Azərbaycanın növbəti hərbi-siyasi qələbəsi
31.03.2023 [11:04]
Yeni yüksəkliklər nəzarətə götürüldü…
Xəbər verildiyi kimi, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.
Qeyd edək ki, bu Azərbaycanın növbəti hərbi-siyasi qələbəsidir. Regionda sülhü addım-addım bərqərar edən dövlətimiz bu kimi addımlarla bir daha proseslərin inkişafına nəzarət etdiyini açıq şəkildə göstərir. Bu yüksəkliklərin nəzarətə götürülməsi regional baxımından strateji əhəmiyyət daşımaqla yanaşı, hər hansı bir gözlənilməz təxribatların baş verməsinin də qarşısını alacaq. Səbəb isə sadə və ortadadır. – Azərbaycan ərazisindən çıxmamış erməni silahlılarının artıq hər hansı bir təxribata əl atmaq imkanları, manevrləri minimuma endirilir, hətta tam şəkildə aradan qaldırılır.
Ermənistanın "alternativ oyunları" baş tutmadı…
Xatırladaq ki, hələ ötən ilin dekabrın 12-dən başlayaraq Xankəndi-Laçın yolunda ekofəalların və qeyri-hökumət təşkilatlarıın keçirdiyi etiraz aksiyaları Azərbaycan ərazisində qalan qeyri-qanuni erməni silahlılarının işini çətin salmışdı. Belə ki, bu yolla həyata keçirilən qeyri-qanuni silah danışmasının qarşısı alınmış, mühüm nəzarət funksiyası reallaşmışdı. Daha sonra isə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımalar və Rusiya sülhməramlı kontingentinin onları müşayiət etməsi Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını zərurətə çevirmişdi. Hətta bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda da bildirilir ki, mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasının zəruri olduğunu göstərir. Beləliklə, martın 24-də növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilmişdi. Son günlərdə isə Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının intensivləşməsi narahatedici hallar yaratmışdı. Müdafiə Nazirliyinin məlumatına görə, bu daşımalar, xüsusilə gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirilib. Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün heç bir zəruri tədbir görülməmişdi. Martın 25-də Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı bəyanata görə, yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.
Regional təhlükəsizliyə yeni töhfələr
Bu kimi addımlar Azərbaycanın regional təhlükəsizliyin təmininə, davamlı sülhün formalaşdırılmasına töhfəsi kimi qiymətləndirilməlidir. Azərbaycan özünün yaratdığı yeni reallıqlara əsasən bölgədə mühüm inkişaf tendensiyası formalaşdırır – təhlükəsizlik arxitekturasını gücləndirməklə həm də ekoloji, maddi, mənəvi təhdidlərin aradan qaldırılmasını təmin edir. Məsələn, son dövrlərdə KİV-də separatçı qondarma rejimin Azərbaycan ekologiyasına və iqtisadiyyatına qarşı yeni terror aktı planlaşdırması ilə bağlı xəbərlər yayılır. Belə ki, Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti nəzarət arealında olan ərazilərdə elektroenerji istehlakını dəfələrlə, sürətlə artıran separatçı rejim Sərsəng su anbarında suyun səviyyəsini aşağı salıb. Qeyd olunur ki, Sərsəng su anbarı qurumaqdadır və bu, eyniadlı su-elektrik stansiyasının fəaliyyətini də ciddi risk altına alır. Ümumiyyətlə, Xankəndidəki separatçı rejimin həyata keçirdiyi ekosid nəticəsində son 28 ildə Sərsəng su anbarında suyun səviyyəsi 25,4 metr aşağı düşüb. Mütəxəssislərin hesablamalarına görə, anbarın su ilə doldurularaq normal səviyyəyə çatdırılması üçün minimum iki il gərəkdir.
Göründüyü kimi, bu kimi təhdidlərin aradan qaldıdırması üçün Azərbaycanın atdığı qəti addımlar labüd xarakter daşıyır. Beləliklə, yeni yüksəkliklərin nəzarətə götürülməsi yaxın zamanlarda bu kimi problemlərin də həllində özünün əsaslı rolunu biruzə vermiş olacaq.
Paşinyan etiraf edir, ardından yalan danışır...
Bu arada Ermənistan tərəfi baş verənlərdən açıq narahatlıq keçirir. Bu, erməni KİV-lərində yayılan məlumatlarda da öz əksini tapır. Qeyd edək ki, artıq bir neçə erməni KİV-i Azərbaycanın Laçın yolu üzərində gömrük-keçid məntəqəsi formalaşdırmaq üzrə olduğu ilə bağlı həyəcanlı xəbərlər yayır. Ermənistanın Baş naziri Nikol Paşinyan isə etiraf edib ki, Azərbaycan yeni nəzarətə götürdüyü 2054 metrlik yüksəklikdən Xankəndini bir neçə kənd vasitəsilə Ermənistanla birləşdirən torpaq yolu birbaşa müşahidə altına alıb.
Eyni zamanda, Paşinyan bəzi yalanlara da əl atıb - belə ki, o iddia edib ki, Ermənistan Qarabağa hərbi nəqliyyat həyata keçirmir: “Ermənistanın orada ordusu yoxdur”.
Erməni baş nazirin arxasına sığınmağa çalışdığı yalanlar isə ifşa olunur. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin iclası zamanı səsləndirdiyi fikirlərlə bağlı bildirib ki, Paşinyanın Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğunu danması onun birbaşa tabeliyində olan Ermənistanın digər rəsmi şəxslərinin və Müdafiə Nazirliyinin silahlı qüvvələrin hələ də çıxarılmadığı barədə bəyanatları ilə uzlaşmadığı yaxşı məlumdur. “Ermənistan tərəfinin bütün faktlara baxmayaraq, 30 il müddətində qüvvələrinin Azərbaycanı işğal etmədiyini də iddia etdiyini yaxşı xatırlayırıq. Ermənistanın bütün bu iddialarının heç bir əsasının olmadığı dəfələrlə sübut edilib və BMT Təhlükəsizlik Şurasının qətnamələri də Ermənistan qüvvələrinin qeyd şərtsiz və dərhal çıxarılmasını tələb edib. Ermənistan tərəfi üçtərəfli Bəyanata uyğun olaraq qüvvələrini tam olaraq Azərbaycan ərazisindən çıxarmalıdır” – deyə açıqlamada bildirib.
Beləliklə, Azərbaycanın əldə etdiyi qələbələr artıq Ermənistan tərəfindən də etiraf edilir. Paşinyan və komandası Azərbaycanın regionda yaratdığı yeni reallıqları həzm etməkdən başqa çarəsi olmadığını bilir. “Görünən dağa bələdçi lazım olmadığı” kimi, Azərbaycanın qələbəsini görmək üçün də Ermənistanın baş nazirinin etirafına ehtiyac qalmır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

