Hesabatda Ermənistanın işğalçılıq siyasətini əks etdirən faktlar əksini tapıb
31.03.2011 [09:46]
“ATƏT-in qiymətləndirmə missiyanın işğal olunmuş ərazilərimizdə araşdırmalar aparması müsbət haldır. Belə bir missiyanın hər dəfə bölgəyə gəlişi və əldə etdiyi məlumatlar Ermənistanın beynəlxalq təşkilatlar səviyyəsində ifşa olunması baxımından əhəmiyyətlidir”. Bu fikirləri “yap.org.az” saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, missiyanın hesabatında Ermənistanın işğalçılıq siyasətini əks etdirən faktlar əksini tapıb. Onun sözlərinə görə, qiymətləndirmə missiyası işğal olunmuş ərazilərimizdə dağıdılmış yaşayış məntəqələrinin, bütövlükdə Azərbaycana vurulmuş ziyanın şahidi olub. Bu baxımdan, missiyanın fəaliyyət göstərməsi bütün hallarda beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistanın işğalı ilə əlaqədar yeni-yeni faktların aşkara çıxarmasına köməklik göstərir. Bununla belə, YAP İcra katibinin müavini hesab edir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə münasibət hesabatlarla, bəyanatlarla yekunlaşmamalı və konkret işlərlə tamamlanmalıdır.
M.Qurbanlının sözlərinə görə, təcavüzkar və onu himayə edənlərə birmənalı şəkildə münasibət göstərilməlidir.
“Hazırda dünya siyasətində qəribə proses gedir. Dünyada ikili standartları açıq şəkildə müşahidə etməkdəyik. Bir tərəfdən bu və ya digər ölkələrə qarşı koalisiya yaradılaraq həmin ölkələrə hərbi müdaxilədən çəkinmirlər. Digər tərəfdən, təcavüzkar şirnikləndirilir və yaxud da təcavüzkara hansısa formada təzyiqlər göstərilmir. 20 ilə yaxındır ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. Həmin ərazilərdə bütün mədəni-tarixi abidələr dağıdılıb, təbii sərvətlər talan olunub, infrastrukturlar məhv edilib. Bütün bunların fonunda biz beynəlxalq təşkilatların - BMT-nin, ATƏT-in və digər qurumların ermənilərin işğalına ciddi və əsaslı şəkildə reaksiya vermədiyini görürük. Bu hadisələr haqqında beynəlxalq təşkilatlar Azərbaycan tərəfindən məlumatlandırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin hücum diplomatiyası, həyata keçirdiyi siyasət ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında əhəmiyyətli rol oynayır. Amma hələ də aparıcı dövlətlərin, xüsusilə həmsədrlərin qətiyyətli mövqeyini görmürük. Bu bizi çox təəssüfləndirir və Azərbaycan xalqında haqlı narazılıq yaradır, beynəlxalq təşkilatlara inamı sarsıdır” - deyə M.Qurbanlı vurğulayıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41

