Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Heydər Əliyevin təşəbbüsü ilə...

Heydər Əliyevin təşəbbüsü ilə...

24.02.2023 [09:56]

29 il əvvəl Parlament Xocalı soyqırımını tanıdı

“Bu gün mən Milli Məclisə təklif verdim...”

Milli Məclisin 24 fevral 1994-cü il 791 №-li qərarı:

1. 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da; “Xocalı soyqırımı günü” elan olunsun və bu barədə beynəlxalq təşkilatlara məlumat verilsin.

2. Xocalı hadisələri barəsində həqiqətin dünya xalqlarına çatdırılması və “Xocalı soyqırımı günü”nün beynəlxalq miqyasda keçirilməsi üçün dünya azərbaycanlılarına müraciət edilsin.

Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə gətirildiyi gündən daxili sabitliyin təmin olunması, siyasi, iqtisadi tənəzzülün qarşısının alınması istiqamətində böyük işlərə imza atmağa başladı. Onun çoxşaxəli hərbi və siyasi uğurlarının nəticəsi kimi 1994-cü ildə atəşkəsə nail olundu. Beləliklə, Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinə tamam başqa bir rakursdan baxıldı. Xocalı soyqırımı Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutmalı, bundan sonra dövlətin həm daxili, həm də xarici siyasətində Xocalı soyqırımı, onun obyektiv şəkildə bəyan olunması, tanınması ön plana keçməli, bu yolda əməli addımlar atılmalı idi. Təəssüf ki, Azərbaycanın başının daxili işlərə qarışdığı, yenicə irəliləyişə doğru addımladığı bir vaxtda  xaricdəki imkanlarından istifadə edən ermənilər dünya birliyinə Xocalı soyqırımı haqqında təhrif olunmuş məlumatlar çatdırmağa çalışmış və buna müəyyən mənada müvəffəq olmuşdular.

Ümummilli lider Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı, təşəbbüskarı olub. Hələ Prezident səlahiyyətlərini  həyata keçirərkən Ali Sovetin Sədri Heydər Əliyev erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdi. Nəhayət, Heydər ıƏliyevin təşəbbüsü öz nəticəsini verdi. 1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı “Xocalı soyqırımı günü” kimi yad olunmağa başladı və bu barədə beynəlxalq təşkilatlara məlumat verildi. Bu məsələ ilə əlaqədar parlamentin xüsusi bəyanat və müraciətləri qəbul edildi, beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən Xocalı soyqırımının tanınması və pislənməsi, gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli beynəlxalq hüquq mexanizmlərinin yaradılması işinin tezliklə başa çatdırılması xahiş edildi. 

Həmin gün Milli Məclis bütün dünya azərbaycanlılarına müraciət də ünvanlayıb. Bu müraciət ilə ümumi Vətənimiz Azərbaycana bağlı olan hər bir soydaşımız, yurddaşımız və həmvətənimiz fevralın 26-nı “Xocalı soyqırımı günü” kimi keçirməyə çağrılıb. Müraciətdə bildirilib ki, bütün dünya azərbaycanlıları onun bu çağırışına qoşulacaq, ermənilərin törətdiyi təcavüzkar işğalçılıq müharibəsində xalqımızın başına gətirilən müsibətləri yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırmaq üçün imkanını əsirgəməyəcək və bununla da Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda mübarizəmizə qoşulacaqlar.

Beləliklə, Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Eləcə də, Ümummilli Liderin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini aldı. Bir il sonra - 1995-ci il 24 fevralda Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciəti oldu.

Xocalı soyqırımına siyasi qiymətin verilməsi göründüyü kimi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu haqda öz fikrini Heydər Əliyev belə ifadə etmişdi: “...1994-cü il 26 fevral ərəfəsində mən Milli Məclisə təklif verdim. Milli Məclis qərar qəbul etdi və Xocalı soyqırımı Xocalı faciəsi günü elan olundu. Bu gün bizim tariximizdə, bizim təqvimimizdə matəm günüdür, hüzn günüdür. Bunu biz qanunla qəbul etdik....”.

Günel ABBASOVA

Paylaş:
Baxılıb: 774 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31