İstanbulda XIV Avrasiya İqtisadi Zirvə Toplantısı keçirilir
14.04.2011 [11:22]
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində XIV Avrasiya İqtisadi Zirvə Toplantısı keçirilir.
Zirvə toplantısını açan Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver bildiri, ki, bu tədbirdə 50-dən çox ölkədən 150 nümayəndə iştirak edir.
ölkəmizin hər il olduğu kimi, cari ildə də bu mötəbər tədbirdə fəal iştirak etdiyini vurğulayan A.Suver deyib ki, Azərbaycan dünyada gedən iqtisadi və maliyyə böhranına baxmayaraq, güclü iqtisadi inkişafını, Cənubi Qafqaz və MDB regionunda liderliyini davam etdirir. Cari ili “Turizm ili” elan edən Azərbaycanın bütün sahələrdə tərəqqisi bizi sevindirir. Bu il də Prezident İlham Əliyev Zirvə Toplantısının işinə diqqətini əsirgəməyərək, onun iştirakçılarına təbrik məktubu göndərib.
Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin Zirvə görüşünün iştirakçılarına təbrikinin mətnini oxuyub.
Azərbaycanın Avrasiya İqtisadi Forumunun təşkilinə verdiyi töhfəyə görə Akkan Suver Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova, Milli Məclisin sədr müavini Valeh Ələsgərova və sənaye və energetika naziri Natiq Əliyevə vəqfin adından xatirə hədiyyəsi təqdim edib.
Toplantının enerji məsələlərinin müzakirəsinə həsr olunmuş sessiyasında çıxış edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildiriblər ki, 2006-cı ildən etibarən Azərbaycan iqtisadi yüksəliş dövrünü yaşayır. Bu müddət ərzində ölkəmiz iqtisadiyyatın bütün sahələrində xüsusilə enerji sektorunda böyük nailiyyətlər əldə edib. ümumi daxili məhsulun həcmi hər il orta hesabla 20-30 faiz artıb, keçən il 51,8 milyard dollara çatıb. Bu artımın 52 faizi sənayenin payına düşür. Bu gün Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərlərinin fəaliyyəti nəticəsində ölkəmiz regional inkişaf göstəricilərinə görə liderdir və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. 2010-cu ildə Azərbaycanda neft hasilatı 50 milyon 800 min ton təşkil edib ki, bu da 2009-cu ildəkinə nisbətən 0,4 milyon ton çoxdur. Təbii qaz hasilatının həcmi isə 26,3 milyard kubmetrə çatıb.
çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə ilə enerji sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini vurğulayıb, gələcəkdə də bu istiqamətdə işlərin davam edəcəyini söyləyiblər.
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl, maliyyə naziri Məhmət Şimşək, müxtəlif ölkələrdən gəlmiş nazirlər və iş adamları Avrasiya məkanında iqtisadi sahədə əməkdaşlığın perspektivləri, yoxsulluğun azaldılması, digər məsələlərdən ətraflı bəhs ediblər.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Zirvə Toplantısının bu gün keçiriləcək sessiyasında çıxış edərək diaspor təşkilatlarının xalqların yaxınlaşması, milli dəyərlərin təbliği və digər sahələrdə rolundan danışacaq.
Siyasətçilər, iş adamları və jurnalistlər terrorizmlə mübarizə və təhlükəsizlik, gender bərabərliyi və digər məsələlər üzrə müzakirələrdə iştirak edəcəklər.
Zirvə Toplantısının sessiyalarında Makedoniyanın, Albaniyanın prezidentləri, Türkiyənin və bir sıra ölkələrin nazirləri, deputatları iştirak edəcəklər.
Xəbər lenti
Hamısına baxGündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50

