"Azərbaycanı düşmənlərə satanlara ar olsun!"
12.04.2011 [10:09]
Bildiyimiz kimi, son dövrlər Azərbaycanın əldə etdiyi böyük nailiyyətlərdən narahatçılıq hissi keçirən bir sıra xarici maraq qruplarının sifarişlərini icra edən radikal müxalifət qüvvələri ölkə daxilində təxribat törətməyə səy göstərirlər. Bu qüvvələr siyasi arenadakı mövcudluqlarını qorumaq, maddi və mənəvi dəstək almaq üçün xaricdəki bəzi antiazərbaycançı dairələri ilə işbirliyini gücləndirirlər. Onlar xaricdən aldıqları təlimatları yerinə yetirmək üçün Azərbaycanda təxribatlar törətməyə, bu yolla da ölkəmizdəki sabitliyə, inkişaf prosesinə zərər vurmağa çalışırlar. Müsavat, AXCP kimi fəaliyyətləri dövründə ölkəmizə qarşı imza atdıqları xəyanətlərlə özlərini siyasi arenadan tamamilə silən, vətəndaşlarımızın qınaq obyektinə çevrilən, sosial dayaqlarını, hətta ətraflarındakı 3-5 nəfər qohumlarını da tamamilə itirən müxalifət partiyaları həmişəki ənənələrinə sadiq qalaraq, bu gün yenə də antiazərbaycançı dairələrini əlində alətə çevrilərək ölkəmizdə xaos vəziyyəti yaratmağa səy göstərirlər. Ona görə də, radikal müxalifət qüvvələrinin bu hərəkətləri Azərbaycan xalqı tərəfindən haqlı narazılıqla qarşılanır və cəmiyyətin bütün kəsimlərindən olan insanlar bu dağıdıcı qüvvələrin hərəkətlərini pisləyir, etiraz tədbirləri keçirirlər.
Belə ki, aprel ayının 9-da Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin bir qrup üzvü Müsavat partiyasının qərargahı qarşısında etiraz aksiyası keçirib. 100-dən artıq gəncin iştirak etdiyi aksiya son dövrlər radikal müxalifətin apardığı siyasətə etiraz əlaməti olaraq təşkil olunub. Gənclər “Ar olsun İsa Qəmbərə, ar olsun Əli Kərimliyə!”, “Azərbaycan gəncliyi bu insanlara yox deyir!”, “Yaşasın müstəqil Azərbaycan!” “Azərbaycanı düşmənlərə satanlara ar olsun!” və sair bu kimi şüarlar səsləndiriblər.
Etiraz edənlər qeyd ediblər ki, Azərbaycan gəncliyi artıq öz seçimini edib və bu seçim ümummilli lider Heydər Əliyev siyasətini davam etdirən Prezident İlham Əliyevdir. Onlar bildiriblər ki, Azərbaycan gəncliyi ictimai-siyasi sabitliyin tərəfdarıdır. çıxış edən gənclər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini vurğulayaraq, hər bir gəncin bu inkişaf yolunu dəstəklədiyini söyləyiblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Azərbaycan son illər dinamik inkişaf edən, problemlərinin böyük əksəriyyətini qısa müddət ərzində həll etmiş ölkəyə çevrilib: “Respublikamızda möhkəm sosial-iqtisadi tarazlıq mövcuddur və cəmiyyətdə demokratik təsisatların yüksək effektiv fəaliyyəti üçün hər cür şərait yaradılıb, onların funksionallığı tam təmin olunub. Azərbaycanda geniş vətəndaş azadlıqları, insan hüquqları, söz və məlumat azadlığı hökm sürür. Vətəndaşların bütün sosial-iqtisadi problemlərinin həllinə yönəlmiş proqramlar icra olunmaqdadır və artıq bunun real nəticələrini hər bir vətəndaş öz həyatında hiss edir. Azərbaycanda artıq dağıdıcı inqilablar dövrü geridə qalıb və dövlət bütün problemləri islahatlar, təkamül yolu ilə aradan qaldırır”.
Həmçinin, bir sıra radikal müxalifət partiyalarının liderlərinin, o cümlədən, AXCP sədri Əli Kərimlinin və Müsavat partiyasının sədri İsa Qəmbərin xaricdən gələn təlimatları yerinə yetirmək üçün müxtəlif təxribatlar törətdiklərini, bununla da ölkəmizdə mövcud olan sabitliyə, vətəndaş təhlükəsizliyinə kölgə salmağa çalışdıqlarını qeyd ediblər: “Bu gün ölkəmizdə xaos yaratmağa, sabitliyi pozmağa çalışan AXCP, Müsavat kimi radikal siyasi təşkilatların fəaliyyətlərinin mahiyyəti və məqsədinə Azərbaycan xalqı bələddir və onların nə istədiklərinin hamı fərqindədir. ötən əsrin 90-cı illərinin əvvəllərində bu qüvvələrin ölkədəki xaos və anarxiyadan, 20 Yanvar, Xocalı faciələrindən istifadə edərək hakimiyyəti silah gücü ilə ələ keçirməklərini, hakimiyyət başında olduqları dövrdə vətəndaşları aclıq, qıtlıq içində yaşamağa məcbur etdiklərini, ölkəni xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirdiklərini, dövləti terror, təxribatlar yolu ilə idarə etdiklərini, vətəndaşları bir-birilərinə qarşı qoyduqlarını, dövlətin bütün sərvətlərini talan etmələrini, Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoyduqlarını heç kəs unutmayıb. Onların bu gün də amalı, niyyəti dəyişməyib. Bu təxribatçı qüvvələr yalnız bir məqsəd güdür: ölkəmizdə xaos yaratmaq, cəmiyyətin normal ritmini pozmaq və bu yolla Azərbaycanın sürətli inkişafına mane olmaq. Ona görə də, biz gənclər bu insanları ölkəmizin parlaq gələcəyinə, inkişafına qarşı çıxan, dövlətimizi sevməyən antimilli qüvvələr hesab edir, AXCP, Müsavat və bu kimi digər radikal qüvvələrin fəaliyyətini qeyri-qanuni sayırıq. Həmçinin, gənclərimiz radikal müxalifət təmsilçilərini dövlətçiliyimizin əleyhinə fəaliyyətdən çəkinməyə, xalqımızı isə belə təxribatçı qüvvələrin əməllərinə qarşı ayıq-sayıq olmağa çağırır”.
Gənclər bir daha bu tip hərəkətləri pislədiklərini bildirərək özlərini lider sayan, əslində isə, siyasi səhnədə heç bir uğura imza atmayan, siyasi bioqrafiyaları xəyanətlə dolan Əli Kərimli və İsa Qəmbər kimi şəxslərin əməllərinin milli mənafeyimizə, dövlətçiliyimzə qarşı yönəldiyini söyləyiblər.
Daha sonra polis əməkdaşları tədbirin qarşısını alıb və aksiyanın böyüməsinə mane olub. Polis aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb, iki nəfər polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, aksiya zamanı Müsavat partiyasının qarşısına yığılmış 5-10 nəfər əl-qol hərəkətləri etməklə, aksiyaçılara qarşı təhqiramiz ifadələr işlətməklə, əslində, bununla həm də müxalifət liderlərinin etikasını və tərbiyəsini nümayiş etdiriblər.
Aksiya zamanı bəzi gənclərin fikirlərini öyrəndik. Onlar qəzetimizə müsahibələrində bir daha vurğulayıblar ki, yalançı vədlərlə gənclərimizi aldadan, onların adından istifadə edən təxribatçı müxalifət qüvvələrini deyil, Azərbaycan dövlətini inkişaf etdirən siyasi kursu dəstəkləyirlər.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxGündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33

