Vergilər Nazirliyində kollegiya iclası keçirilib
15.03.2011 [09:07]
Vergilər Nazirliyində vətəndaş müraciətlərinə baxılmasının vəziyyəti ilə bağlı məsələlərə həsr olunmuş kollegiya iclası keçirilib. İclasda qeyd olunub ki, 2006-cı il fevral ayının 1-dən etibarən dövlət vergi orqanlarında Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) tətbiq olunması nəticəsində vergi orqanlarında kargüzarlığın aparılmasında ciddi keyfiyyət dəyişiklikləri baş verib, sənədlərin icrası, vətəndaş müraciətlərinə baxılması proseslərini əvvəldən axıradək izləməyə imkan verən dəqiq və kifayət qədər təkmil nəzarət sistemi yaradılıb.
Vergi ödəyicilərinin, vətəndaşların vergi orqanlarına müraciətlərinin təhlil olunması, qarşıya çıxan problemlərin yerlərdə araşdırılması və müzakirə edilməsi, vergi ödəyicilərini narahat edən məqamların öyrənilməsi məqsədilə 2010-cu ildə nazir müavinləri və nazirliyin digər rəhbər işçilərinin iştirakı ilə 10 şəhərdə vergi ödəyiciləri ilə görüşlər və bu görüşlərin nəticələri də nəzərə alınmaqla dörd zona müşavirəsi keçirilib. Vergi ödəyiciləri tərəfindən qaldırılan məsələlər nəzarətə götürülərək onların icrası ilə bağlı tədbirlər planı təsdiq olunub.
ötən il ölkənin vergi orqanlarına 37.474 yazılı müraciət daxil olub. Onlardan 97,3 faizi ərizə, 2,6 faizi şikayət, 1 faizi təklif xarakterli olub, 283 müraciətin icrası xüsusi nəzarətə götürülub. Müraciətlərin 79,5 faizi müsbət həll olunub, qalanları barədə vətəndaşlara müvafiq izahatlar verilib. ötən il dövlət vergi orqanlarına cəmi 960 şikayət daxil olub ki, bu da 2009-cu illə müqayisədə 1164 vahid azdır. Vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi) ilə bağlı şikayətlərin sayı da 264 vahid azalıb.
Nazirliyin rəsmi internet səhifəsində (www.taxes.gov.az) vətəndaşların birbaşa vergilər nazirinə və digər rəhbər işçilərə müraciət etmələri üçün imkan yaradılıb, “195” Telefon Məlumat Xidmətinə müraciət edənlərin sayı 236.000 nəfərdən çox olub. Vergi orqanlarına daxil olmuş müraciətlərdən 272-nin və ya cəmi 0,7 faizinin baxılma müddəti gecikdirilib ki, bu da əvvəlki illə müqayisədə 355 vahid azdır. 8 saylı Ərazi Vergilər İdarəsində (ƏVİ) 22, 6 və 12 saylı ƏVİ-nin hər birində 12 vətəndaşın müraciətinə icra müddətləri pozulmaqla baxılıb.
İclasda o da qeyd olunub ki, bir sıra hallarda Ərazi Vergilər İdarələrinə daxil olan müraciətlər mövzulara və növlərə görə düzgün qeydiyyata alınmır, bu isə onların hansı məsələlərlə əlaqədar olduğunun müəyyən edilməsində çətinliklər yaradır. Bununla da vətəndaş müraciətlərinin dövlət idarəetmə sistemində oynadığı əsas rollardan biri, yəni, vətəndaşlarla əks əlaqə, sistemdəki real vəziyyət barədə ilk mənbədən məlumat əldə edilməsi imkanları məhdudlaşdırılır. Bunu nəzərə alaraq ötən ilin ikinci yarısından etibarən vətəndaş müraciətlərinin mövzular və növlər üzrə təsnifatı dəyişdirilib, keçirilmiş tədbirlər nəticəsində məsələ artıq öz həllini tapıb. Kollegiyada araşdırma tələb edən vətəndaş müraciətlərinin səthi, başdansovdu cavablar yazmaqla nəzarətdən çıxarılması hallarına yol vermiş idarə rəhbərləri ciddi tənqid olunub.
2010-cu ildə dövlət vergi orqanlarında 3111, o cümlədən, nazirliyin aparatında 819 vətəndaş qəbul edilib, onların müraciətlərinə müvafiq qaydada baxılaraq tədbirlər görülüb. Bununla yanaşı, bəzi vergi orqanlarında hələ də həm qəbul zamanı, həm də yazılı müraciətlərdə qaldırılan məsələlərin mahiyyəti üzrə axıradək düzgün araşdırılmaması, məsələnin müsbət həlli mümkün olmadıqda bunun səbəbləri barədə vətəndaşlara əsaslandırılmış izahatların verilməməsi hallarına rast gəlinir ki, nəticə etibarilə bu da təkrar müraciətlərə səbəb olur.
Nazirliyin aparatında və tabeli qurumlarında vətəndaş müraciətlərinə baxılması nəticəsində aşkarlanmış nöqsanlara görə 30 vergi orqanı əməkdaşına xəbərdarlıq edilib, 81 nəfərə töhmət, 40 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilib, 2 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınıb, 2 nəfər aşağı vəzifəyə keçirilib, 6 nəfərin vergi orqanlarında fəaliyyətinə xitam verilib.
Kollegiyada çıxış edən vergilər naziri Fazil Məmmədov xüsusi olaraq vurğulayıb ki, vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması məsələsi hər bir vergi orqanı üçün dövlət büdcəsinə vergi daxilolmalarının təmin olunması qədər əhəmiyyətlidir və bu sahədə hər hansı bir vəzifəli şəxs tərəfindən yol verilmiş nöqsanlara görə çox ciddi tədbirlər görülməlidir. Kollegiya müzakirə olunan məsələ barədə müvafiq qərar qəbul edib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17

