Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İlham Əliyev: İraqın Kürdüstan Regionu ilə iqtisadi-ticari əlaqələrin inkişafı üçün böyük potensial var

İlham Əliyev: İraqın Kürdüstan Regionu ilə iqtisadi-ticari əlaqələrin inkişafı üçün böyük potensial var

18.02.2023 [16:27]

Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələri mövcuddur və bu çərçivədə üçtərəfli əməkdaşlıq (Azərbaycan-Türkiyə- İraqın Kürdüstan Regionu-red.) mexanizmləri perspektivdə nəzərdən keçirilə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münhenə səfəri çərçivəsində İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşündə bildirib. 

Prezident İlham Əliyev qeyd edib ki, İraqın Kürdüstan Regionu ilə iqtisadiyyat, ticarət sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial var. Ona görə də biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, həmçinin biznes şurası formasında müxtəlif təsisatların yaradılması məsələlərini nəzərdən keçirmək olar. 

Azərbaycan Prezidenti İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanini ölkəmizə səfərə dəvət edib.

Paylaş:
Baxılıb: 540 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31