/ / Beynəlxalq birlik ikili standartlara son qoymalı, BMT TŞ qəbul etdiyi qərarlara hörmətlə yanaşmalıdır
Beynəlxalq birlik ikili standartlara son qoymalı, BMT TŞ qəbul etdiyi qərarlara hörmətlə yanaşmalıdır
04.04.2011 [12:09]
İnsan haqlarının qorunması, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün xalqların nümayəndələrinin sülh və təhlükəsizlik şəraitində yaşayışının təmin edilməsi beynəlxalq hüququn başlıca prinsiplərini təşkil edir. Bu prinsiplərin müdafiəsi və reallıqda əksini tapması məsuliyyətini isə BMT, ATƏT kimi iri beynəlxalq təşkilatlarla yanaşı, bir sıra aparıcı dövlətlər də öz üzərlərinə götürüblər. Lakin beynəlxalq təcrübə göstərir ki, istər qlobal təşkilatlar, istərsə də, lider dövlətlər oxşar və ya eyni mahiyyətli problemlərə müxtəlif yanaşma sərgiləyirlər. Bu isə onu deməyə əsas verir ki, insan haqlarının pozulması, günahsız dinc əhalinin öldürülməsi, yurdundan didərgin salınması ilə nəticələnən konfliktlərə münasibətdə beynəlxalq hüququn tələbləri deyil, ayrı-ayrı dövlətlərin maraqları əsas götürülür. Əgər belə deyilsə, onda Liviyadakı diktator rejimi altında yaşayan insanların kütləvi şəkildə qətlə yetirilmə təhlükəsini əsas gətirərək bir neçə gün ərzində ərazini havadan bombalayan koalisiya dövlətləri hansı səbəblə ərazisindəki yarım milyondan artıq azərbaycanlını silah gücü ilə qovan, Azərbaycan torpaqlarını işğal edərək minlərlə günahsız insanın ölümünə bais olan, Xocalı soyqırımını törədən Ermənistana qarşı bu qədər mülayim mövqedə dayanır?
Bu günlərdə sözügedən məsələ ilə bağlı rəsmi açıqlama verən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dünyada siyasi münasibətlərdə ikili yanaşmanın olduğunu dilə gətirib: “Liviyada diktatora qarşı BMT TŞ-nin çıxardığı bir qətnamə dərhal və böyük iradə ilə icra olunduğu halda, BMT TŞ-nin Ermənistanla bağlı ayrı-ayrı vaxtlarda qəbul etdiyi 4 qətnamə 20 ilə yaxındır ki, icra edilmir. Bu hal dünya siyasətində ikili standartların mövcudluğundan, dünya siyasətinin formalaşmasında, millətlər və dövlətlərarası münasibətlərin inkişafında mühüm təsirə malik ölkələrin ikili siyasətindən xəbər verir”.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT qətnamələrinin də Liviyaya dair qətnamə kimi qətiyyətlə və operativ icrasının vacibliyini vurğulayan ölkə rəsmisi deyib ki, Ermənistanın qətnamələri xoşluqla yerinə yetirəcəyini gözləməsi, işğalçıya qarşı heç bir məcburetmə tədbirləri görməməsi BMT-nin nüfuzuna zərbə vurur. Ermənilər tərəfindən qətlə yetirilən azərbaycanlıların sayının Liviyada öldürülən üsyançıların sayından on dəfələrlə çox olduğunu söyləyən şöbə müdiri dünya ictimaiyyətinin BMT TŞ-nin 4 qətnaməsinin icrasını təmin etməli olduğunu bəyan edib: “Beynəlxalq birlik ikili standartlara son qoymalı, BMT TŞ qəbul etdiyi qərarlara hörmətlə yanaşmalıdır”.
Məsələyə münasibət bildirən politoloq Elşad Mirbəşirli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin yerinə yetirilməsində beynəlxalq birliyin tələbkarlıq nümayiş etdirməməsini konkret qüvvələrin siyasi ambisiyaları ilə əlaqələndirib: “Nə BMT-nin özünün, nə də aparıcı Qərb dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir addım atmamasından çox məntiqli və sadə bir nəticə çıxarmaq mümkündür: ABŞ və Avropanın aparıcı dövlətlərinin maraqlarına uyğun gəldiyi təqdirdə verilən qərarı çox böyük sürətlə yerinə yetirirlər. Amma onlar üçün taleyüklü hesab olunmayan, maraq kəsb etməyən məsələlərə gəlincə ən nüfuzlu təşkilat hesab etdikləri BMT-nin qərarlarına biganə münasibət sərgiləyirlər. Təbii ki, bu məqam ilk növbədə hər bir Azərbaycan vətəndaşının heysiyyatına toxunur, çünki bu, elementar insan haqlarına qarşı hörmətsizlikdir. Liviyada müşahidə etdiklərimiz, yəni BMT qətnaməsinin çox böyük sürətlə və həvəslə yerinə yetirilməsi Azərbaycan ictimaiyyətində də haqlı olaraq 4 qətnamənin yerinə yetirilməsində eyni qətiyyətin göstərilməsi tələbini doğurur. Əslində, beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqe ikili standartlardan xəbər verir. Təbii ki, bu yanaşma həmin dövlətlərin Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə, həm də onların öz nüfuzuna xələl gətirir”.
Politoloqun fikrincə, ABŞ, Rusiya və Fransa həlli ilə məşğul olduqları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və həmsədrlik etdikləri ATƏT-in Minsk qrupunun fəaliyyətinin səmərəliliyində maraqlı olmalıdırlar: “Minsk qrupunun fəaliyyətinin bu vaxta qədər heç bir nəticə verməməsi, eyni zamanda, həmsədr dövlətlərin öz nüfuzuna xələl gətirir. Məlum olduğu kimi, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində fəaliyyətini genişləndirir. Belə ki, Xankəndində hava limanının istifadəyə verilməsi istiqamətində aparılan işlər, Ermənistan prezidentinin tez-tez bölgəyə səfərlər etməsi və separatçıları açıq surətdə dəstəkləməsi bunun göstəricisidir. Bu səbəbdən, Minsk qrupu hadisələrə seyrçi mövqedən yanaşmamalıdır. Təsadüfi deyil ki, bu gün Azərbaycan cəmiyyətində Minsk qrupunun fəaliyyətinə inam demək olar ki, qalmayıb. Buna görə də, Ermənistana işğal etdiyi ərazilərdən ordusunu geri çəkməsi, beynəlxalq hüquq normalarına hörmət etməsi üçün ciddi təzyiq göstərilməlidir”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxGündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14

