Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Svetlana Orlova ilə görüşüb

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Svetlana Orlova ilə görüşüb

09.04.2011 [13:10]

Dünən "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Svetlana Orlova ilə görüşüb. Mehriban xanım Əliyeva Svetlana Orlovanı Azərbaycanda görməkdən məmnun olduğunu deyib.
Azərbaycanın birinci xanımı Svetlana Orlovaya dəvəti qəbul edib ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya gəldiyinə görə təşəkkürünü bildirib.
Forumun yüksək səviyyədə təşkil edildiyini vurğulayan Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini keçirilmiş müzakirələrin böyük maraq doğurduğunu deyib. Qonaq müasir dünyada gender problemlərinin həllinin vacibliyini qeyd edib.
Svetlana Orlova sürətlə inkişaf edən Bakı haqqında təəssüratlarını da bölüşüb.

Paylaş:
Baxılıb: 867 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30