BDU-da Elmi Şuranın növbəti iclası keçirilib
06.04.2011 [09:55]
AMEA-nın Rəyasət Heyəti və BDU-nun Elmi Şurasının üzvlərinin, tanınmış alimlər və KİV nümayəndələrinin iştirak etdiyi iclası giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb. Azərbaycan elminin, təhsilinin dinamik inkişafının, elmi kadrların hazırlanmasının, elmi potensialın gücləndirilməsinin, elmi-texniki nailiyyətlərin əldə olunmasının əhəmiyyətindən danışan rektor, elmin inkişafını xalqın gələcəyini təyin edən əsas amillərdən biri hesab edən dövlət başçısı İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bu uğurlu siyasətin BDU-ya da dəyərli töhfə verdiyini, Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığını söyləyib.
İclasda 2010-cu ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında Elmi işlər üzrə prorektor, professor İsmayıl Əliyevin hesabatı dinlənilib. BDU-da elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi tədqiqatların aparılmasını iclas iştirakçılarının diqqətinə çatdıran professor İ.Əliyevin sözlərindən məlum olub ki, ümumiyyətlə 2010-cu ildə BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 221 mövzu üzrə 1151 elmi iş yerinə yetirilib. BDU əməkdaşları tərəfindən BDU-nun sahibliyi ilə 9 patent alınıb.
2010-cu ildə universitet alimlərinin xaricdə nəşr olunmuş kitabları haqqında da məlumat verən prorektor kitabların filologiya, beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültələrinin əməkdaşları tərəfindən yazıldığını, Almaniyanın “Springer”, Rusiyanın “Nauka” və Türkiyə müxtəlif nəşriyyatlarında nəşr olunduğunu diqqətə çatdırıb.
çıxışdan o da məlum olub ki, hesabat ilində Universitetin 4 daimi Dissertasiya Şuralarında 8 nəfər doktorluq və 60 nəfər ixtisas üzrə fəlsəfə doktorluq dissertasiyası (onlardan 32 nəfəri BDU-nun əməkdaşı, doktorant və dissertantıdır), Birdəfəlik Dissertasiya şuralarında isə 6 doktorluq (4-ü BDU-nun əməkdaşı) və 24 ixtisas üzrə fəlsəfə doktorluq (12-si BDU-nun əməkdaşları, doktorant və dissertantları) dissertasiyaları müdafiə edilib. Onlardan 3 nəfəri xarici vətəndaşıdır.
Professor Elmi kitabxana, “Bakı Universiteti” nəşriyyatı, universitetin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyi, İnformasiya Texnologiyaları Mərkəzinin fəaliyyəti haqqında da məlumat verib, dörd seriyada nəşr olunan “Bakı Universitetinin Xəbərləri” jurnalının fəaliyyətindən danışıb.
İ.Əliyev professor-müəllim heyətinin, əməkdaşların, aspirant, magistrant və tələbələrin elm və təhsildə, universitetin ictimai həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə BDU-nun rektoru akademik Abel Məhərrəmovun əmri ilə ilə universitetdaxili “50+50” qrant proqramından, universitet əməkdaşları tərəfindən 35 beynəlxalq və respublikadaxili elmi layihələrin həyata keçirilməsindən danışıb. Məlum olub ki, bu layihələr Avropa İttifaqının 7-ci çərçivə (FP-7) və TEMPUS Proqramları, Amerikanın Mülki Tədqiqatlar və İnkişaf Fondu, Səudiyyə Ərəbistanın Kral Əbdüləziz adına Elm və Texnologiya Mərkəzi, Ukrayna Elm və Texnologiya Mərkəzi, Fransanın Milli Elmi araşdırmalar mərkəzi, NATO-nun “Elm sülhün keşiyində” proqramı, İsveçrə Milli Elm fondu, Almaniyanın Folsfagen şirkəti, Açıq Cəmiyyət İnstitutu Soros fondu, Dünya Bankı, AR Prezidenti Yanında Elmin İnkişafı Fondu, AR Təhsil Nazirliyi və AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən maliyyələşdirilir.
İclası yekunlaşdıran rektor, akademik Abel Məhərrəmov, eləcə də, Şura üzvləri və qonaqlar hesabatdan məmnun qalıblar.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

