“Qardaş yumruğu”: anti-Azərbaycan mövqeyindən çıxış edən dövlətlərə yönələn ismarış...
07.12.2022 [10:12]
“Komando” hərbi təlimlərə cəlb edilib
Xəbər verildiyi kimi, Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, “Qardaş yumruğu” adlı Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilir. Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir. Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim-döyüş tapşırıqlarını yerinə yetirirlər.
Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir.
Qeyd etmək lazımdır ki, Azərbaycan-Türkiyə birgə təlimlərinə Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” qırıcıları da cəlb edilib. “Report”un məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin feysbuk səhifəsində məlumat verilib. Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.
Dünən isə Azərbaycan-Türkiyə birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib. Təlimi müdafiə naziri, general-polkovnik Zakir Həsənov, eləcə də Azərbaycanda səfərdə olan Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar, Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı, ordu generalı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Atilla Gülan, Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Ercüment Tatlıoğlu və Azərbaycanın yüksək rütbəli zabitləri izləyiblər.
“Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə şəxsi heyət təltif olunub.
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar təlimdə fərqlənən bir qrup azərbaycanlı və türkiyəli hərbi qulluqçuları mükafatlandırıblar.
Sonra hər iki qardaş ölkənin müdafiə nazirləri şəxsi heyət qarşısında çıxış ediblər.
H.Akar çıxış edərək Baş Qərargah rəisi və digər qoşun növləri komandanları ilə birgə təlimin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak etməkdən məmnunluğunu bildirib. Türkiyənin milli müdafiə naziri qeyd edib ki, dünyada təhdid və təhlükələrin artdığı bir zamanda ölkələrimizin və millətimizin təhlükəsizliyini yalnız güclü orduya sahib olmaqla təmin etmək mümkündür. Birgə təlimlər qarşılıqlı təcrübə mübadiləsi və peşəkarlığın artırılmasında mühüm əhəmiyyətə malikdir.
Türkiyənin hər zaman Azərbaycanın yanında, istənilən təhdid və təxribatlara qarşı tək yumruq kimi birləşməyə hazır olduğunu xüsusi bildirən Hulusi Akar vurğulayıb ki, dostumuzu birlikdə dost, düşmənimizi də birlikdə düşmən görürük.
General-polkovnik Z.Həsənov çıxış edərək qardaş Türkiyə hərbi qulluqçularını ölkəmizdə görməkdən məmnun olduğunu qeyd edib. Müdafiə naziri vurğulayıb ki, təlimlərdə bütün qoşun növləri vəzifələrini yüksək səviyyədə yerinə yetiriblər: “44 günlük müharibədən sonra Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunda Türkiyə Silahlı Qüvvələrinə uyğun islahatlar həyata keçirilir. Biz şanslıyıq. Çünki Türkiyə Silahlı Qüvvələri dünyanın ən aparıcı ordularından biridir. Bir millət - iki dövlət olaraq biz bu şansdan səmərəli istifadə edirik. Türkiyə-Azərbaycan qardaşlığı əbədidir. Yaşasın, Türkiyə-Azərbaycan qardaşlığı!”
Məsələ ilə bağlı fikirlərini bölüşən Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli bildirib ki, Azərbaycan Ordusunun hərbi təlimləri ildən-ilə öz forma və xüsusiyyətinə görə əvvəlkilərdən fərqlənir. “Qardaş yumruğu” adlanan Azərbaycan-Türkiyə birgə hərbi təlimini də bu kontekstdə təhlil edə bilərik: “Təlimlər ənənəvi olaraq məlum poliqonlarda deyil, konkret istiqamətlərdə, yəni Bakı, Astara, İmişli və Cəbrayıl bölgələrində keçirilir. Məsələyə hərbi-siyasi mövzuda yanaşsaq, bu təlimləri İran və Ermənistana, o cümlədən bölgədə anti-Azərbaycan mövqeyindən çıxış edən dövlətlərə yönələn ismarış kimi təqdim etmək olar. Bunu təlimlərin keçirildiyi coğrafiya ilə əlaqələndirmək mümkündür. Eni zamanda, birgə təlimlərdə əsasən bütün qoşun növləri və peşəkar şəxsi heyət iştirak edir. Yəni piyada qoşun növü olaraq hərbi təlimlərin yerüstü əməliyyatları xüsusi təyinatlı qüvvələr tərəfindən icra olunur. Bundan başqa, Azərbaycan Ordusunun Quru Qoşunlarının tabeliyində olan və yeni yaradılan “Komando” hərbi birləşməsi də təlimlərə cəlb olunub. Analoji iştirak formasını Türkiyə Silahlı Qüvvələrinin təlimlərə cəlb olunan şəxsi heyətinə də şamil edə bilərik. Təlimlərin texniki imkanları, istifadə olunan silah-texnika parkına da baxdıqda bir sıra yenilikləri görmək olar. Bu hərbi təlimlərdə “Mista-S” özüyeriyən haubitsası, DANA özüyeriyən artilleriya qurğusu, BM-21 yaylım atəşli reaktiv sistemi, “Cardom” 120 mm minaatan (avtomobil üzərinə inteqrasiya edilib), Su-25 döyüş təyyarəsi (modernləşdirilib), MiQ-29 döyüş təyyarəsi (modernləşdirilib), Mi-17 döyüş helikopteri (modernləşdirilib), Mi-24 G döyüş helikopteri (modernləşdirilib), T-72 tankı (modernləşdirilib) və T-90 SM tankından (modernləşdirilib) istifadə edilir. Bundan başqa, təlimlərə Türkiyənin ATAK helikopterləri də cəlb edilib. Artıq bir neçə dəfədir ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimində ATAK helikopteri Azərbaycan şərtlərində test edilir. Təlimdə 40 mm-lik Mk.19 avtomatik qumbaraatandan istifadə edilir. Mk.19 (Mark 19) lentdən qidalanan 40 mm çaplı dəzgahlı avtomatik qumbaraatandır”.
Təlimlərin növbəti dövrü üçün pilotsuz uçuş aparatlarının (PUA) əməliyyat-kəşfiyyat uçuşlarının da şahidi ola biləcəyimizi istisna etməyən R.Məmmədli qeyd edib ki, Azərbaycan ilə Türkiyənin birgə hərbi təlimi bir neçə aspektdə əhəmiyyətlidir. “Bu təlimləri hərbi-siyasi, hərbi-taktiki və hərbi-texniki baxımından təhlil edə və orduların imkanlarını xarakterizə edə bilərik. Əlbəttə ki, hər şeydən əvvəl birgə təlimdə əsas məqsəd qoşunların qarşılıqlı əlaqədə fəaliyyətinin təmin olunması, təcrübə mübadiləsi və döyüş hazırlığının peşəkarlığının artırılmasıdır”, - deyə hərbi ekspert əlavə edib.
SADİQ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51

