Rəsmi Tehran təhlükəsizliyini qoruya bilmir
15.02.2023 [10:44]
Molla rejimi xaker hücumları qarşısında acizlik nümayiş etdirir
Son dövrlərdə İranda baş verənlər bu ökənin təhlükəsizliyinin təmini məsələsində mühüm problemlərin olduğunu aşkar şəkildə üzə çıxarır. Ötən ilin sentyabrından başlanan etiraz aksiyaları İrandakı despotizmi, molla rejiminin qeyri-insani mahiyyətini ortaya qoymaqla yanaşı, rejimə olan inamsızlığı da özündə əks etdirdi. Baş verənlər bir daha bəlli etdi ki, cəmiyyət SEPAH-ın hərbi gücü və fanatik dini təbliğat üzərində bərqərar olan rejimə inanmır, mollaların insan hüquq və azadlıqlarının fundamental əsaslarına riayət etməsini tələb edir. Eyni zamanda, “din təəssübkeşliyi” adı altında günahsız insanları edam edən, qatı radikal qərarlar verən, hüquq və azadlıqları tanımayan İran rejiminin Azərbaycan - Ermənistan məsələsindəki davranışları da heç də bir “İslam dövləti”nə yaraşan davranışlar deyildi və bu amil də daxili etirazların daha da alovlanan güclə inkişaf etdiyini göstərir.
Ötən dövr ərzində aksiyalarda İran ilə bağlı maraqlı bir hal da müşahidə edildi - belə ki, əsasən hicab məcburiyyətinin aradan qaldırılması və qadın azadlığı fonunda keçirilən aksiyalarda etirazın yeni forması ortaya çıxdı. Etirazçılar mollaların əmmamələrini vuraraq başlarından salır və bunu çəkərək sosial şəbəkələrdə paylaşdılar. İran mollaları isə belə halların qarşısını almaq, əmmamələrini başlarında saxlamaq üçün onu başlarına parça ilə sarıyırdılar. Demək ki, artıq etirazların gücü molla rejiminə açıq şəkildə üstün gəlirdi...
Rəisinin sözü kəsildi - “Xameneiyə ölüm!” kimi şüarlar səsləndirildi
Beləliklə, cəmiyyətin tam şəkildə inamsızlıq nümayiş etdirdiyi, etimad göstərmədiyi İran hakimiyyəti artıq açıq etirazlarla üz-üzə qalmaq məcburiyyətindədir. Məsələn, son baş verənlər bunun sübutudur. Belə ki, İranda prezident İbrahim Rəisinin inqilaba həsr olunmuş nümayişdə çıxışının dövlət televiziyasında yayımı hakerlər tərəfindən kəsilib. Hakerlər yayıma müdaxilə edərək təxminən bir dəqiqəlik videoçarxı efirə buraxıblar. Həmin videoçarxda maskalı şəxs İran xalqını korrupsioner rejiminin banklarına qoyduğu maliyyə vəsaitlərini çıxarmağa çağırıb. Bundan sonra o, “İslam Respublikasına ölüm!”, “Xameneiyə ölüm!” kimi şüarlar səsləndirib. İran KİV-də hücumun yalnız internet yayımda baş verdiyi bildirilib.
Bu amil həm də İranın dövlət olaraq təhlükəsizliyinin “kövrək”liyini ortaya qoyan faktlardandır. Dövlət başçısının çıxışının yarıdan kəsilərək ali dini lider sayılan şəxs haqqında səsləndirilən fikirlər onu göstərir ki, bu dövlətin adi təhlükəsizlik qaydaları ilə bağlı belə problemləri mövcuddur.
Özünü qoruya bilməyən İran xaricdə düşmən axtarır
İran iqtidarı baş verənlərin xaricdən idarə olunduğunu iddia edir - bu isə anormal bir haldır. Günahkarı ölkə hüdudlarından kənarda “axtaran” molla rejimi bu azmış kimi, xaricə bir sıra təhdid mesajları belə yollayır. İran özünün hərbi gücü, texnologiyası ilə bağlı yaratdığı mifin dağıldığını açıq şəkildə görür və bunun günahını fərqli ünvanlarda axtarır. Bu addımlar isə işə yaramır. Məsələn, bu ilin yanvarın 29-na keçən gecədə İran səmasında baş verənlər də rejimin “hərbi güc” mifinin əslində sabun köpüyündən başqa bir şey olmadığını üzə çıxartmışdı. Xatırladaq ki, bəhs olunan tarixdə İranın İsfahan əyalətindəki sursat istehsalı zavodu, Şərqi Azərbaycan əyalətindəki mühərrik yağı istehsalı zavodu, həmçinin İranın qərbində yerləşən Dizful şəhərindəki aviabaza vuruldu. Rejim yenə də yalan təbliğata əl atdı. Rəsmi media qurumları rejimin diktəsi ilə guya xaricdən yönləndirilən hava zərbələrinin dəf edildiyi barədə xəbərləri dövriyyəyə buraxdılar. Ancaq sosial şəbəkələrdə paylaşılan fotolarda və videolarda tamam fərqli mənzərələr görünürdü. Zavodlarda baş verən yanğınlar və aviabazada qeydə alınan partlayışlar zərbələrin hədəfdən yayınmadığını təsdiqləyirdi.
Əmmamədən başladı, “dron”da bərkidi, kiberdə yüksəldi...
Beləliklə, əvvəlcə “əmmamə hücumu”, ardından “dron” hücumu, indiki halda isə xaker hücumu İranın gələcəyə hazırlıqsız olduğunu üzə çıxarır. İran bütün sferalarda uduzur - həm ideoloji, həm hərbi, həm də texniki sahələrdə boşluqlar kifayət qədərdir. İnsanları məcburi şəkildə idarə etməyə çalışan rejimin son durumu ürəkaçan deyil. Artıq bütün ölkə baş verənləri görür və dəyərləndirir. Bu isə rejimin sonunun gəldiyini aşkar şəkildə ortaya qoyur. Xaker hücumları cəmiyyətin etirazların ikinci mərhələsində daha açıq mesajlarla “silahlandığını” deməyə əsas verir.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

