Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Elnur Aslanov: Kütləvi aksiyalar sabitliyi pozmamaq şərti ilə keçirilə bilər

Elnur Aslanov: Kütləvi aksiyalar sabitliyi pozmamaq şərti ilə keçirilə bilər

02.04.2011 [12:13]

“İnsanların və qrupların hardasa mitinq, piket keçirməsi onların konstitusion hüququdur. Amma bu, təbii ki, ölkədə sabitliyi, insanların rahat istirahət hüququnu pozmamaq şərtilə həyata keçirilə bilər”. Bunu APA-ya açıqlamasında Prezident Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov aprelin 2-də İctimai Palatanın mitinq keçirmək barədə qərarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, müxalifət hər bir cəmiyyət üçün mütləq amildir, hər bir cəmiyyətdə müxalif fikirlər və baxışlar mövcud ola bilər: “Amma müxalif fikirlər radikal baxışlara çevrilərək radikal anarxist meyllərə keçməməli, eyni zamanda, cəmiyyətdə əmin-amanlığı, sabitliyi pozmamalıdır”.

Paylaş:
Baxılıb: 974 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Siyasət

Gündəm

Ədəbiyyat

MEDİA

Ədəbiyyat

Sazım

20 İyun 08:50

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30