Gənclər Azərbaycanın inkişafında fəal iştirak etməlidir
27.04.2011 [13:01]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının qərargahında “Yeni Azərbaycan Partiyası və müasir Azərbaycan gəncliyi” mövzusunda yığıncaq keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva çıxışında son illər partiyaya gənclərin axınının böyük vüsət aldığını bildirib. Onun sözlərinə görə, YAP Sabunçu rayon təşkilatının 7500 üzvündən 2500 nəfəri gənclərdir. M.Abasquliyevanın fikrincə, gənclərin YAP-ın sıralarına qoşulması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin dəstəklənməsinin bariz nümunəsidir.
Tədbirdə, həmçinin, Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə keçirilən inşa olimpiadasının qalibləri mükafatlandırılıblar. Belə ki, qaliblər Gülər Mehdizadə, Lalə Hacıyeva və Şəmistan Heydərli təşkilatın fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar. Toplantıda, eləcə də, YAP sıralarına yeni qoşulmuş idmançı gənclərə partiya üzvlük vəsiqələri təqdim olunub.
Yığıncaqda çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov partiyaya yeni üzv olan gəncləri təbrik edərək onların öz siyasi talelərini Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiya ilə bağlamalarının əhəmiyyətini vurğulayıb: “Gənclər bu qənaətdədirlər ki, özlərini ifadə etmək üçün ən əlverişli mühit YAP-dadır və bu partiyanın üzvü olmaqla həm Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etmək imkanları əldə etmiş olur, həm də onların bir vətənpərvər olaraq ifadə etmək imkanları əhəmiyyətli dərəcədə genişlənir. YAP gənclərə ən düzgün yol göstərəcək əzəmətli siyasi təşkilat, Azərbaycanın yaxın keçmişini, bu gününü və gələcəyini özündə ifadə edən güclü bir partiyadır. YAP-ın gücü, əzəməti və gələcəklə bağlı olan perspektivləri ilk növbədə, partiyanın istinad etdiyi ideya və prinsiplərə söykənir. YAP-ın yaradıcısı Heydər Əliyev bu partiyanın formalaşmasının elə əzəmətli və əbədiyaşar prinsiplərini müəyyənləşdirib ki, bu prinsiplərə istinad edən partiya mövcudluğu dövründə həm üzvlərinin, həm də Azərbaycan xalqının bəslədiyi bütün ümidləri doğrulda bilib”.
YAP-ın yaranma tarixindən danışan Əli Əhmədov bu partiyanın yaradılan zaman qarşıya qoyulan vəzifələri ardıcıl surətdə yerinə yetirildiyini deyib.
YAP Sədrinin müavini Azərbaycan dövlətinin uğurlu gənclər siyasəti həyata keçirdiyini bildirib. Əli Əhmədov qeyd edib ki, dövlət hər zaman gəncliyə önəm verib və bu gün də verməkdədir. “Bu fakt bir daha təsdiqləyir ki, dövlətimiz Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirir” - deyə, o vurğulayıb. Azərbaycanın sürətlə inkişaf etdiyini deyən YAP Sədrinin müavini qeyd edib ki, Prezident İlham Əliyevin siyasətinin məqsədi ölkəmizi zəngin, firavan və qüdrətli dövlətə çevirməkdən ibarətdir. “Azərbaycan müasirləşir, modernləşir və bu proses davamlı xarakter daşıyır. Cəmiyyətimiz bu yeniliklərə uyğunlaşmalı, müasir dövrün çağırışlarına cavab verməlidir. Təbii ki, bu prosesdə yenilikçi qüvvə olaraq gənclərin üzərinə böyük məsuliyyət düşür. Gənclərimiz bu prosesi irəli aparmaq üçün fəal olmalıdırlar. Sevindirici haldır ki, partiyamızın sıralarında təmsil olunan gənclər yüksək intellektual potensiala malikdir və bu məsuliyyətin öhdəsindən gəlmək iqtidarındadır” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədovun sözlərinə görə, Azərbaycan hökumətinin fəaliyyətində gənclərlə bağlı siyasət əsas yerlərdən birini tutur. Gənclərin yaxşı təhsil alması, müasir dünyagörüşünə yiyələnməsi, malik olduğu potensialı ifadə etməsi və bu potensialı Azərbaycanın inkişafı istiqamətinə yönəltməsi bu gün hökumətimizin həyata keçirdiyi siyasətin əsas qayəsini, ideya bazasını təşkil edir. ölkə Prezidentinin Sərəncamı əsasında 2011-2015-ci illərdə Azərbaycan gəncliyinin inkişafı ilə əlaqədar Dövlət Proqramının hazırlandığını deyən Əli Əhmədov bildirib ki, bu proqramda gəncliyin inkişafını təmin etmək üçün ən ümdə vəzifələr öz əksini tapacaq. YAP Sədrinin müavini qeyd edib ki, proqramın qəbul olunub həyata keçirilməsi Azərbaycan gəncliyinin daha da inkişafına ciddi təkan verəcək.
“YAP-ın mövqeyi bundan ibarətdir ki, ölkəmizin müasirləşməsi və modernləşməsində Azərbaycan gəncliyi yaxından iştirak etməlidir. Gənclərimiz yüksək biliklərə, müasir dünyagörüşünə yiyələniblər. Bütün bu və digər amillər gənclərin Azərbaycanın inkişafında çox əzəmətli güc olduğunu ortaya qoyur. Hökumətimiz və partiyamız da bu gücdən faydalanmaq, Azərbaycanın inkişafı naminə bu amildən səmərəli istifadə etmək yolunu tutub” - deyə, o, vurğulayıb. Əli Əhmədov bildirib ki, ölkəmizdə sabitliyin, əmin-amanlığın möhkəmləndirilməsi hər bir Azərbaycan vətəndaşının, xüsusilə, gənclərin borcudur. çünki Azərbaycanın gələcəyi gənclərlə bağlıdır. Ona görə də, gənclər bugünkü sabitliyin, əmin-amanlığın, dincliyin qorunmasında maraqlı olmalıdırlar ki, bütün bunların əsasında Azərbaycan daha da inkişaf etsin və gənc nəsl üçün daha yüksək rifahın təmin edildiyi bir Azərbaycan qurulsun. “Təəssüf ki, gənclərimizin kiçik bir hissəsini Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrin sifarişini həyata keçirən müxalifət partiyalarının radikal qanadı öz ətrafına toplayıb. Həmin qüvvələr bu gənclərdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Amma sağlam düşüncəli gənclər onları bu səhv yoldan çəkindirmək üçün ciddi şəkildə çalışmalıdırlar” - deyə, YAP Sədrinin müavini vurğulayıb. O bildirib ki, YAP demokratiyanı, insan haqlarını, hər bir kəsin düşüncələrini sərbəst şəkildə ifadə etməsini fundamental dəyərlər kimi həm qəbul edir, həm də, onların həyata keçirilməsi üçün imkanlar yaradır: “Biz sərbəst düşünmə azadlığını ilk növbədə Vətənin inkişafına yönəltmək şəklində qavrayırıq. Bu hüquqdan pozuculuq fəaliyyəti üçün istifadə olunmamalı, bu, xarici qüvvələrin göstərişlərinə əməl edilməsi kimi qəbul edilməməlidir”.
Yığıncaqda gənc fəallardan Lamiyə Camalova və Məhəmməd Əsədov çıxış edərək YAP-ın ölkəmizin aparıcı qüvvəsi olduğunu deyərək partiyamızın Azərbaycanda alternativsiz siyasi təşkilat olduğunu bildiriblər. Qeyd olunub ki, Azərbaycan gəncləri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir və dövlət başçısının ətrafında sıx birləşiblər. çıxış edənlər radikal müxalifət partiyalarının qanunsuz aksiyalarına qoşulan gənclərin səhv yolda olduqlarını bildirərək onları doğru yola dəvət edib, Azərbaycanın inkişafı prosesində iştirak etməyə çağırıblar.
Tədbirdə YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı və YAP Gənclər Birliyinin sədri Seymur Orucov iştirak edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

