əleyhinə yönəlib. Təbrizdə erməni baş konsulluğunun açılması İranın onsuz da kəskinləşmiş daxili ictimai-siyasi vəziyyətini daha da gərginləşdirəcək. Bu isə indiki halda İranın əleyhinə yönələn bir faktordur. Digər tərəfdən, İran anlamalıdır ki, bu qədər ermənipərəstlik artıqlıq edəcək - çünki ermənilərin həm kilsəsinin, həm də məktəblərinin fəaliyyət göstərdiyi İranda bir dənə də olsun Azərbaycan dilli məktəb yoxdur. Beləliklə, İran bu addımlarla yalnız özünün əleyhinə arqumentlər formalaşdırmağa “nail olacaq”.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, İran son vaxtlar çoxsaylı məntiqsiz və düşünülməmiş addımlar atır. Təbrizdə erməni baş konsulluğunun açılmasına razılığın verilməsi də məhz həmin kontekstdə izah edilə bilər: “Təbrizdə erməni baş konsulluğunun açılması Cənubi Azərbaycanda yaşayan azərbacanlıları qıcıqlandırmaq, onların hissləri ilə oynamaq deməkdir. Həm Qarabağ müharibəsi, həm də postmünaqişə dövrü göstərdi ki, İranda yaşayan azərbaycanlılar da erməni məsələsinə çox həssaslıqla yanaşırlar. Cənubda yaşayan azərbaycanlılar hər zaman erməni təxribatlarına çox qəti və ciddi reaksiyalar verirdilər. İndi isə həmin yerdə, azərbaycanlı əhalinin yaşadığı Təbriz şəhərində erməni konsulluğu açılır. Nəzərə alınmalıdır ki, bu konsulluq anti-Azərbaycan fəaliyyəti ilə də məşğul olacaq. Çünki Ermənistanın xarici ölkələrdəki səfirlikləri, konsulluqları rəsmi İrəvanın siyasətinin dəst-xəttini yürüdür, anti-Azərbaycan təbliğatı ilə məşğul olurlar. Bu isə yerli əhali tərəfindən narazılıqla qarşılanacaq, hətta müəyyən insidentlərə gətirib çıxara bilər. Yəqin ki, həm İran, həm də ermənilər baş verə biləcək xoşagəlməz hadisələri də elə anti-Azərbaycan ruhunda aparılan təbliğatda istifadə edəcəklər. Təbrizdə ermənilərin sayı o qədər də çox deyil. Burada konsulluğun açılmasına isə nə Ermənistanın, nə də İranın ehtiyacı yoxdur. Bu kimi siyasət davam etdirilərsə, onsuz da kəskinləşmiş İran-Azərbaycan münasibətləri daha çox zərbə alacaq”.
Politoloq onu da vurğulayıb ki, İran bu addımı atmaqla bir çox vacib faktoru nəzərə almır. “Ümumiyyətlə, İranda mühafizəkarlar hakimiyyətə gələn zaman bu cür təhlükəli və təxribatyönümlü siyasi addımlar çox müşahidə olunur. Vaxtilə Əhmədinejatın prezidentliyi dövründə də Azərbaycanın İranla münasibətləri çox gərgin idi. Ondan sonra hakimiyyətə gələn islahatçılar isə bu siyasəti dəyişdi. Bütün mənfiliklər dinamik münasibətlərin, danışıqların kölgəsində qalırdı. İranla Azərbaycan arasında bir sıra sazişlər imzalanmışdı, müxtəlif layihələrlə bağlı danışıqlar aparılmışdı. İndiki hakimiyyət isə İranın maraqlarına uyğun olmayan siyasət aparır. Əgər bu siyasət davam etdirilsə, Cənub-Şimal dəhlizi qarışıq heç bir layihənin reallaşması mümkün olmaycaq. Onlar bunu dərk etməlidirlər. Bu isə İranın xeyrinə deyil. İran bu addımlarla, eyni zamanda, Rusiyanın və digər oyunçuların maraqlarını zərbə altına qoyur. Çünki bu layihələrdə digər dövlətlər də - Rusiya, Hind Okeanı hövzəsi ölkələri də maraqlıdırlar. Hazırki durumda isə bu layihələrin reallaşması sual altına düşür. Eyni zamanda, bu konsulluğun açılması onsuz da gərgin olan daxili ictimai-siyasi vəziyyəti daha da gərginləşdirəcək. Erməni konsulluğunun açılması azərbaycanlıların etirazlardakı iştirakını, anti-hökumət çıxışlarını daha da arqumentləşdirəcək. Nəticə etibarı ilə, bütün hallarda zərər çəkən tərəf İran olacaq”, - deyə İ.Vəlizadə əlavə edib.
SADİQ
Xəbər lenti
Hamısına baxGündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50

