Terrorçuluğa son!
10.12.2022 [10:14]
Terrorizmə qarşı mübarizə sahəsində milli qanunvericilik davamlı olaraq beynəlxalq öhdəliklərə uyğunlaşdırılır
M.ABDULLAYEV
Terrorizmin yaranması tarixin dərin qatlarına gedib çıxır. Hazırda terrorizm qlobal bir xəstəliyə çevrilib. Son illərdə dünya ayrı-ayrı ölkələrdə baş verən dəhşətli terror hadisələri ilə silkələnib. İnsanlığa, bəşəriyyətə qarşı yönələn belə əməllər əvvəlcədən xüsusi düşərgələrdə hazırlanan ayrı-ayrı fərdlər və yaxud mütəşəkkil dəstələr tərəfindən törədilir. Əksər hallarda isə belə bəd niyyətli əməllərin qurbanları sadə insanlar olurlar. Deyə bilərik ki, indiki dövrdə terrorizmin coğrafiyası genişlənib və onun xarakteri daha da aqressivləşib. Siyasi, iqtisadi, humanitar, kibertəhlükəsizlik və digər məzmunlu terrorizm əməllərini fərqləndirmək mümkündür.
Azərbaycanın ənənələri və məsuliyyəti
Elə ölkələr var ki, orada cəmiyyətlər ənənəvi olaraq terrora meyillidirlər. Xoşbəxtlikdən, Azərbaycan xalqında belə meyillilik tarixən olmayıb. Azərbaycanlılar sadə və xoşməramlıdırlar. Ədəbiyyatımızda, mədəniyyətimizdə bir qayda olaraq insanlıq əleyhinə cinayətlər pislənib, əksinə humanizmə, birgəyaşayışa çağırışlar edilib.
Eyni zamanda, respublikamızda terrorizmə qarşı dövlət səviyyəsində ciddi mübarizə aparılır. Ölkəmiz terrorçuluğa qarşı beynəlxalq mübarizə sahəsində qlobal səylərə fəal töhfə verir. ABŞ-da törədilmiş 11 sentyabr 2001-ci il tarixli terror hadisələrindən sonra Azərbaycan terrorçuluğa qarşı beynəlxalq koalisiyanın fəal üzvlərindən birinə çevrilib. Bu istiqamətdə beynəlxalq çağırışlara cavab olaraq Azərbaycan öz hava məkanını və hava limanlarını Əfqanıstanda Əl-Qaidə və Talibana qarşı mübarizə aparan beynəlxalq anti-terror koalisiyasının üzvlərinin üzünə açıb.
Paralel şəkildə, terrorizmə qarşı mübarizə sahəsində milli qanunvericilik davamlı olaraq beynəlxalq öhdəliklərə uyğunlaşdırılır. Hazırda respublikamız terrorçuluğa qarşı mübarizə üzrə mövcud 12 beynəlxalq konvensiyanın hamısına tərəf olaraq qoşulub. Milli qanunvericiliyin davamlı şəkildə təkmilləşdirilməsi institusional islahatlarla dəstəklənir. Respublikamızda müvafiq sahədə əsas səlahiyyətli dövlət qurumları Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətidir. Hüquq-mühafizə qurumları ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyəti qurumlar tərəfindən terrorçuluğa qarşı mübarizədə preventiv və sosial xarakterli tədbirlər görülür və fəaliyyətlər uzlaşdırılır. Maliyyə Monitorinqi Xidməti ölkənin əsas maliyyə kəşfiyyatı qurumu olaraq terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində ixtisaslaşıb. Qurumun institusional əsası və funksiyaları İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) standartlarına uyğunlaşdırılıb.
Digər ölkələrlə imzalanan ikitərəfli, üçtərəfli və çoxtərəfli sazişlərlə yanaşı, Azərbaycan terrorçuluğa qarşı mübarizə sahəsində regional və beynəlxalq əməkdaşlıq mexanizmlərində də fəal iştirak edir. Ölkəmizin terrorçuluğa qarşı mübarizə sahəsində sıx əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar arasında BMT-nin Terrorçuluqla Mübarizə İdarəsini,
ATƏT-in Transmilli Təhdidlər Departamentini, Avropa Şurasının Terrorçuluğa qarşı mübarizə üzrə Ekspertlər Qrupunu (CODEXTER), eləcə də GUAM, Avropa İttifaqı, MDB, Şanxay Əməkdaşlıq Təşkilatını və digərlərini qeyd edə bilərik.
Bəd, terrorçu xislətli ermənilərlə qonşuluq
Sədd heyif ki, bizim qonşuluğumuza xislətində, gen yaddaşında mənfiliklərə, cinayətlərə, çirkli pulların yuyulmasına, mafiya sövdələşmələrinə meyillilik güclü olan ermənilər düşüblər. Erməni terror təşkilatlarının Fransada, Livanda, Rusiyada və digər məkanlarda fəaliyyətləri, xüsusilə də zaman-zaman Türkiyədən olan diplomatlara qarşı törətdikləri terror aktları bütün dünyada məşhurdur. Azərbaycan da qanlı erməni terrorundan əziyyət çəkən ölkələr sırasında yer alır. Ermənistanın bilavasitə təşəbbüsü, təşkilatçılığı və iştirakı ilə Azərbaycanın ərazisində törədilən, minlərlə insan itkisinə səbəb olan terror fəaliyyətinə dair kifayət qədər əsaslı dəlillər mövcuddur. 1980-ci illərin sonlarından etibarən Azərbaycan ərazilərinə iddialarını irəli sürmüş və ölkəmizin ərazi bütövlüyünə qarşı güc tətbiq etmiş Ermənistan Azərbaycan torpaqlarında dəfələrlə terror aktları törədib. Təəssüf ki, bu terror aktlarının təşəbbüskarlarının və iştirakçılarının bir çoxu hələ də azadlıqdadırlar və qanun qarşısında cavab verməyiblər. 1994-cü il martın 19-da və iyulun 3-də Bakı metropolitenində dəhşətli terror hadisələri törədildi. Sonradan istintaq nəticəsində bəlli oldu ki, bu terror hadisələrinin sifarişçiləri arasında erməni yazıçısı Z.Balayan da olub. 44 günlük Vətən müharibəsi dövründə Ermənistan tərəfindən Silahlı Qüvvələrimizə qarşı muzdlular və əcnəbi terrorçu döyüşçülərdən istifadə edildi və xarici ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatları tərəfindən öz xeyriyyə və qeyri-kommersiya statuslarından sui-istifadə edilərək suveren ərazilərimizdə terror fəaliyyətlərinin maliyyələşdirilməsi üçün külli miqdarda ianələr toplanıldı. Ermənistan 30 illik işğal dövründə, həmçinin ekologiyamıza, təbii sərvətlərimizə, tarixi abidələrimizə qarşı dövlət səviyyəsində terror siyasəti həyata keçirib.
Yeni dövrün tələbi
İndiki dövrdə digər istiqamətlərdə olduğu kimi, terrorizmə qarşı mübarizə sahəsində də qarşıya yeni çağırışlar çıxıb. Bununla əlaqədar milli qanunvericiliyimizdə bir sıra korrektələrin edilməsinə ehtiyac yaranıb. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanun 2009-cu ildə qəbul edilib. Qanunun yenilənməsi zərurətdən yaranıb”. Bu fikirləri Milli Məclisin Müdafiə təhlükəsizlik və korrupsiya komitəsinin sədri Ziyafət Əsgərov parlamentin komitələrinin dekabrın 7-də keçirilən birgə iclasında deyib. Komitə sədri vurğulayıb ki, qanun layihəsinin təklif edilməsində məqsəd Azərbaycan iqtisadiyyatına zərər verə biləcək halların qarşısını almaq, terrorçuluğa qarşı mübarizə aparmaqdır. Ziyafət Əsgərov bildirib ki, ən çox belə cinayətlər bank köçürmələri zamanı həyata keçirilir: “Biz terrorçuluğa dəstək üçün edilən bank əməliyyatlarının qarşısını almağa çalışırıq. Bununla bağlı İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişiklik edirik ki, belə hal aşkarlansa, hüquqi normativ aktlarımız da bunun qarşısını ala bilsin”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

