Beynəlxalq təşkilatlar niyə susur?
21.12.2022 [10:23]
Şuşa-Laçın yolundakı etiraz aksiyası beynəlxalq təsisatların diqqət mərkəzində olmalıdır
Şuşa-Laçın yolunda Azərbaycan ictimaiyyətinin etiraz aksiyası artıq 9-cu gündür ki, davam edir. Xatırladaq ki, dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. Amma Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqi növbəti erməni təxribatı nəticəsində baş tutmayıb. Sülhməramlı kontingentin komandanlığı ilə Azərbaycan tərəfi arasında monitorinqə başlamaq barədə razılıq əldə olunsa da Qarabağdakı qanunsuz erməni dəstələrinin təxribatı buna imkan verməyib. Bu baxımdan, Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir.
Bəli, Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekofəalların Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası haqlı tələblərə söykənir. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinqin keçirilməsi Azərbaycanın haqqıdır. Amma Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin monitorinq məqsədiylə əraziyə girişinə maneçilik törədildi. Bunun da səbəbləri bəllidir. Həmin ərazidə təbii sərvətlərimiz talan edilir. Keçirilən aksiyada da əsas tələb ondan ibarətdir ki, qeyri-qanuni istismar dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.
Maraqlıdır ki, artıq 9 gündür davam edən aksiya ilə bağlı beynəlxalq təşkilatlar susqunluq nümayiş etdirirlər. Hər zaman etiraz aksiyalarını izləməyi “xoşlayan” beynəlxalq təsisatların yerli qurumları da gözə dəymir. Bu biganəlik haradan qaynaqlanır?
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlqar Vəlizadənin fikrincə, baş verənlər, Şuşa-Laçın yolundakı vəziyyət beynəlxalq təşkilatların diqqət mərkəzində olmalıdır. Çünki baş verən proseslər ekoloji böhrandan qaynaqlanır: “Eyni zamanda, həmin ərazilər də ermənilər tərəfindən minalanıb və təmizlənməyib. Həmin region da minalarla çirkləndirilmiş zonalara aid edilməlidir. Digər tərəfdən, bu ərazilərdə ekoloji cinayətlər baş verir. Azərbaycanın sərvətləri talanır, təbii mühitə böyük zərbələr vurulur. Təəssüflər olsun ki, bununla bağlı beynəlxalq təşkilatlar, təsisatlar susurlar. Əslində onların bu susqunluğu da bizim üçün yeni bir şey deyil. 30 ilə yaxın davam etmiş işğal dövründə də Azərbaycan bu kimi yanaşmalarla üzləşib. Biz dəfələrlə müxtəlif təsisatlara, təşkilatlara müraciətlər etmişik, gəlib problemi öz gözləri ilə görmələrini istəmişik, yerində araşdırma aparılmasını tələb etmişik. Amma həmin təşkilatlar susublar, bu fəlakətləri görmək istəməyiblər. Hətta müharibədən sonra ermənilərin törətdikləri vandallıqlarla bağlı müraciətlər etmişik. Bir çox təşkilatlar bu müraciətlərə reaksiya vermədilər. Bu biganəlik isə bir çox hallarda ermənipərəst mövqe ilə izah edilir. Beləliklə də, həmin təşkilatlar öz real niyyətlərini ortaya qoyurlar. Biz bu acınacaqlı vəziyyəti illərdir ki, müşahidə edirik. Bu isə ermənilərə daha rahat şəkildə öz azğın siyasətlərini davam etdirməyə imkan yaradır”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxElm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51

