Sankt-Peterburq Azərbaycanla humanitar əlaqələri möhkəmləndirir
08.06.2011 [10:09]
İyunun 6-da Smolnıda Sankt-Peterburqun qubernatoru Valentina Matviyenkonun Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva ilə görüşü olub.
Görüş Leyla Əliyevanın Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının yaradılmasının ikinci ildönümü ilə əlaqədar bu şəhərə səfəri çərçivəsində baş tutub.
Leyla Əliyeva Valentina Matviyenkoya RAGT-ın Sankt-Peterburqda keçirilən konfransı çərçivəsində bu şəhərin Kamennoostrovsk prospektində Nizami Gəncəvinin adını daşıyan bağın açılışı barədə məlumat verib. Bu hadisə şairin anadan olmasının 870-ci ildönümünə həsr olunub. Bundan əlavə, RAGT və Sankt-Peterburqdakı 163 nömrəli məktəb arasında humanitar əməkdaşlıq barədə müqavilə imzalanıb.
Valentina Matviyenko Sankt-Peterburq və Azərbaycan, Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsi istiqamətində gördüyü işlərə görə Leyla Əliyevaya minnətdarlığını bildirib.
Qubernator deyib: “Belə mədəni layihələr vasitəsilə xalqlarımız bir-birinə daha yaxın olur, gənclər daha fəal surətdə dostluq edirlər”.
V.Matviyenko vurğulayıb ki, Peterburq Rusiyanın şimal paytaxtı ilə Azərbaycan arasında tarixən mehriban dostluq əlaqələrinin inkişafında maraqlıdır.
Qubernator Heydər Əliyev Fondunun və RAGT gənclər təşkilatının təhsil sahəsində əməkdaşlığını inkişaf etdirmək təşəbbüsünü dəstəkləyib.
Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-ın sədri Leyla xanım Əliyeva Sankt-Peterburqun ən qədim təhsil ocaqlarından biri olan 163 nömrəli orta məktəbdə bu şəhərin təhsil komitəsi sədrinin birinci müavini Natalya Putelovskaya ilə görüşüb.
Leyla xanım Əliyeva Heydər Əliyev Fondunun təhsilin inkişafı ilə bağlı hazırlayıb həyata keçirdiyi layihələrdən danışıb, Azərbaycanda rus dilinə və ədəbiyyatına göstərilən qayğını diqqətə çatdırıb. RAGT-ın sədri deyib ki, rəhbərlik etdiyi qurum 163 nömrəli orta məktəbdə ölkələrimiz arasında dostluq münasibətlərini əks etdirən mədəni təhsil mərkəzini yaratmağı planlaşdırır.
Sankt-Peterburq Şəhər Təhsil Komitəsi sədrinin birinci müavini Natalya Putelovskaya Heydər Əliyev Fondunun təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi layihələri yüksək qiymətləndirib, 163 nömrəli orta məktəbdə yaradılacaq mədəni təhsil mərkəzinin ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin inkişafına xidmət edəcəyini vurğulayıb.
Görüşdə RAGT ilə 163 nömrəli məktəb arasında humanitar əməkdaşlıq barədə müqavilə imzalanıb.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

