/ / Azərbaycanlıların həmrəyliyi ideyası ictimai təşəbbüslərdən və arzulardan əməli işə çevrilib, dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qaldırılıb
Azərbaycanlıların həmrəyliyi ideyası ictimai təşəbbüslərdən və arzulardan əməli işə çevrilib, dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qaldırılıb
20.04.2011 [09:47]
Hazırda bütün sivil, demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da vətəndaş cəmiyyətinin inkişafı üçün lazımi şərait yaradılıb. Daha doğrusu, ölkəmizdə bütün sahələrdə əldə edilən inkişaf və tərəqqi özünü “üçüncü sektor” adlandırılan qeyri-hökumət təşkilatlarının fəaliyyətində də göstərməkdədir. Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, Azərbaycanda sözügedən sektorun inkişafı istiqamətində dövlət, şəxsən Prezident İlham Əliyev tərəfindən önəmli addımlar atılır. Məlum olduğu kimi, Prezident İlham Əliyevin 27 iyul 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası təsdiq edilib. Dövlət başçısının 13 dekabr 2007-ci il tarixli Fərmanı əsasında isə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb və Şuranın Əsasnaməsi təsdiq edilib. Redaksiyamızın həyata keçirdiyi “üçüncü sektor” rubrikasının qonaqları ilə söhbətlərimizdə bu və ya digər suallara cavab tapmağa çalışacağıq. Rubrikamızın növbəti qonağı isə Qırğızıstanda fəaliyyət göstərən “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək” Fondunun sədri, 2010-cu il QR Milli Yazıçılar İttifaqının “Qızıl qələm” mükafatının laureatı, Qırğızıstan Respublikasının “Ən yaxşı mədəniyyət işçisi” Nüsrət Məmmədovdur.
İlk olaraq, rəhbərlik etdiyi təşkilat haqqında məlumat verən N.Məmmədovun sözlərinə görə, “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək” Fondu türkdilli dövlətlərin mədəni inteqrasiyası, bu ölkələr arasında əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyət göstərir. Bu məqsədlə bu günədək fondun təşkilatçılığı ilə xeyli sayda tədbirlər həyata keçirilib. Fondun təşkilatçılığı ilə Qırğızıstanın tanınmış elm, siyasət xadimlərinin, dünya şöhrətli yazıçısı, mərhum çingiz Aytmatovun ölkəmizə səfəri, həmçinin, Azərbaycanın tanınmış xadimlərinin Qırğızıstana səfərləri təşkil edilib. Bu səfərlərin nəticələri olaraq, Azərbaycanda Qırğızıstan, Qırğızıstanda isə ölkəmizlə bağlı silsilə mədəni tədbirlər həyata keçirilib. Qırğızıstanın bir neçə şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş, həmçinin, Azərbaycanın görkəmli ədəbiyyat xadimi Mir Cəlal Paşayevin 100 illik yubileyi, Azərbaycanın əlamətdar günləri ilə əlaqədar müxtəlif tədbirlər keçirilib. Bundan başqa, ölkəmizin bir sıra yazıçı və şairlərinin əsərləri qırğız dilinə tərcümə edilib və nəşr olunub: “Həmçinin, qeyd etmək istəyirəm ki, fondun sifarişi və maliyyə dəstəyi ilə “Prezident İlham Əliyev” çoxcildliyinin birinci cildi rus dilində nəfis şəkildə çap edilib. Kitabda Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, şöbə müdirləri Əli Həsənov, Fatma Abdullazadə, Fuad Ələsgərov, Prezidentin köməkçisi Əli Əsədov, təhsil naziri Misir Mərdanov, AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov, fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilov və başqalarının məqalələri toplanıb. Bundan başqa, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin titanik fəaliyyətinə, dövlətçiliyimiz qarşısındakı müstəsna xidmətlərinə həsr edilmiş “Dünya siyasətinin zirvəsini fəth edənlər” kitabı da rus dilində nəşr olunub. Gələcəkdə, bu tip layihələri daha da genişləndirmək niyyətindəyik. Bizim başlıca məqsədimiz, türkdilli dövlətlərin liderlərinin müxtəlif ölkələrdə geniş təbliğatını təşkil etmək, xalqlarımız arasında birlik və əlaqələrin formalaşmasında dahi siyasətçilərin rolunu daha geniş auditoriyaya çatdırmaqdır”.
Daha sonra ölkəmizin diaspora siyasətinə toxunan N.Məmmədov deyib ki, ötən dövr ərzində dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsi üçün xeyli iş görülüb: “Azərbaycanlıların həmrəyliyi ideyası ictimai təşəbbüslərdən və arzulardan əməli işə çevrilib, dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qaldırılıb. Bu isə xaricdə yaşayan azərbaycanlıların öz milli dövləti - Azərbaycan Respublikası ətrafında sıx birləşməsi prosesinə güclü təkan verir, milli birlik ideyasının inkişafında mühüm rol oynayır. Ən əsası odur ki, təşkilatlanma güclənir, Azərbaycan xalqına və millətinə mənsubluq hissinə əsaslanan azərbaycançılıq ideyası bütün dünyada yaşayan azərbaycanlılar arasında geniş yayılır. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız dövlətimizin maraqlarını daha yaxşı qoruyur və milli maraqlarımızın fəal müdafiəçilərinə çevriliblər”.
ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı, qeyri-hökumət təşkilatlarının daha effektiv fəaliyyətinin təmin olunması istiqamətində görülən işləri də yüksək qiymətləndirən Nüsrət Məmmədovun sözlərinə görə, Azərbaycan dövləti III sektorun inkişafı üçün hər cür dəstəyi göstərir: “Bilirsiniz ki, bu gün ölkəmizdə fəaliyyət göstərən QHT-lərin layihələrinin maliyyələşdirilməsi, onların inkişafının stimullaşdırılması üçün QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb. Şuranın xətti ilə hər il yüzlərlə layihələr maliyyələşdirilir. Bu layihələrin hər biri cəmiyyətin inkişafına, problemlərin həllinə bu və ya digər formada təsir göstərir. Eyni zamanda, layihələrin maliyyələşdirilməsi və onların icrası ilə bağlı şəffaflığın təmin olunması müsbət haldır. Ona görə də, mən Azərbaycan hökumətinin QHT sektorunun inkişafına göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu gün Azərbaycan cəmiyyətində demokratik təsisatların yüksək effektiv fəaliyyəti üçün hər cür şərait yaradılıb, onların funksionallığı tam təmin olunub. Azərbaycanda geniş vətəndaş azadlıqları, insan hüquqları, söz və məlumat azadlığı hökm sürür”.
Son dövrlər bir sıra radikal müxalifət partiyalarının ölkəmizdə mövcud olan sabitliyi pozmağa yönəlmiş təxribatlarına da münasibət bildirən Nüsrət Məmmədovun fikrincə, bu tip addımlar nəinki ölkəmizdə, hətta, Azərbaycanın hüdudlarından uzaqlarda yaşayan soydaşlarımız tərəfindən də ciddi narazılıqla qarşılanır. çünki xaricdə yaşayan vətəndaşlarımız bu gün ölkəmizdə baş verən böyük inkişafı, dövlətimizin dünyada mövqeyinin güclənməsini, beynəlxalq aləmdəki hörmətini gördükdə haqlı qürur hissi keçirir: “Bu gün Azərbaycan dövləti dünyada ildən-ilə imkanlarını artıran, güclənən, dinamik inkişaf edən ölkə kimi xarakterizə olunur. Azərbaycanın müəllifi olduğu böyük iqtisadi layihələr təkcə ölkəmizin vətəndaşlarının deyil, bütöv bir regionun əhalisinin həyatını təmin edir, Azərbaycan sabitliyin və təhlükəsizliyin qarantı kimi çıxış edir. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Azərbaycan problemlərinin böyük əksəriyyətini qısa müddət ərzində həll etmiş ölkəyə çevrilib. Ona görə də, mən müxalifətin əməllərini təxribatçı səylər kimi qiymətləndirirəm, radikal qüvvələrin addımlarını pisləyirəm və hesab edirəm ki, bu hadisələrin heç bir perspektivi yoxdur”.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41

