İrəvan Kremlin qırmızı xəttini keçir
14.02.2023 [10:25]
Rusiyadan sonuncu xəbərdarlıq...
Ermənistan bir az da Qərbə üz tutarsa
Ermənistan ilə Rusiya arasında son dövrlərdə yaranan ziddiyyət daha da dərinləşməkdədir. Baş nazir Nikol Paşinyanın açıq şəkildə Qərbə “üz çevirməsi”, Aİ-nin uzunmüddətli missyasının Ermənistana “yerləşdirilməsi”, eyni zamanda bu msissiyanın tərkibində hətta “mülki geyimli jandarmların” da olması keçmiş müttəfiqləri qarşı-qarşıya gətirib. Avropaya “sığındığını” düşünən Nikol Paşinyan isə Moskvadan “Vardanyan planı”nın əvəzini çıxmaq istəyir. Bu mənada baş nazirin hər bir açıqlaması məhz Kremlin hədəfə alınması kimi görüntü yaradır. Məsələn, bu ilin əvvəlində Rusiya Müdafiə Nazirliyi KTMT sülhməramlı kontingentinin Ermənistan ərazisində “Sarsılmaz Qardaşlıq-2023” birgə təlimi keçirəcəyi ilə bağlı məlumat yaysa da, Ermənistan rəhbərliyi bunu təkzib etmişdi. Paşinyan keçirdiyi mətbuat konfransında bu təlimlərin keçirilməsini yersiz hesab etdiklərini bildirmiş və rəsmi İrəvanın bununla bağlı birləşdirilmiş qərargahı məlumatlandırdığını demişdi. Ardından isə baş nazir hətta 102-ci Rusiya Hərbi Bazasını da hədəfə almışdı. Qeyd edək ki, bu ilin yanvarında Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında etiraz aksiyası keçirilmişdi. Erməni radikallar “Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir!”, “Ar olsun belə müttəfiqə!”, “KTMT-yə yox!” kimi şüarlar səsləndirmiş, Rusiya və KTMT əleyhinə ultimativ çıxışlar etmişdilər. Polis icazəsiz anti-Rusiya aksiyasının iştirakçılarını və tərəfdarlarını saxlamışdı. Bu kimi faktlar isə rəsmi İrəvanın birmənalı şəkildə Rusiyadan imtina etməsinin görüntüsünü yaradır. Qeyd edək ki, bu ölkənin rəsmiləri Rusiyanın İrəvanın təhlükəsizliyinə təhdid yaratdığı fikrindədir. Prosesdə ən mühüm məqam da elə 102-ci hərbi bazanın bağlanması məsələsidir. Başqa sözlə, Ermənistan Rusiyaya bundan sonra Qərbin maraqları çərçivəsində hərəkət edəcəyi ilə bağlı “ultimatum” verir. Amma bu “hədə”nin özündə də bir qorxu hissinin olması ortadadır. Ermənistan anlayır ki, onun nə Qərb, nə də Rusiya üçün elə də mühüm əhəmiyyəti yoxdur. Tam əksinə, Azərbaycanla əlaqələri möhkəmləndirmək həm Qərbin, həm də Rusiyanın arzusudur. Ermənistan isə istifadə edilən alət kimi qəbul edilir. Belə olan təqdirdə rəsmi İrəvan siyasi manipulyasiyalarla özünün prosesdəki varlığını qorumağa çalışır.
Rusiya da öz növbəsində Ermənistanın bu kimi açıqlamalarını cavabsız buraxmır. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, İrəvanın təhlükəsizliyinə Rusiyanın təhdid yaratması ilə bağlı bəyanatları absurddur. Onun sözlərinə görə, rus və erməni xalqlarını möhkəm dostluq telləri birləşdirir. “Biz ikitərəfli münasibətləri, eləcə də ümumi inteqrasiya birliklərində - KTMT, Avrasiya İqtisadi Birliyi və MDB-də əməkdaşlığı daha da gücləndirməyə hazırıq. Bütün bunların fonunda İrəvanın “Rusiyanın mövcudluğu müəyyən təhlükəsizlik təhdidləri yaradır” açıqlamaları cəfəngiyyatdır. Artıq onilliklərdir ki, əsgərlərimiz və sərhədçilərimiz Ermənistanın təhlükəsizliyinə öz töhfələrini verir, onun sərhədlərini qoruyurlar. Bu, inkar edilə bilməyən obyektiv reallıqdır. Eyni zamanda, bundan əvvəl Ermənistanın hazırkı rəhbərliyi açıq şəkildə bəyan etmişdi ki, Rusiyanın hərbi mövcudluğu respublikanın milli maraqlarına uyğundur. Qapını hərbçilərimizə göstərməyə üstünlük verən avantüristlər isə belə bir hərəkətin real nəticələrini hesaba almırlar”, - Zaxarova bildirib.
Açıqlamadan da göründüyü kimi, Kreml Ermənistana xəbərdarlıq edir. KTMT-dən çıxmaq, başqa sözlə, üzünü Qərbə tərəf tutmaq istəyi Ermənistan üçün mənzərəni yenidən “mürəkkəbləşdirir”. Yəni, Ermənistanın “Qərb düşüncələri” və ya “BMT missiyası” arzuları Rusiya üçün heç bir əhəmiyyət daşımır - Rusiya Ermənistandan imzasına sədaqətli olmağı tələb edir. 102-ci hərbi baza 2040-cü ilə qədər Ermənistan ərazisində qalacaq - bu müvafiq sənədlə də təsdiqlənib. Rusiyanın Ermənistanda mövcudluğu isə onun “milli maraqları” ilə də səsləşir - demək ki, Qərbin İrəvana üz tutması həm Ermənistanın, həm də Rusiyanın milli maraqlarına zidd haldır. Rusiya isə bu “anlaşılmazlığa” çox dözməyəcək - açıqlama bunun ştrixlərini qarşı tərəfə rahat şəkildə izah edir...
SADİQ
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25

