2022-ci ilin son görüşü...
10.12.2022 [10:30]
Harada keçirilə bilər?
Sona yetməkdə olan 2022-ci il, həm də Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində keçirilən görüşlərlə yadda qaldı.
Sülhyaratma prosesində vasitəçi rolunda çıxış edən Avropa İttifaqı və Rusiyanın təşəbbüsləri ilə növbəlililik əsasında reallaşan bu görüşlərdə bir sıra mühüm irəliləmələr qeydə alınsa da, Ermənistanın qeyri-konstruktiv mövqeyi yekun nəticənin əldə edilməsinə mane oldu. Son təmasın oktyabrın 31-də Soçidə baş tutduğunu nəzərə alsaq, tərəflər arasında yeni görüşün keçirilməsi ehtimalı istisna edilmir. Əsas müzakirə mövzusu isə görüşün harada və kimin vasitəçiliyi fonunda keçirilməsidir. Xatırladaq ki, nöbəti görüş Brüssel sülh gündəliyi çərçivəsində dekabrın 7-nə planlaşdırılsa da, Ermənistanın gözlənilmədən görüşə Fransa prezidentinin də qatılmasına israr etməsi buna imkan vermədi. Oktyabrın
25-də Bakıda keçirilmiş “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev bildirdi ki, növbəti görüş dekabrın 7-də Brüsseldə keçirilməli idi: “Çünki son görüşdə biz noyabr ayında görüşməyə qərar verdik. Lakin sonra - oktyabrın sonunda Prezident Putin Soçidə görüş təyin etdi. Ancaq dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, Prezident Şarl Mişelin ofisindən onunla əlaqə saxlayıblar. Bildiriblər ki, Paşinyan görüşə bir şərtlə razılıq verib ki, Prezident Makron da orada iştirak etsin. Təbii, bu da o deməkdir ki, Praqadan sonra baş verənlər səbəbindən o görüş keçirilməyəcək”.
Növbə Avropanındır - Rusiya da öz namizədliyini irəli sürür...
İnd?ki halda Rusiya növbəti görüşə ev sahibliyi etməyə razıdır. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Nikol Paşinyanla Prezident İlham Əliyev arasında Sankt-Peterburqda MDB dövlət başçılarının ənənəvi olaraq Yeni il öncəsi keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüş mümkündür. “Rusiya, şübhəsiz ki, onun yanında belə bir görüşün keçirilməsi üçün lazımi dəstəyi göstərməyə hazırdır”, - Peskov qeyd edib.
Ermənistan isə hələ də vahid mövqeyə malik deyil. Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Azərbaycan Prezidentinin görüşün ləğvi ilə bağlı bəyanatından sonra müəyyən problemlər yaranıb, lakin Ermənistan görüşün mümkünlüyünü nəzərdən keçirməkdə davam edir. Qriqoryan da görüşün Sankt-Peterburqda, Brüsseldə və ya başqa yerdə baş tuta biləcəyini deyib. Ermənistan Xarici İşlər Nazirliyi isə Paşinyanın görüşə hazır olduğunu bildirib, eyni zamanda bunun yalnız Makron və Mişelin iştirakı ilə baş verə biləcəyini təsdiqləyib. Bu kimi faktlar isə Ermənistanın prosesi uzatmağa hesablanan niyyətində israr etdiyini göstərir. Azərbaycanın məsələyə reaksiyasını görən və anlayan Ermənistan tərəfinin Brüssel prosesinə ənənəvi üçlü formatda davam etmək istəməməsinə səbəb isə budur.
- Fransanın əli ilə Avropa İttifaqına və sülh prosesində iştirak edən nümayəndələrə təsir göstərmək;
- Azərbaycanın prioritet hesab etdiyi və Praqa kommünikesində əks olunan müddəaların dəyişməsinə cəhd etmək;
- Prosesi uzatmaqla vaxt udmaq - o baxımdan ki, Ermənistan hələ də ona havadarlıq edənlərin əli ilə danışıqların yönünü öz istəklərinə uyğun şəkildə inkişaf etdirməyə niyyətlidir.
Klaarın İrəvan səfəri nəyə hesablanıb?
Amma Azərbaycanın mövqeyi qətidir. Dövlət başçısının nümayiş etdirdiyi bu qətiyyət isə Ermənistanda və ümumilikdə prosesin iştirakçısı olan tərəflərdə bir ajiotaj yaradır. Bu bir həqiqətdir ki, vasitəçi qismində çıxış edən Rusiya və Aİ münasibətlərin normallaşmasına öz təşəbbüsləri çərçivəsində nail olmaq üçün sanki yarışa giriblər. Prosesdə əsas məqam kimi Azərbaycanın maraqları nəzərə alınır. Bunu həm Aİ, həm də Rusiya tərəfi dəfələrlə etiraf edib. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin dekabrın 7-nə planlaşdırılan görüşlə bağlı mövqeyi Avropanı da Rusiyanı da hərəkətə gətirib. Məsələn, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın İrəvan səfəri bunu təsdiqləyir. Klaar İrəvanda sülh sazişi ilə bağlı məsələnin müzakirə edildiyini bildirib. Eyni zamanda, regional təhlükəsizlik, sülh və sabitlik, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası, eləcə də regionun nəqliyyat infrastrukturunun blokdan çıxarılması prosesi ətrafında da fikir mübadiləsi aparılıb.
Bir sıra siyasi ekspertlərin fikrincə, Tovio Klaarın İrəvana baş tutan bu səfəri Ermənistanı öz yerinə oturtmağa hesablanıb. Ermənistanın sülh prosesini uzatması Aİ-nin də regiondakı maraqlarına ziddir. Digər tərəfdən, Aİ Rusiyanın prosesdə önə keçmə ehtimalını da düşünür. Bu baxımdan, Aİ Ermənistana qarşı ciddi tədbirlər də görə bilər.
ABŞ bölgədə sabitliyin təmin edilməsi səylərini dəstəkləyir
Aİ ilə yanaşı, ABŞ da prosesin uzanmasından narahatlığını b?ruzə verməkdədir. Rəsmi Vaşinqton regional layihələrin sürətli şəkildə reallaşmasının tərəfdarı qismində çıxış edir və buna mane olan Ermənistanın addımlarını görür. Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, habelə Azərbaycan və ABŞ arasında əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri ətrafında fikir mübadiləsi aparılıb. C.Bayramov sülh müqaviləsi üzrə aparılan danışıqların cari vəziyyəti, kommunikasiyaların açılması və delimitasiya məsələləri üzrə səylər barədə məlumat verib. Bununla yanaşı, Laçın yolundan istifadə etməklə həyata keçirilən son qanunsuz fəaliyyətlər qeyd olunub.
Karen Donfrid ABŞ-ın bölgədə sabitliyin təmin edilməsi səylərini dəstəklədiyini vurğulayıb. Liderlər və nazirlər arasında əldə olunmuş razılıqlara uyğun olaraq sülh prosesinin irəlilədilməsinin vacib olduğunu bildirib.
Bütün bu faktlar onu göstərir ki, Ermənistanın prosesin uzadılmasına xidmət edən qeyri-konstruktiv addımları Qərb tərəfindən bəyənilmir. Aİ, eləcə də ABŞ münasibətlərin normallaşması istiqamətində tez zamanda razılığın əldə olunmasında maraqlıdırlar. Qarşıdan gələn 2023-cü il yeni dünya nizamında həm də yeni iqtisadi münasibətləri formalaşdıra bilər. Bu baxımdan, ABŞ Avroasiya məkanında gedən iqtisadi prosesləri diqqətdən kənarda qoya bilməz...
Növbəti görüşün Avropada keçirilməsi ehtimalı daha güclüdür
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlyas Hüseynov bildirib ki, Cənubi Qafqazda gedən diplomatik fəaliyyətin əsas iştirakçıları kimi çıxış edən Aİ və Rusiyanın təşəbbüsü ilə keçirilən görüşlər bir-birini əvəz edir. 2021-ci ildə keçirilən bütün görüşlər Rusiyanın vasitəçiliyi ilə baş tutmuşdusa, 2021-ci ilin dekabrından başlayaraq Brüssel sülh gündəliyi start götürüb: “2022-ci il boyu Aİ-nin vasitəçi qismində Rusiyanı üstələdiyinin şahidi olduq. Burada da əsas səbəb fevral ayından başlayan Rusiya - Ukrayna müharibəsi idi. Eyni zamanda, Brüssel formatı, həm də Rusiyanın iştirakı ilə keçirilən danışıqların məntiqi sonluqla nəticələnməsinə hesablanıb, substantiv xarakter daşıyırdı. Təbii olaraq, Brüsselin artıq özünün sülh gündəliyini formalaşdırması Rusiyanı ciddi şəkildə narahat edir. Son görüş oktybarın 31-də Soçidə baş tutdu. Avropa trekində gözlənilən növbəti görüş isə Paşinyanın Makronun bu görüşdə iştirak etməsi ilə bağlı tələbi ucbatından baş tutmadı. Hazırda regionda gedən proseslər, diplomatik təmaslar sanki Avropa meydanında keçiriləcək növbəti ali səviyyəli görüşə hazırlıqla bağlı anonslar verir. Bu xüsusda, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toni Klaarın İrəvana səfərini, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə telefon danışığını qeyd etmək olar. Belə bir təəssürat yaranıb ki, ilin sonunda Brüssel sülh gündəliyinə uyğun olaraq Makronsuz görüşə hazırlıq həyata keçirilir. Eyni zamanda, Azərbaycanın mövqeləri daha da mökəmlənib və Aİ Makronun, Paşinyanın sülhü pozmaq istiqamətində müxtəlif cəhdlərinə məhəl qoymur. Qeyd edilməlidir ki, Brüssel formatı həm konstruktivliyi, həm də sülhə hesablanması ilə seçilir. Bu prosesdə konkret hədəflər müəyyənləşdirilib. Brüssel sülh gündəliyinin məsələni kökündən həll etmək niyyəti var. Rusiyanın isə belə bir niyyəti yoxdur. Çünki etnik ermənilərlə bağlı məsələni siyasiləşdirmək, “status” məsələsini gələcəyə saxlamaq, Cənubi Qafqazda qalıcı gərginliyin formalaşmasına hesablanan addımlar, daimi olaraq hər iki dövləti öz təsir dairəsində saxlamaq niyyətləri artıq rəsmi Moskva tərəfindən gizlədilmir. Aİ isə ümumilikdə bütün dünyada gedən transformasiyalar fonunda Cənubi Qafqazda sülhün dayanıqlı olmasına çalışır”.
İ.Hüseynov ali səviyyədə növbəti görüşün Rusiyada keçirilmə ehtimallarına da toxunub. Qeyd edib ki, Prezident İlham Əliyevin dekabrın
7-nə planlaşdırılan görüşlə bağlı məlum bəyanatının ardından Rusiya aktivləşib. “Azərbaycanın regionda maraqlarının geniş təmsil olunması, regiondakı nüfuzumuz artıq Rusiyanın da ciddi şəkildə diqqətindədir. Moskvada iki ölkənin XİN rəhbərləri arasında görüş keçirildi. Rusiyanın bir sıra ərazi subyektləri rəhbərlərinin Azərbaycana ardıcıl səfərləri baş tutdu. Kommunikasiyaların açılması istiqamətində üçtərəfli görüşün növbəti raundu gerçəkləşdi. Eyni zamanda üç ölkənin Prokurorluq orqanlarının rəhbərləri səviyyəsində növbəti görüş keçirildi. Bütün bunlar Rusiyanın regiona olan marağını göstərir. Eyni zamanda, Avroasiya İqtisadi Birliyinin Qırğızıstanda keçirilən zirvə görüşü çərçivəsində Paşinyan ilə prezident Putin arasında ikitərəfli görüş baş tutub. Rəsmi Moskva Soçi görüşündən sonrakı raundun da məhz Rusiya müstəvisində keçirilməsinə çalışır ki, Brüssel formatını tam şəkildə məhv etsin. Rusiya buna nail olsa, Aİ-nin də maraqlarına böyük zərbə dəyə bilər. Rusiyanın artıq öz həll variantı, sülh təklifləri niyyəti açıq-aşkar hiss olunur”, - deyən İ.Hüseynov əlavə edib ki, bütün bunlara baxmayaraq, növbəti görüşün Avropa trekində keçirilməsi ehtimalı daha güclüdür.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35

