/ / Heydər Əliyev Fondu dünya xalqlarını Azərbaycanın zəngin mədəniyyəti ilə tanış etmək üçün tədbirləri davam etdirəcək
Heydər Əliyev Fondu dünya xalqlarını Azərbaycanın zəngin mədəniyyəti ilə tanış etmək üçün tədbirləri davam etdirəcək
20.05.2011 [08:39]
Xəbər verildiyi kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə mayın 17-də Moskvada, Dövlət Kreml sarayında Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
Mərasim çərçivəsində Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Azərbaycan” kitabı təqdim edilib, Azərbaycan xalçalarının sərgisi keçirilib, “Azərbaycan gecəsi” adlı təntənəli mərasim olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Rusiyanın nüfuzlu “RİA-Novosti” agentliyinə Moskvada keçirilmiş tədbirlə bağlı müsahibə verib. AzərTAc həmin müsahibəni təqdim edir.
- Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsində qalib gələcəyini gözləyirdinizmi?
- Təbii ki, gözləyirdik. İnanıram ki, hər bir ölkə əslində bu müsabiqədə qalib gəlmək arzusu ilə yaşayır. Elə biz də bunu arzu edirdik. Azərbaycanın “Eurovision” müsabiqəsində cəmi dördüncü dəfə iştirak etməsinə baxmayaraq, ölkəmiz kifayət qədər yüksək yerlər - üçüncü, beşinci və səkkizinci yerləri tutmuşdur. Qalib gələndə keçirdiyin hissləri heç nə ilə müqayisə etmək olmaz. Bu, bizim üçün böyük xoşbəxtlik və sevinc idi.
- Moskvada keçirilən konsert sanki qələbəyə musiqi təbriki idi, elə deyilmi? Belə desək, Bakıdan sevgilərlə. Yeri gəlmişkən, sevgidən danışırıqsa, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatında (RAGT - AMOR) işlər necə gedir?
- Təşkilat inkişaf edir və yeni regionlarda nümayəndəlikləri yaranır. İndi təkcə Moskvada, Sankt- Peterburqda deyil, demək olar ki, Rusiyanın əksər yerlərində fəaliyyət göstərir. Moskvanın bir çox universitetlərində Azərbaycan klubları yaradılır. Təşkilat iyunun əvvəllərində Sankt-Peterburqda özünün üçüncü forumunu keçirəcəkdir. Bu foruma 70-ə qədər qonağın gələcəyi gözlənilir. Bir çox təşkilatlar RAGT - AMOR-u təbrik etmək üçün gələcəklər. Deyim ki, təşkilat hər il yeni dostlar qazanaraq əhəmiyyətini daha da artırır. Gələcək üçün çoxlu planlarımız və ideyalarımız vardır.
- Bəs bu tədbiri keçirmək ideyası haradan yarandı? Hansı məqsədləri həyata keçirməyi planlaşdırırsınız? Bu barədə nə deyərdiniz?
- Bu gün biz Azərbaycanın zəngin mədəniyyətini nümayiş etdiririk. Sərgimizdə tarixi XVIII əsrə gedib çıxan 80-dən artıq Qarabağ xalçası nümayiş etdirilir. Bundan başqa, Azərbaycan ifaçıları konsert proqramı ilə çıxış etdilər. Heydər Əliyev Fondu dünya xalqlarını Azərbaycan mədəniyyəti ilə tanış etmək üçün bu cür tədbirləri hər yerdə təşkil edəcəkdir. Təbii olaraq, tədbirimizin keçirildiyi ilk ölkələrdən biri Rusiya olmuşdur. Hesab edirəm ki, tədbir yüksək səviyyədə keçdi. çoxsaylı qonaqlarımızın bizi dəstəkləmələri və bu tədbirdən zövq almaları məni sevindirdi. Biz artıq belə tədbirləri Fransada keçirmişik. Növbədə isə İtaliya, Türkiyə və Almaniyadır. Biz, həmçinin müxtəlif ölkələrdə, o cümlədən Rusiyada incəsənət tədbirləri təşkil etmək niyyətindəyik.
- Azərbaycan 20 il əvvəl müstəqil olmuşdur və demək olar ki, sizinlə eyni yaşdadır. Bu 20 ili iki dövrə bölmək olar. Birinci dövr postsovet dağıntıları və müharibə, ikinci dövr isə sabitlik və sürətli iqtisadi inkişafla xarakterizə olunur. İkinci dövr həmişə sizin babanız Heydər Əliyevin adı ilə əlaqələndirilir. O, həyatınızda sizə ən çox kömək olan hansı məsləhəti vermişdi?
- Mən indi başa düşürəm ki, nə qədər böyük bir insana yaxın olmuşam və nə qədər böyük bir insanla söhbətlərim olub. Hətta Onunla beş dəqiqə söhbət edənlər belə Ondan çox qiymətli dərs ala bilirdilər. Amma mən Onu hər gün görürdüm. Bu, heç nə ilə müqayisə olunmayacaq böyük təcrübə idi. Ən təəccüblüsü də bu idi O, heç vaxt sənin nə etməli olduğunu demirdi, istəyirdi ki, sən həmişə özün qərar qəbul edəsən. Mən Onu səhv etməyən və hər zaman çətin vəziyyətdən çıxış yolu tapan bir şəxsiyyət kimi tanımışam. Onun üçün qeyri-mümkün heç nə olmamışdır. Buna görə də düşünürəm ki, nəyəsə inanırsan və nəyisə çox arzulayırsansa ona nail olacaqsan.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

