41 sərnişin, 3 ekipaj üzvü...
28.01.2023 [10:45]
28 yanvar - verlotolyot terrorundan 31 il ötür
1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan “Mİ-8” mülki helikopterinin erməni terrorçuları tərəfindən Xankəndi istiqamətindən qumbaraatanla vurulması hadisəsindən 31 il ötür. Terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş vermiş, hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olmuşdur.
Xankəndidən atılan raket...
Qeyd edilməlidir ki, Ağdamdan Şuşaya hərəkət edən və erməni terroru nəticəsində partladılan helikoptet mülki idi. Ümumiyyətlə, o çətin günlərdə azərbaycanlı əhalini daim qorxu və vahimə içərisində saxlamaq üçün erməni lobbisinin yardımı ilə xarici ölkələrdən gətirilən muzdlu döyüşçülər və “ASALA” terror təşkilatının üzvləri yollarda pusqular quraraq azərbaycanlılara qarşı qəfil hücumlar təşkil edir, terror aktları törədirdilər. Müharibənin ilk dövrlərində açıq müharibə üsulunun çətin olacağını anlayan erməni hərbi qüvvələri bütün gücləri ilə Qarabağın içərilərində və ona bitişik digər ətraf ərazilərdə basqın xarakterli manevrlər aparırdılar. Ermənilər bu kimi manevrlərlə Azərbaycanın özünümüdafiə batalyonlarının hücumlarını qabaqcadan müəyyən edilmiş istiqamətdən yayındırmaqla döyüş mövqelərində pərakəndəlik yaratmaq istəyirdilər.
1991-ci ilin sonu, 1992-ci ilin əvvəlində Şuşa ətrafında mühasirənin getdikcə daralması, bir çox kəndlərlə əlaqənin tamamilə kəsilməsi nəticə etibarı ilə Şuşa-Ağdam, Şuşa-Laçın yolunun bağlanmasına səbəb olmuşdu. Əhalinin quru yolla hərəkətinin məhdudlaşması səbəbiylə onların daşınması üçün helikopterlər “avtobus” funksiyasını yerinə yetirməyə başlamışdı. 1992-ci ilin 28 yanvarında da bu istiqamətdə hərəkət edən növbəti helikopter uçuşu zamanı faciə baş verdi - mülki əhalini daşıyan “Azal” konserninə məxsus 24137 bort nömrəli
Mİ-8T helikopter ermənilər tərəfindən “yer-hava” tipli raketlə vuruldu.
Terror aktı “qəza” kimi qələmə verildi...
Həmin dövrdə Moskvadakı Azərbaycan nümayəndəliyi Rusiya televiziyası vasitəsilə bəyanat verdi ki, saat 16:20-də Ağdam-Şuşa marşrutu üzrə hərəkət edən “Mİ-8T” erməni separatçıları tərəfindən vurulub. Bəyanatda qeyd edilirdi ki, helikopter Xankəndidən açılan raket atəşi ilə vurulub. Çox sayda uşaq və qadın ölümünə səbəb olan bu faciə erməni təbliğatında “qəza” kimi qələmə verildi və erməni mətbuatı hələ də bu terror hadisəsini “qəza” adlandırmağa davam edir. Azərbaycan nümayəndəliyinin bəyanatından sonra Qarabağda yerləşən erməni qüvvələrinin baş qərargahı, dəstələrin komandirləri Qarabağda “yer-hava” tipli raket qurğusunun olmasını inkar etdilər. “Azq” qəzeti 2 fevral 1992-ci il sayında bildirirdi ki, guya hadisə şahidlərinin ifadələrinə görə helikopter qəzasının səbəbi onun quyruq hissəsinin zədələnməsi və sıx dumanın yüksəlməsi ilə bağlı olub. Ermənilər helikopterin istilik axtaran raket tərəfindən vurulması fərziyyəsini rədd edir və onun bu tipli raketlərə qarşı tədbirli olduğunu bildirirdilər. Halbuki həmin dövrdə helikopterlər istilik axtaran raketlərə qarşı təchiz edilməmişdi. Ermənilərin yalanları elə onların özləri tərəfindən təkzib edilir. Belə ki, müəllifi Riçard Kababçıyan olan “PlaneCrashinfo” jurnalı helikopterin “yer-hava” tipli raketlə vurulmasını bildirirdi
Vətən müharibəsindəki qələbə şəhid ruhlarına təskinlikdir...
28 yanvar faciəsi zamanı 44 nəfər dinc sakinin terrorun qurbanına çevrilməsi heç bir beynəlxalq qurum tərəfindən hüquqi status almadı. Faciə yalnız 1993-cü ildə ABŞ-ın Federal Aviasiya Administrasiyasının hesabatında aviasiya təhlükəsizliyi üzrə Mərkəzi Avrasiyanın ən əhəmiyyətli hadisəsi adlandırıldı. Bununla yanaşı, Tom Koper “Air War over Nagorno-Kharabakh, 1988-1994” və İlya Maksakov “Jouralists in the Karabakh War” adlı kitablarında da helikopterin ermənilər tərəfindən vurulmasını göstərir və onu terror aktı kimi qiymətləndirirlər. Araşdırmalara görə, helikopter “ Strela-2” və “Stinger” silahlarından atəş açıla bilərdi. Viktor Seryoginin pilot olduğu ekipajda, Səfa Axundov ikinci pilot, Ərəstun Mahmudov isə bort operatoru idi. Viktor Seryogin alova bürünmüş vertolyotu kənara yönəldərək ətrafda yaşayan insanların tələf olmasının qarşısını ala bildi və özü heyətlə birlikdə həlak oldu. Vertolyot Şuşanın Xəlfəli kəndi yaxınlığına, yaşayış yerlərindən kənara yana-yana düşərək partladı. Bunu kadr olaraq bir çox televiziyalar göstərdi. Maraqlı məlumatlardan biri də bu ərazidə “ASALA” terror təşkilatının radikal qanadı üçün təlim düşərgəsinin olması idi. Ekipaj heyətinin hər biri ölümündən sonra “Azərbaycanın Milli Qəhərmanı” adına layiq görüldü və Şəhidlər xiyabanında dəfn edildi. 44 nəfər mülki şəxsin ölümü ilə nəticələnən bu faciəyə görə Ermənistan rəhbərliyi birbaşa məsuliyyət daşıyır.
Təbii ki, 2020-ci il Vətən müharibəsində əldə olunan Zəfər bütün ağır yaralarımız kimi helokopter qəzasının da qisası idi - bu qələbə torpaqlarımızın azadlığı ilə nəticələndi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşanın işğaldan azad edilməsi, Azərbaycanın milli mədəniyyət paytaxtı statusunu alması 31 il öncə Şuşa səmasında şəhid olan həmvətənlərimizin də ruhuna təskinlik gətirdi...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49

