/ / Müşfiqabadda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbir keçirilib
Müşfiqabadda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbir keçirilib
27.04.2011 [13:00]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı və Qaradağ rayon İcra Hakimiyyətinin Muşfiqabad qəsəbəsi üzrə icra nümayəndəliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Muşfiqabad qəsəbəsinin icra nümayəndəsi Oqtay Sadıqov Ulu öndər Heydər Əliyevin ilk dəfə ölkəyə rəhbərliyə gəlməsindən söz açıb. O, söyləyib ki, keçmiş sovet dövrünün məhdud imkanlarından maksimum istifadə edərək Azərbaycanda milli şüurun dirçəldilməsi, milli ruhlu ziyalıların repressiya və təzyiqlərdən qorunması, mədəniyyətin, elmin, təhsilin inkişaf etdirilməsi, dövlət strukturlarındakı yüksək vəzifələrə milli kadrların yerləşdirilməsi, onlara mənəvi dəstəyin artırılması, güclü sənaye və kənd təsərrüfatının təşkili bu gün Azərbaycanda həyata keçirilən geniş quruculuq işləri üçün tarixi hazırlıq mərhələsi hesab olunur: “Ulu öndərimiz Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi illərində də özünün idarəçilik prinsiplərinə sadiq qalaraq fəaliyyətini bütünlüklə xalqa, dövlətə xidmət amalı üzərində qurub, milli xilaskar və qurucu rəhbər kimi ümummilli liderlik zirvəsinə yüksəlib. ümummilli lider Heydər Əliyevin müstəqilliyin ilk illərində milli dövlətçiliyi qorumaq üçün nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq Onun yüksək liderlik əzmini bir daha nümayiş etdirib”.
YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov dahi şəxsiyyətin Azərbaycanın sosial-iqtisadi inkişafı, dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, eləcə də, hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən danışıb. A.Hüseynov vurğulayıb ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin mükəmməl ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır: “Xalqların, ölkələrin tarixində həqiqi liderlərin rolu danılmazdır. Onlar öz xalqlarını çətin vəziyyətdən çıxarır, düzgün yol göstərir, taleyüklü məsələlərin həllində müdrik məsləhətçi olurlar. Bu baxımdan görkəmli ictimai-siyasi və dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində əvəzsiz rolu olub. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb”.
Tədbir iştirakçıları ilə fikirlərini bölüşən Qaradağ rayonu İH ictimai-siyasi şöbəsinin müdiri, Munis Bayramov dünya şohrətli siyasi xadim Heydər Əliyevin mənalı və şərəfli ömür yolundan, Azərbaycan xalqı və dövləti qarşısındakı böyük xidmətlərindən danışıb. Onun sözlərinə görə, Heydər Əliyev Azərbaycanı dünyaya tanıdıb, “Əsrin müqaviləsi”nin imzalanmasına nail olub, digər neft layihələrinin həyata keçirilməsi üçün əlverişli zəmin yaradıb: “Ulu öndərin əsasını qoyduğu layihələr artıq öz bəhrəsini verir, Azərbaycan bölgədə qüdrətli dövlətlərdən birinə çevrilib”.
Təbdirdə çıxış edən digər iştirakçılar Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan Heydər Əliyevin dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi sahəsindəki tarixi xidmətlərini bir daha diqqətə çatdırıblar. Qeyd olunub ki, Heydər Əliyev bütün həyatını Azərbaycana və Türk dünyasına bəxş edib, Azərbaycanın xoşbəxt gələcəyi naminə ömrünü xalqına bağışlayıb, hələ sağlığında özünə əbədi məşəl yandırıb. Azərbaycan və Heydər Əliyev - bir-birindən ayrılmaz hesab olunan bu iki qüvvə bu gün bütün azərbaycanlıların rəmzinə çevrilib. Heydər Əliyevin tariximizdə oynadığı rol illər keçdikcə daha dərindən dərk edilir, əsl qiymətini alır.
Sonra bir qrup gənc YAP-a üzv olmaq üçün ərizələrini təqdim ediblər.
Tədbir ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35

