/ / Qlobal güclərin Azərbaycanda sabitlik olmasını istəmələri ölkədə xaos yaratmağa çalışanların arzusunu ürəyində qoydu
Qlobal güclərin Azərbaycanda sabitlik olmasını istəmələri ölkədə xaos yaratmağa çalışanların arzusunu ürəyində qoydu
31.03.2011 [09:46]
Son illərdə Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişaf, karbohidrogen ehtiyatlarının istismarı baxımından mühüm siyasi-coğrafi mövqeyimiz, o cümlədən, qlobalmiqyaslı layihələrdə yaxından iştirakımız ölkəmizin dünya dövlətləri ilə münasibətinin yüksək səviyyədə inkişafında əhəmiyyətli rol oynayıb. Bununla yanaşı, ölkəmizin yürütdüyü müstəqil və balanslaşdırılmış xarici siyasət kursu bütün dünya dövlətləri ilə ikitərəfli əlaqələrin yaradılmasında və inkişaf etdirilməsində əsas rola malikdir. Təəssüf ki, Azərbaycanın bu cür müstəqil xarici siyasət yürütməsi, o cümlədən, iqtisadi-siyasi müstəvidə mühüm uğurlar əldə etməsi bəzi maraqlı xarici dairələri narahat edir. öz şəxsi maraqlarının təmini baxımından bu, onlara sərf etmir. Yəni, ölkəmizdəki siyasi sabitlik və iqtisadi inkişaf onların maraqlarına cavab vermir.
Bu baxımdan Azərbaycanda siyasi sabitliyi pozmağa çalışan bəzi dairələr ölkədə heç bir nüfuza malik olmayan, seçkilərdə xalqın etimadını qazana bilməyən və bu səbəbdən də sivil vasitələrlə hakimiyyətə gələ bilməyin mümkünsüzlüyünü dərk edərək ölkə daxilində qarışıqlıq, xaos, insanlar arasında çaşqınlıq yaratmağa cəhd göstərən radikal müxalifət qüvvələrindən istifadə edirlər. Şəxsi və maddi maraq qarşılığında hər zaman belə dairələrin xidmətçisi olmağa razılıq verən radikal müxalifət bir sıra ölkələrdə baş verən hadisələrdən ruhlanaraq Azərbaycanda da təxribatlar törətməyə çalışdı. Amma xalqımızın ayıq-sayıqlığı onların bu təxribatlarının qarşısını aldı və müxalifət qüvvələri özlərini ifşa etdilər. Martın 11-i və 12-si tarixlərində adı aksiya olan, amma reallıqda “bir aktyorun tamaşasından” uzağa gedə bilməyən “aksiya-teatrlar”ı paytaxtın mərkəzində keçirməklə diqqəti cəlb etməyə çalışan, bu ərazidə istirahət edən insanları da öz sıralarındakı kimi qələmə verməyə cəhd göstərən müxalifət aprelin 2-də də kütləvi “aksiya” keçirəcəkləri ilə bağlı qərarlarını açıqlamışdılar. Həmin təxribatçı qüvvələrin verdikləri bəyanatda bildirilirdi ki, yalnız aksiyanı öz istədikləri yerdə keçirməkdə israr edirlər. Amma daha sonradan müxalifət fərqli fikir irəli sürdü. Düşərgə təmsilçiləri harada icazə verilsə, orada aksiya keçirəcəklərini bildirdilər. Bu isə artıq müxalifətə diqtə edən “Sem dayı”nın Azərbaycanda sabitliyin olmasında maraqlı olduğu ilə bağlı xəbərini göndərməsindən irəli gəlir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Yaxın Şərq və Şimali Afrikada baş verənlərdən sonra inqilab dalğasının daha da genişlənəcəyinə ümid edən bir sıra dairələr öz əlaltılarına bəzi göstərişlər verir, onları hazırlaşdırmağa çalışırdılar. Amma bu planın detalları üzə çıxdıqdan sonra həmin əlaltılara fərqli əmrlər verilməyə başlandı. Lakin “Sem dayı” tərəfindən müxalifətə etimadsızlığın göstərilməsinin arxasında bununla yanaşı başqa səbəblər də var...
Qeyd etdiyimiz kimi, qlobal güclərin Azərbaycanın da sabitlik istəməsi radikal müxalifətin xaos və inqilab arzularının üstündən xətt çəkdi. Bununla yanaşı, müxalifətə əmrlər verən və maliyyləşdirən maraqlı dairələr bu müddətdə özünü “siyasi güc” kim qələmə verən partiyaların nə gündə olduqlarını aşkarca gördülər. Birincisi, özünü müxalifət düşərgəsinin monopolisti kimi təqdim edən Müsavat partiyası martın 12-də paytaxtın mərkəzində pul aldığı dairələrin gözü önündə öz “gücünü” nümayiş etdirdi. İki müavinin o yana, bu yana qaça-qaça qışqırması və cəmisi üç-beş nəfərin iştirakı ilə reallaşan “aksiya” onların nəyə qadir olduqlarını göstərdi. Digər tərəfdən, “Sem dayı”nın Bakı təmsilçiləri öz gözləri ilə gördülər ki, xalq nəinki Azərbaycan müxalifətini dəstəkləmir, onların addımlarını ikrahla qarşılayır. Təbii ki, müxalifət hər zaman həmin xarici dairələrdən pul qoparmaq üçün onların arxasında “xalq dəstəyi”nin olmasını iddia edib. Amma fakt faktlığında qalır və bu da “Sem dayı”nın müxalifətə etimadsızlığında əsas amillərdən birinə çevrilib. Ardınca isə digər iddialı partiyaların hətta fərdi surətdə “tamaşa” təqdim etmək üçün bir “aktyorunun” belə olmaması onları yanıldıqlarını görməyə imkan verdi. Beləliklə, bu, radikal müxalifətin əsl simasını “Sem dayı”ya bir daha nümayiş etdirdi və maraqlı xarici dairələr də havayı pul xərclədiklərini gördülər...
İkinci bir tərəfdən, müxalifət daxilində gedən çəkişmə onların şəxsi mənafeyinin əsiri olduğunu hətta “Sem dayı”ya da nümayiş etdirdi. İstər partiyalar daxilində, istərsə də partiyalararası mübarizələr onların pul davasında olduğunun üstünə işıq saldı. Bəlli oldu ki, istər İsa Qəmbər, istərsə də Əli Kərimlinin həm partiyadaşlarını, həm də digər partiyaları sıradan çıxarmaqda əsas məqsədi aldıqları pulu kimsə ilə bölmək istəməməsidir. Bu səbəbdən də onların hətta ölkədə kiçik bir çaxnaşma yaratmağa gücünün belə yetə bilməyəcəyini görən maraqlı xarici dairələr onlardan vaz keçməyə qərar verib...
Bəli, qeyd etdiyimiz kimi “Sem dayı” müxalifətə bu dəfə fərqli əmr verib. Bu isə o deməkdir ki, bundan sonrakı dövrdə yalnız müxalifət nümayəndələrinin “Sem dayı”dan aldıqları pulları bölmək uğrunda apardıqları mübarizənin şahidi olacağıq...
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:16
Dünya
04 May 21:58
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40

