103 il öncə Paris Sülh Konfransında...
11.01.2023 [10:31]
Versal Ali Şurasını təşkil edən müttəfiq ölkələr yekdilliklə Azərbaycan dövlətini tanıdıqlarını bəyan etdilər
11 yanvar 1920-ci il Azərbaycan Xalq Cümhuriyyətinin tarixində xüsusi yerə malikdir. Belə ki, 103 il öncə Paris Sülh Konfransında Versal Ali Şurasını təşkil edən müttəfiq ölkələr yekdilliklə Azərbaycan dövlətini tanıdıqlarını bəyan etmişdilər və bu barədə Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşova konfransın rəsmi sənədi təqdim olunmuşdu.
Qeyd edək ki, 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinin açılışından bir ay sonra Parisdə 1-ci Dünya Savaşının qalib ölkələri tərəfindən 27 ölkənin təmsil olunduğu Versal Sülh Konfransı çağırıldı. “Böyük dördlük” - ABŞ prezidenti Vudro Vilson, Britaniya baş naziri Lloyd Corc, Fransa baş naziri Jorj Klemanso və İtaliya baş naziri Vittorio Orlandonun əsas rol oynadığı bu konfransda məqsəd Almaniya və məğlub dövlətlərlə sülh müqavilələrini hazırlamaq idi. Bu hadisə Azərbaycan Xalq Cümhuriyyətini, onun sərhədlərini, ərazi bütövlüyünü Avropada tanıtdırmaq baxımından mühüm fürsət idi. Ona görə də parlamentin ilk tədbirlərindən biri konfransa tam səlahiyyətli, geniş hüquqa malik nümayəndə heyəti göndərmək idi. Diplomatik missiyanın tərkibi elan olundu, çoxpartiyalılıq əsasında Azərbaycan Sülh Nümayəndəliyi yaradıldı. Əlimərdan bəy Topçubaşov nümayəndə heyətinin rəhbəri təyin edildi. “Müsavat” partiyasından Məmməd Həsən Hacınski və Ceyhun bəy Hacıbəyli, “Hümmət”dən Əkbər ağa Şeyxülislamov, Sosialist Partiyasından Məhəmməd Məhərrəmov, “İttihad”dan Miryaqub Mirmehdiyev, görkəmli fikir böyüklərimiz Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə isə konfransda bitərəf kimi təmsil olundular.
Konfransda Rusiya iştirak etməsə də, “rus məsələsi” güclü yerdə dayanırdı, kommunizmin Qərbə yayılmaması üçün Şərqlə Qərb arasında mühafizə səddi kimi kordon dövlətlərin yaradılmasına qərar verildi. Çar Rusiyasının süqutundan sonra yeni müstəqil dövlətlər yaranırdı ki, bunlardan biri də Azərbaycan Xalq Cümhuriyyəti idi. Versal konfransı keçmiş rus imperiyasının ərazi bütövlüyünün tanınmasını nəzərdə tutsa da, xalqların öz müqəddəratını sərbəst təyin etmək prinsipini elan etmişdi. Bu isə Azərbaycana dövlət müstəqilliyini möhkəmləndirməyə imkan yaradırdı. Parisə gəldikdən sonra nümayəndə heyətinin ilk mühüm işi “Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh Konfransına memorandumu” adlı sənədi konfransın keçirildiyi ingilis və fransız dillərində nəşr etdirmək oldu. Konfrans Azərbaycan məsələsini gündəmə gətirdi və cümhuriyyətin nümayəndə heyətini rəsmən tanıdığını bəyan etdi. ABŞ, Böyük Britaniya, Fransa və İtaliya hökumətlərinin iştirakı ilə Dördlər Şurasının iclasında Azərbaycan məsələsi müzakirə olundu. ABŞ Prezidenti Vilson Ə.Topçubaşov başda olmaqla nümayəndə heyətini şəxsən qəbul etdi. Topçubaşov ABŞ Prezidentinə Azərbaycan haqqında geniş məlumat verdi, ölkənin sülh konfransından istədiklərini yazılı şəkildə ona təqdim etdi. Altı bənddən ibarət olan sənəddə Azərbaycanın müstəqilliyinin tanınması, Vilson prinsiplərinin Azərbaycana da şamil olunması, Azərbaycanın da Millətlər Cəmiyyətinə qəbul olunması, ABŞ Hərbi departamentinin müstəqilliyini yeni qazanmış dövlətə yardım etməsi öz əksini tapırdı.
Nümayəndə heyəti ABŞ-la Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasını xahiş etsə də, müsbət cavab almadı. Dünyanın Azərbaycanın maraqlarına laqeyd yanaşmasına baxmayaraq milli hüquqlarının tam qətiyyətlə müdafiəsinə qalxan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi xadimləri bir çox çətinliklərdən sonra, 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında ilk uğur əldə edə bildilər. Qeyd edək ki, Osmanlı ilə münaqişədə olan Ermənistanın tanınması isə yanvarın 19-dək uzandı.
Dövlətin tanınması Azərbaycan nümayəndə heyətinə Versal Sülh Şurasının müxtəlif, o cümlədən hökumət başçıları səviyyəsində keçirilən iclaslarında rəsmən iştirak etmək, öz hüquq və ehtiyacları haqqında danışıqlar aparmaq imkanı vermişdi. Nümayəndə heyəti o dövrün beynəlxalq səhnəsində həlledici təsirə malik olan siyasi xadimlərlə konfransın bütün iclaslarında bir yerdə oturmaq, onlarla müzakirələr aparmaq imkanı qazanmışdı. Sonda bu müzakirələr müttəfiq dövlətlər tərəfindən Azərbaycana yardım göstərilməsi haqqında qərarın qəbul edilməsi ilə nəticələndi.
Təəssüflə qeyd edilməlidir ki, az sonra Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti tarixə qovuşdu - sovet Rusiyası ölkəmizi işğal etdi. Bu işğal isə Azərbaycanın müstəqilliyinin dünyada tanınmasını 70 il uzatdı...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

