Güneyli soydaşlarımızdan dəstək!
16.12.2022 [10:38]
Aksiyanın dördüncü günü nələr oldu?
Etirazçılar Vardanyanın Qarabağdan çıxarılmasını tələb ediblər
NARDAR
Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasını, Qızılbulaq qızıl yatağında və Dəmirli mis-molibden yatağında monitorinq aparılmasının təmin olunmasını tələb edən Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, fəalların və könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyasının dördüncü günü arxada qaldı. Ötən gün ölkənin müxtəlif regionlarından olan gənc fəallar da etirazçılara qoşulub.
Rusiya sülhməramlı kontingenti isə öz postunda küçə dinamikləri quraşdırıb. Həmin dinamiklər vasitəsilə rus musiqiləri ucadan səsləndirilib. Buna cavab olaraq etirazçılar Azərbaycanın Dövlət Himnini oxuyublar.
Qeyd edək ki, Qarabağda faydalı yataqların qanunsuz istismarına qarşı Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyasının 4-cü günündə iştirakçılar bir neçə yeni tələb irəli sürüblər. Onlar Azərbaycanın suveren torpaqlarında, o cümlədən Laçın istiqamətində bütün dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin (DİN), Dövlət Sərhəd Xidmətinin (DSX), Dövlət Gömrük Komitəsinin (DGK) nəzarətinin bərpa edilməsini və onların ayrıca nəzarət-buraxılış məntəqələrinin yaradılmasını tələb ediblər. Aksiya iştirakçıları, həmçinin 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının tam icra olunmadığını diqqətə çatdırıblar.
Bundan əlavə, yolda Rusiya sülhməramlılarının postunun qarşısında keçirilən aksiyanın iştirakçıları Qarabağdakı erməni separatçı tör-töküntülərinin, o cümlədən Arayik Arutyunyan və Ruben Vardanyanın Azərbaycan ərazisini tərk etməsi ilə bağlı şüarlar səsləndiriblər. Onlar “Arutyunyan, rədd ol!”, “Vardanyan, rədd ol!” deyə bildiriblər. Aksiya iştirakçıları şüarlarında Laçın yolunun sülh yolu olduğunu da qeyd ediblər. Ermənistanın mina terroru ilə bağlı məsələ də aksiya iştirakçılarının diqqət mərkəzindədir.
Bu aksiyanın iştirakçılarına güney azərbaycanlılardan da dəstək gəlib. Cənubi Azərbaycanın milli fəalı Əhməd Obalı ötən gün mətbuata açıqlamasında deyib ki, güneydə yaşayan soydaşlarımız Azərbaycanın təbii sərvətlərinin talanmasına qarşıdır: “Bütün dünyanın qəbul etdiyi kimi Qarabağ Azərbaycan torpağıdır. Qarabağda qanunsuz işlərin qarşısını almaq və təbii sərvətlərin olduğu yataqlarda monitorinq aparmaq Azərbaycanın haqqıdır. Təəssüf ki, Rusiya sülhməramlıları Azərbaycanın bu təbii hüququnun qarşısını almaq istəyir. Belə olan halda fəalların və Azərbaycan dövlətinin məsələyə etiraz etməsi qaçılmaz olub. Bu baxımdan, güneyli azərbaycanlılar olaraq, azərbaycanlı fəalların Rusiya sülhməramlılarına etirazını dəstəkləyirik. Azərbaycanın yeraltı sərvətlərinin qanunsuz olaraq talanmasına etiraz edirik. Hesab edirik ki, Azərbaycan yeraltı qaynaqlarının talan edilməsinin qarşısını almaqla yanaşı, talan zamanı ətraf mühitin çirkləndirilməsinin də qarşısını almalıdır”.
Aksiyanın dördüncü günündə də etirazçılar bildiriblər ki, Qarabağın dinc əhalisinə məxsus olan mülki avtomobillərin yoldan istifadə etməsi üçün heç bir problem yoxdur, onların bu yoldan istifadəsi üçün şərait var.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56

