Zərurətdən praktiki addımlara doğru..
28.03.2023 [10:51]
Laçın yolunun son nöqtəsində nəzarət-buraxılış məntəqəsinin yaradılması reallığa çevrilməkdədir
Nardar BAYRAMLI
Son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşmişdi. Ordumuz tərəfindən Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimaldan keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni yol tikinti işlərinin aparılması müvafiq müşahidə vasitələri ilə qeydə alınmışdı. Azərbaycanın dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, erməni tərəfi bu təxribatçı əməllərini dayandırmadılar. Bu səbəbdən də, martın 25-də Azərbaycan Ordusunun bölmələri Laçın yolunun şimalındakı torpaq yollardan qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısını almaq məqsədilə müvafiq nəzarət tədbirləri həyata keçirib.
Azərbaycanın Xarici İşlər Nazirliyi də Ermənistanın ölkəmizin ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısını almaq məqsədilə görülən nəzarət tədbirləri ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilib ki, Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq, silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib. Ermənistan tərəfinin sözügedən hərbi təxribatları, həmçinin hakimiyyət nümayəndələrinin son günlərdə təcavüzkar ritorikası ilə müşayiət olunub. Xüsusilə Ermənistan prezidenti, baş naziri və xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı davam edən bəyanatları bu ölkənin Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyinin bariz nümunəsidir.
Vurğulanıb ki, Ermənistan tərəfinin bu addımları son zamanlar sülh sazişi üzrə beynəlxalq səylərin canlanması şəraitində Ermənistanın sülh prosesini məqsədyönlü şəkildə pozmaq niyyətini, eləcə də bölgədə sülh və sabitliyin təmin edilməsində maraqlı olmadığını göstərib. Ermənistanı bölgədə vəziyyəti gərginləşdirən təxribatçı addımlardan və bəyanatlardan, Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağıran XİN hesab edir ki, qarşı tərəf beynəlxalq ictimaiyyəti çaşdırmamalı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. “Ermənistan tərəfinin son təxribatları göstərir ki, Azərbaycanın suveren ərazilərində qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədilə Laçın yolunun son nöqtəsində Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması zəruridir”, - deyə XİN bəyan edib.
Ümumiyyətlə, Laçın yolunun son nöqtəsində nəzarət-buraxılışının yaradılması ilə bağlı fikirlər xeyli vaxtdır ki, gündəmdədir. Bir çox ekspetlər hesab edirlər ki, Qarabağ separatçılarının silahlandırılmasının qarşısını almaq üçün belə bir addımın atılması şərtdir. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münhendə ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına verdiyi müsahibədə bu mövzuya toxunmuşdu: “Bildirdim ki, yaxşı olar, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi vermişdik, bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdır... Amma ilkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur. Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da, əlbəttə ki, önəmli amildir. Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır”.
Lakin Münhendə dövlətimizin başçısının rəsmən irəli sürdüyü bu təklifi Ermənistan birtərəfli olaraq qəbul etməyib. Yəni, rəsmi İrəvan Azərbaycanın Laçın istiqamətində dövlət sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılmasını istəmir. Amma özləri Zəngəzur dəhlizi dediyimiz Megri rayonu istiqamətindəki dövlət sərhədində nəzarət-buraxılış məntəqəsi, gömrük postu yaratmağa çalışır və bu mövqeyini xeyli əvvəldən bəyan edib. Fevralın 28-də ölkəmizdə səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin yaradılması məsələsinə münasibət bildirmişdi. Lavrov deyib ki, Laçın yolunun rejimi və onun funksiyası 10 noyabr 2020-ci il üçtərəfli Bəyanata tam uyğun olmalıdır. “Bu isə o deməkdir ki, Laçın dəhlizindən istisnasız olaraq mülki və humanitar yüklərin və mülki vətəndaşlarının hərəkətinin təmin olunması vacibdir. Biz təmaslarımızda, hər şeydən öncə, sülhməramlı kontingentin xətti ilə buna nail olmağa çalışırıq. Orada hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır”, - deyə Rusiyanın XİN rəhbəri vurğulayıb.
Göründüyü kimi, rusiyalı nazir Laçın yolunda ölkəmizin sərhəd və gömrük postlarının yaradılmasına qarşıdır. Rusiya sülhməramlılarının Laçın dəhlizi vasitəsilə ermənilərin qanunsuz silah daşımalarına göz yummasını nəzərə alsaq, Lavrovun bu mövqeyi anlaşılandır. Yəni, ermənilərə belə bir şəraiti yaradan məhz rus sülhməramlılarıdır. Lakin ekspertlər hesab edirlər ki, Azərbaycan Laçın yolunun girişində nəzarət-buraxılış məntəqəsi yaratmalıdır. Çünki burada ölkəmizin suveren ərazisində baş verən proseslərdən söhbət gedir. Bu, Azərbaycanı daha çox maraqlandıran və öz iradəsilə gerçəkləşdirəcəyi prosesdir. Son hadisələr də bu zərurəti bir daha təsdiqləyir.
Martın 25-də ordumuzun həyata keçirdiyi əməliyyat Laçın yolunun son nöqtəsində nəzarət-buraxılış məntəqəsinin yaradılması istiqamətində bir addım kimi dəyərləndirilə bilər. Artıq bu zərurət reallığa çevrilməkdədir. Sözügedən nəzarət-buraxılış məntəqəsinin yaradılmasının regiondakı vəziyyətə təsirinə gəlincə, əlbəttə ki, bu, müsbət proseslərlə müşaiyət oluna bilər. Çünki indiyə qədər Laçın dəhlizi vasitəsilə Ermənistan tərəfindən Qarabağ separatçılarına silah-sursat göndərilirdi, eləcə də bu bölgəyə qanunsuz səfərlər reallaşdırılırdı. Həm də Qarabağdakı təbii sərvətlərimiz qanunsuz istismar olunaraq Ermənistana daşınırdı. Rusiyanın sülhməramlı kontingenti isə bütün bunlara göz yumurdu. Laçın istiqamətində Ermənistanla şərti dövlət sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bütün bunlara son qoyulacaq. Bununla da, Qarabağdakı separatçılara kənar qüvvələrin təsiri zərərsizləşdiriləcək, burada yaşayan erməni əsilli vətəndaşlarımızla təmasların müsbət mənada artmasına və nəticələrin əldə edilməsinə imkan yaranacaq.
Xəbər lenti
Hamısına baxDünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35

