Qarşısı alınır, neytrallaşdırılır...
25.11.2022 [10:29]
İran ölkəmizə qarşı pozucu addımlarını dayandırmır
Azərbaycan hər zaman özünün xarici siyasət kursunda qarşılıqlı tərəfdaşlığa, ikitərəfli maraqlara və əməkdaşlığa əsaslanır. Ən əsası isə ölkəmiz hər zaman qonşuları ilə yaxın, səmimi münasibətlərin qurulmasına xüsusi əhəmiyyət verir, bu əlaqələrin möhkəmləndirilməsi, daha da yaxınlaşdırılması istiqamətində fəaliyyət göstərir. Təəssüf ki, bu, bəzi qonşu ölkələr tərəfindən layiqli şəkildə dəyərləndirilmir, adekvat qarşılanmır. Məsələn, cənub qonşumuz olan İranın Azərbaycana qarşı apardığı siyasət birmənalı qiymətləndirilə bilməz. Hətta 44 günlük Vətən müharibəsi dövründə İranın atdığı addımlar, sonrakı mərhələdə isə Araz çayı yaxınlığında, Azərbaycanla sərhəddə ard-arda hərbi təlimlər keçməsi, sanki Azərbaycanı hədələməyə çalışması başadüşülən deyil.
Eyni zamanda, İran Azərbaycanın daxilində də bir sıra pozucu əməllərə cəhdlər göstərir. Bu ilin noyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti ard-arda İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunması, onların maliyyələşdirilməsi və fəaliyyətlərinin istiqamətləndirilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlanılması hallarına qarşı əməliyyatlar həyata keçirib və bu fəaliyyətlə məşğul olan qruplar müəyyənləşdirilib, zərərsizləşdirilib. Bu kimi addımlar isə İranın ölkəmizə qarşı hansı mövqedə olduğunu deməyə əsas verir. Yeri gəlmişkən, noyabrın 23-də Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə keçirilən “Vətən müharibəsinin təcrübələri” mövzusunda konfransda da bu məsələyə toxunulub. DTX-nin rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski bildirib ki, İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir.
İranın bu kimi addımlarında məqsədi nədir? Daxili etirazların qarşısını ala bilməyən İran bu kimi addımlarla nəyə nail olmaq istəyir?
Məsələ ilə bağlı “Yeni Azərbaycan”a danışan politoloq İlqar Vəlizadə bildirib ki, DTX rəsmisinin bu açıqlaması onu göstərir ki, İran Azərbaycana qarşı öz pozuculuq fəaliyyətini davam etdirir. Politoloqun fikrincə, bu fəaliyyətdə istifadə edilən şəbəkələr uzun illər ərzində yaradılmış qruplardır: “Bu qruplar bir neçə ayda yaranmayıb, illərin və ya onilliklərin işidir. Vaxtilə yaradılmış bu kimi xəyanətkar qruplar, şəbəkələr məqam gözləyirdilər. İndi isə onlar düşünürlər ki, vaxt gəlib çatıb. Nəinki onlar, onların havadarları, bu şəbəkələri yaradanlar da düşünürlər ki, aktiv fəaliyyət üçün məqam yetişib. Beləliklə də bunlar fəaliyyətə keçməyə cəhd göstərirlər. Bu şəbəkələrin, qrupların zərərsizləşdirilməsində DTX-nın, digər hüquq-mühafizə orqanlarının rolunu qiymətləndirmək lazımdır. Azərbaycanın təhlükəsizlik orqanı vaxtında sayıqlıq göstərməsəydi, bu şəbəkələr müəyyənləşdirilməsəydi və operativ tədbirlər görülməsəydi, törədilə biləcək təxribatların miqyası bəlkə də böyük olardı. Bu isə onu deməyə əsas verir ki, respublikamızın təhlükəsizlik orqanları öz fəaliyyətləri ilə Azərbaycanı fəlakətdən xilas edib. Təxribat törədə biləcək qrupların izinə vaxtında düşülüb, bu insanların hər birinin gördüyü işlərlə maraqlanıblar. Onların pozuculuq fəaliyyətini aşkar edərək neytrallaşdırıblar. Təəssüflər olsun ki, hələ də bu xəyanətkar yolun yolçuları az deyil, onlar mövcuddur. Bu baxımdan DTX bu istiqamətdəki fəaliyyətini uğurla davam etdirməlidir”.
Politoloqun fikrincə, bu fəaliyəti stimullaşdıran, onu həyata keçirən İranın məqsədi bəllidir. Bu ölkənin bəzi siyasi dairələri Azərbaycanda mövcud konstitusion quruluşu dəyişməyə cəhd etmək istəyib. “Onlar Azərbaycanda da İrandakı kimi dini statuslu quruluş yaratmağa niyyətləniblər. Bu məsələdə də bəzi insanlardan istifadə ediblər. Sevindirici haldır ki, Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti, hətta siyasi qüvvələr belə bunun əleyhinə çıxış edirlər. Azərbaycan dünyəvi, demokratik dövlətdir. Bu, bizim Konstitusiyamızda da öz əksini tapıb. İranın bu kimi cəhdləri isə anti-Konstitusiya cəhdləridir. Düşünürəm ki, bu kimi xəyanətkar insanlara qarşı mübarizə gücləndirilməlidir”, - deyə İ.Vəlizadə əlavə edib.
SADİQ
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18

