Erməni snayperinin qətlə yetirdiyi Fariz Bədəlovun ölümündən 40 gün keçir
19.04.2011 [09:41]
Azərbaycanın qadın jurnalistləri erməni snayperi tərəfindən qətlə yetirilmiş uşaqla bağlı beynəlxalq təşilatlara bəyanat ünvanlayıblar. Trend-in məlumatına görə, Azərbaycan Qadın Jurnalistlər Assosiasiyası (AQJA) bununla bağlı Fariz Bədəlovun qətlinin 40-cı günündə tədbir keçirib.
öncə erməni snayper tərəfindən qətlə yetirilmiş Fariz Bədəlovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə AQJA-nın sədri Sevil Yusifova açaraq qeyd edib ki, öldürülmüş Azərbaycan uşaqlarının faciələrinə dünya göz yumur: “Bu gün dünya mətbuatı Afrikada uşaqların acından ölməsinə can yandırır. Əlbəttə ki, bu yaxşı haldır, lakin azərbaycanlı uşaqların ermənilər tərəfindən öldürülməsinə biganə yanaşırlar. Hərbi forma geyinmiş bir insanın heç bir təhlükə törətməyən uşağa atəş açması ən böyük cinayətdir. Biz beynəlxalq təşkilatların və dünyanın nüfuzlu media qurumlarının diqqətini bu məsələyə cəlb etməliyik”.
“Kaspi” qəzetinin təsisçisi, publisist Sona Vəliyeva çıxışında bildirib ki, ermənilərin bu hərəkətləri dünyanın bütün yazılmış və yazılmamış qanunlarına ziddir: “Bu gün biz dünyanın bu hadisəyə biganə yanaşmasını görürük. Dünyada hər zamankı kimi ikili standartlar müşahidə olunur. Bu ikili standartlar xüsusilə müsəlman ölkələrinə tətbiq edilir və müsəlman ölkələrinə qarşı ədalətsiz davranış müşahidə olunur. Odur ki, ermənilərin bu cür hərəkətlərinə göz yumulur”.
O qeyd edib ki, dünyanın nüfuzlu televiziya kanalları və digər informasiya resursları bir nəfərin ev heyvanının ağacda qalması ilə bağlı günlərlə reportaj hazırlayırlar, lakin bir uşağın taleyi barədə maraqlanan yoxdur.
“Dünya bizim dərdlərimizə biganə yanaşır. Biz öz təbliğatımızı həyata keçirmək üçün digər metodlardan, yeni üsullardan istifadə etməliyik. öz dərdlərimizi dünyanın diqqətinə çatdırmağa çalışmalıyıq” - deyə, o vurğulayıb.
Mili QHT Şurasının sədri Rauf Zeyni bildirib ki, erməni əsgərdən, zabitdən humanist bir addım gözləmək düzgün deyil. Onun sözlərinə görə, heç erməni ziyalıdan da humanist addım gözləmək olmaz: “İndiyə qədər heç bir erməni ziyalısı Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalına etiraz etməyib. Fariz Bədəlovun qətlindən sonra heç bir erməni ziyalı öz əsgərlərinin bu hərəkətinə etiraz etməyib. çünki onlar “Böyük Ermənistan” qurmaq xülyası ilə yaşayırlar və bu xülyalarının həyata keçirilməsi üçün hər şeyə hazırdırlar. Biz sivil deyil, vəhşi düşmənlə üz-üzəyik”.
Tədbirin sonunda bəyanat ətrafında fikir mübadiləsi aparılıb, müvafiq dəyişikliklər edilərək bəyanat imzalanıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58

